2022-07-29
Baxış: 5651
Kişi bərbərləri haqqında ətraflı məlumat
Bərbər - kişilərin saç və saqqallarını kəsdirən, formalaşdıran, darayan, saç boyayan, tökülən saçların yerinə parik düzəldən, başın müxtəlif yerlərindəki tükləri təmizləyən, baş və üz masajı edən şəxsdir.
Bərbərlərin bir çox vəzifələri var. Çağır.az onları sizə ətraflə şəkildə təqdim edir:
- Müştərinin növünə uyğun saç düzümü müəyyən edir;
- Saçları, kremləri, skrabları yuyur;
- Kəpəyi yox edir, saç köklərinə lazımi müalicəni edir;
- Müştərinin istəyinə və ya müəyyən üsluba uyğun saç kəsir;
- Saçları kəsimə görə darayır, eyni modeli saxlamaq üçün saçlara sprey edir;
- Müştərinin göstərişlərinə əməl edərək saçın rənginə uyğun rəngləmə prosesini həyata keçirir;
- Müştərinin istəyinə uyğun təraş edir, saqqal və bığını düzəldir, üzü masaj edir.
Bu təklif sənin üçündür! Bərbər xidməti ayağınıza gəlir! Necə? Linkə daxil ol və səni maraqlandıran bütün suallara cavab tap!
İstifadə olunan alətlər və materiallar aşağıdakılardır:
- Elektrikli saç qurutma maşını, təraş maşını, saç ütüsü;
- Buxar maşını;
- Ülgüc;
- Müxtəlif formalı qayçılar;
- Önlüklər;
- Müxtəlif ölçülü və formalı daraqlar və fırçalar;
- Dəsmal;
- Sabun, şampun;
- Saç boyası, badam yağı;
- Güzgülər.
Şəhərimizdə bu günki gündə çoxlu sayda kişi bərbər salonları mövcuddur. Bunlardan bir neçəsini əziz oxucularımız sizə təqdim edirik.
- “Fairmont” otelinin 2-ci mərtəbəsində yerləşən London brendi “Truefitt & Hill Azerbaijan” - 1805-ci ildə yaradılıb. Bu bərbərxana Azərbaycanda 3 ildir ki, fəaliyyət göstərir.
- Üzeyir Hacıbəyov 7 ünvanında yerləşən “Baku Barber” 11 ildir ki, fəaliyyət göstərir.
- İzmir küçəsi 7B ünvanında fəaliyyət göstərən “Loft Barber Shop Baku” bərbərxanası.
Müasir dövrümüzdə müxtəlif növ kişi saç düzümü formaları var. Məsəslən:
Saç ayrımı
Bu saç düzümü əvvəlkindən daha radikal variantdır. Saçlar səliqə ilə tağa ayrılıb. Əslində bu saç düzümü olduqca rahat və asandır. Google-un fikrinə görə 2015-ci ildə ən dəbli saç düzümlərindən biri olub.
Qırxıq saç
Başının forması ilə hər şey yaxşıdırsa, onda heç şübhə belə etmə: bu cür saç düzümü nəinki sənə yaraşacaq, həmçinin özünə arxayın görkəm verəcək. Xüsusilə də əgər saçlarında tökülmə və ya seyrəlmə varsa.
Qıvırcıq Saç Modelləri
Rahat və istifadəsi asan saç modellərinin 2022-ci ildə dəbdə olduğunu bilirik. Buruq saç düzümləri də köhnə görünüşləri səbəbindən tez -tez seçilir. Saçlarınız düzdürsə, buruq saç düzümü etmək xəyal deyil! Saçlarınızı permed edərək təbii olaraq qıvrım saçlara sahib ola bilərsiniz.
Biz saç düzümləri haqqında məlumat verərkən uşaqların saç düzümləri modellərini də unutmadıq. Uşaqlar üçün saç düzümləri hər zaman maraqla qarşılanır.
- Kəsilmiş saçlar səliqəli və baxımlı görünməlidir.
- Körpənin oyun oynamağına müdaxilə etməməlidir.
- Uşağın saçı isti havalarda uşağa mane olmamalı və narahatlıq gətirməməlidir.
Bir çox uşaq saç modelləri mövcuddur.Bu saç modellərindən bir neçəsini sizə təqdim edirik.
- Naxışlı saç modeli
- Kanadalı saç modeli
- Pompadour saç modeli
- Sezar saç kəsimi və.s
Bərbər salonuna getmədən bütün xidmətləri ayağına gətiririk! Vaxt itirmədən cagir.az saytına və ya birbaşa bərbər xidmətinə daxil olaraq məlumat ala bilərsiniz! Əlaqə nömrəsi:+994703482606
Похожие Записи
Kişilərə saça qulluq tövsiyələri
Парикмахер
2020-10-31
Uğursuz saç kəsimini müəyyənləşdirmə
Парикмахер
2020-10-31