Körpə masajının faydalı məqamları

2020-10-31

Baxış: 8809

Körpə masajının faydalı məqamları

Uşaq masajı bir çox faydasından əlavə olaraq, siz əvə həyat yoldaşınızı sakit bir ortamda bir-birinizə daha da yaxınlaşdırar. Bir çox analar və atalar bu üsulu yuxu vərdişinin bir hissəsi halına gətirmişlər, körpəni sakitləşdirir və rahatlaşdırır, yatmağını asanlaşdırır. Körpə masajı aşağıdakı faydaları var:


cagir.az -Körpə masajının faydalı məqamları


  • Uşaq masajı körpənin zehni, fiziki və sosial inkişafına kömək edir,
  • Körpənin daha rahat olmasına kömək edir,
  • Ağlamağını azaldır,
  • Körpənizlə aranızdakı əlaqəni möhkəmləndirir,
  • Qaz sancılarını və qəbizlik əlamətlərini aradan qaldırır,
  • Sarılıq xəstəliyinin sağalmasını asanlaşdırır.

 

Körpəyə verdiyi müxtəlif faydalarla yanaşı, körpə masajı anaya verdiyi bir sıra faydaları ilə seçilir:

 

  • Masaj zamanı ifraz olunan oksitosin hormonu doğuşdan sonrakı depresiyanın təsirini azaldır,
  • Həm sizin, həm də həyat yoldaşınızın körpə ilə əlaqəsini gücləndirir,
  • Oksitosin hormonunun ifraz olunması sizə rahatlamağa kömək edəcəyi üçün körpənizi əmizdirmək daha asan ola bilər.

 

Uşaq masajı necə edilməlidir?

1. Düzgün vaxtın təyin edilməsi

Seans zamanı körpənin diqqətinin çöldən gələcək səslərdən narahat olmaması üçün körpənizin tox olduğuna diqqət yetirməlisiniz. Axşam çimməsindən sonra körpənin rahat və yatmağa hazır olduğu üçün bu vaxt körpə masajı üçün mükəmməl bir vaxt hesab oluna bilər.

 

2. Rahat bir mühit hazırlamaq

Uşaq masajı üçün təyin etdiyiniz mühitin komfortlu və rahat olmasına diqqət etməlisiniz. Beləliklə, gözlərinizə dəyən parlaq bir işıq olmadığından əmin olun və yataqda və ya yerdə bir dəsmalın üstündə üz-üzə oturun. Beləliklə, körpənizlə göz təması qura bilərsiniz. Paltarını çıxartmadan əvvəl otağın onun üçün kifayət qədər isti olduğundan əmin olun. İstəsəniz, uşaq bezi körpənizin əynində qala bilər, ancaq qarını masaj edərkən uşaq bezini bir az boşaldın.

 cagir.az -Körpə masajının faydalı məqamları


3. Uşaq masajı üçün masaj yağının seçilməsi

Kiçik körpənizin dərisi üçün zərif masaj yağı seçin. Körpələrin dərisi böyüklərdən daha həssasdır. Buna görə xüsusi olaraq körpələr üçün hazırlanan məhsullardan istifadə edin.

cagir.az -Körpə masajının faydalı məqamları


4. Körpə masajı üçün başlanğıc

Ovuclarınızı bir-birinə sürtərək masaj yağını bir az isidin, sonra körpənizin dərisini ayağından başlayaraq əllərinizlə ovuşdurun. Dərisini çox yumşaq bir şəkildə sıxın, yavaş-yavaş əllərinizi dairəvi formada ayağından yuxarılara doğru massaj edin.

Ehtiyatla körpənizin bir ayağından tutun və ayağının altını barmaqlarınızla ovuşdurun. Sonra ayağını bir əlinizlə tutarkən, digər əlinizlə baldırını dəstəkləyin və ayağını sinəsinə doğru ehtiyyatla əyin. Bu hərəkəti 2 və ya 3 dəfə təkrarlayın. Eyni zamanda hər iki ayağını əyərək bu hərəkəti edə bilərsiniz.

 

Körpələr ana südü ilə qidalandıqda daha az qaz sancısı çəkirlər. Ancaq körpənizdə qarın ağrısı, qəbizlik və ya qaz varsa, qarın nahiyəsini yumşaq şəkildə masaj etmək bu problemləri həll etməyə kömək edə bilər. Körpə masajı edərkən əlinizi kiçik körpənizin qarnının ortasına qoyun və körpənizin bağırsaqlarını izləmək üçün saat yönlü bir masaj edin, bu hərəkət körpənizdəki qazın çıxmasına kömək edəcəkdir.


Qeyd edək ki, Cagir.az-ın peşəkar və ən əsası uşağınızla kontakt yarada biləcək masajistlərinə əminliklə müraciət edə bilərsiniz. Daha ətraflı məlumat üçün bu linkə daxil olun. Bütünü suallarınıza da əlaqə bölməsindəki vasitələrlə cavab verməyə hazırıq.

Hər zaman sağlam qalın! Əlaqə nömrəsi: +994703482606.


cagir.az -Körpə masajının faydalı məqamları


Делиться:

fb_iconlinkedin_icon