Massage

2021-10-01

Sifariş sayı: 10064

Massage

Masajın insan orqanizminə bir çox müsbət psixoloji və fizioloji təsiri var. Psixoloji olaraq, zehni istirahət, pis enerjinin aradan qaldırılması, stresdən qurtulma və günün yorucu intensivliyini təmin edən masaj da bir çox əzələ və sinir xəstəliklərinin müalicəsində köməkçi müalicə üsulu olaraq istifadə olunur. Relax masaj, müalicəvi masaj, selülit, üz masajı, klassik masaj, cavanlaşdırıcı masaj, kişi masajı, qadın masajı,sadə masaj, osteoxondroz üçün və kifoz masajı ən çox tələb olunan masaj növlərindəndir. Bundan başqa uşaq masajı da çox geniş yayılmış hər zaman öz aktuallığını saxlayan masaj növlərindəndir. Uşaqların onurğasında yaranacaq hər bir problemi masaj ilə yox etmək mümkündür. Lakin bunun üçün siz öz körpənizi peşəkar və qayğıkeş əllərə həvalə etməlisiniz. Cagir.az-ın masaj ustaları böyüklər üçün nəzərdə tutulmuş eləcə də uşaqlar üçün bütün böv masajları həyata keçirmək üçün hazırdır. Günümüzdə çox rastlaşdığımız onurğa xəstəliklərindən biri də skoliozdur. Bildiyimiz kimi bu xəstəliyin ilkin müalicə mərhələsi masajdır. Onurğa üçün masaj proseduru əsl dərmandır. Bu tip problemi olan insanlarda masaj proseduru mütəmadi olaraq gedir və doğru masaj tətbiq edildikdə nəticə müsbət olur. Bu zaman qeyd etdiyimiz kimi diqqət edilməli məqam skolioz və ya bir çox onurğa xəstəlikləri, müalicəvi masajlar (kifoz, osteoxondroz) üçün doğru masaj üsulları tətbiq dilməsi vacibdir. Cagir.az-ın masaj ustaları illərlə təcrübəyə sahib, öz sahəsinin peşəkarı olan həkimlərdir. Xəstəliklər üçün masaj əsl möcüzədir.

Buna görə də masajın aşağıdakı xəstəliklər üçün yaxşı olduğu müəyyənləşdirilmişdir. 

    Onurğa sağlamlığı və bel ağrısı 
  • İflic xəstəliklər 
  • Yumşaq toxuma revmatizmi 
  • Yuxusuzluq 
  • Gərginliklə əlaqədar baş ağrısı 
  • Əzələ krampları 
  • Qəbizlik 
  • Astma və bronxit xəstəlikləri

Əlavə olaraq, idman etdikdən əvvəl və ya idman etdikdən sonra yorğunluğun aradan qaldırılması üçün masaj tətbiq etmək, idman zamanı və sonrasında yarana biləcək zədələrin qarşısını alır.Bundan başqa masaj insan orqanizminə bir çox müsbət təsiri vardır. 

    Masaj olunan hissələrdə qan dövranı sürətlənir, bununla da masaj ürəyimizin işini həddindən artıq rahatlandırır. 
  • Masaj zamanı bədəndə xoşbəxtlik hormonları çoxalır, ağrılar azalır və ən əsası insan stressdən uzaqlaşır, yuxusu dərinləşir. 
  • Masaj əzələlərin qanla təchizatını yaxşılaşdırır, bununla da əzələ qıcolmalarını aradan götürür. 
  • Xanımları narahat edən bir məsələ sellülitlərin yox edilməsi üçün də masaj faydalıdır.
  • Sinir inervasiyasının pozulması nəticəsində ayaqlarda, qollarda nazikləşmələr baş verir, bu zaman masaj ən səmərəli müalicə vasitəsidir. 
  • Masaj piylərin əridilməsinə səbəb olur, məsələn qarının, kürək altı piylərin və s. həddindən çox önə çıxması zamanı masaj faydalıdır. 


Bütün bədənin başdan başa ən azı saat yarım masaj edilməsi insanın immunitetini artırır, ürək qan damar sisteminin işini rahatlaşdırır, qaraciyərin filtr funksiyasını yaxşılaşdırır. Dərinin təravətli olmasına səbəb olur.

Bundan başqa xanımların çoxunu narahat edən selülit problemi də masaj ilə yox oluna bilər. Cagir.az-ın masaj ustaları sizə bir neçə alt xidmət təklif edir:

    Müalicəvi masaj - skolioz üçün
  • Müalicəvi masaj - kifoz üçün
  • Müalicəvi masaj - osteoxondroz üçün 
  • Relax masaj
  • Uşaq masajı
  • Selilüt
  • Hicama
  • Üz masajı
  • Kişi masajı


Skolioz - onurğa sütununun əyriliyi. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən döş və bel nahiyələrində müșahidə olunur. Skolioz xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistelərin patoloji dəyişikliklərinə səbəb olur. 


Selülit masajı

Selülit, əsasən ayaqlarda, qollarda və kalçada dəri altında nizamsız və həddindən artıq yağ yığılması nəticəsində meydana gələn və görünüşü ilə portağal qabığı ilə tanınan regional bir qan dövranı pozğunluğudur.Məşhur inancın əksinə olaraq ciddi bir sağlamlıq problemi olan selülit yalnız kilolu qadınlarda görünmür. Kilo problemi ilə birbaşa əlaqəsi olmayan selülit əsasən qadınlarda görülsə də, kişilərdə də bu problemlə qarşılaşılır.

Selülit meydana gəlməsi genetik və hormonal quruluşa əlavə olaraq həyat tərzini də ciddi şəkildə təsir edir. Normal çəkidə və ya hətta çəkisi az olanlarda belə selülit əmələ gəlmə riski var. Piylənmə ilə qarışdırılmaması lazım olan selülitin kişilərdə qadınlara nisbətən daha az görünməsinin səbəbi kişilərin estrogen səviyyəsinin daha az olmasıdır. Qadınlarda daha çox rast gəlinir, çünki estrogen səviyyələri yağ yığılmasını və selüliti artırır.

Selülit masajı isə həm qadınlarda həm də kişilərdə bu problemi tamimələ həll edir. Ustalarımızın selilüt masaj xidməti evinizdə rahat və konforlu şəraitdə bu xidməti icra etməklə yanaşı,həm də selülit zamanı yaranan xoşagəlməz görüntünü birdəfəlik yox edəcəklər.Massage 14

Massage 14


Hicama

Başdan olunan hicama: qulaqların arxasından, əmgək ətraflarından, alının üst tərəfindən, ənsə nahiyəsinin üstü və təpədən aparılır.Yaddaşsızlıq, diqqət zəifliyi, təzyiq, şəkər, qulaqlarda səs-küy, depressiya, vitiliqo, xərçəng və xərçəngin profilaktikası, miqren, baş ağrısı, göz xəstəlikləri, zəif görmə, əsəbilik, panik tutma, psoriaz, saç tökülməsi, başgicəllənmə, Alzheymer, üz siniri iflici kimi xəstəliklərə qarşı istifadə oluna bilər.

Ürəyin üstü hicama: kürək tərəfdən ürəyin üstünə 3 ədəd qoyulur.Ürəkdöyünmə, ürəkdə ritm pozulması, panik tutma, psixi xəstəliklər, həyəcanlanmalara qarşı istifadə olunur.Kürəklərin arası: bura 3 və ya 4 ədəd banka qoyula bilər.Tənbəllik, yuxululuq, halsızlıq, yüksək xolesterin, stress, kürək və üzdəki sızanaqlar, təzyiq, ağciyər, mədəaltı vəz xəstəlikləri üçün istifadə oluna bilər. Həmçinin müxtəlif köpmələr, cinsi zəiflik, sonsuzluq, qulunc olmalar, əllərin, qolların keyiməsi, kürəkdə iynəbatma və ya qarışqa yeriməsinin hiss edilməsi, bədəndə müxtəlif səpgilər, sızanaqlar zamanı faydalıdır.Bütün bunlarla yanaşı siz həm də sadə masaj xidmətindən istifadə edə bilərsiniz. Bədən üzrə tək nahiyyə, qollar və ayaqlar ayrıca masaj, qol ayaq və omba masaj xidmətləri də mövcuddur.

Böyüklər üçün hicama xidməti evdə gigiyenik olaraq həyata keçirilir.Üz masajı, cavanlaşdırıcı masaj xidmət növləri ev şəraitində daha rahat və gigiyenik olur. Buna görə də evə masaj xidməti sizi həm büdcə olaraq həm də vaxt olaraq israflıqdan xilas edəcək.


Mütəmadi uşaq masajı olunan uşaqlarla, ancaq beşikdə yırğalanan uşaqlar arasında da böyük fərq var.Belə ki, uşaq masajı olunan uşaqlar digər uşaqlara nisbətən daha aktiv, sakit olur , az ağlayırlar.Eyni zamanda uşaq masajı olan uşaqlar daha tez yuxuya gedir və anaları ilə üz-üz gəldikdə onların arasında xoş ünsiyyət yaranır.Uşaq masajı, həm də hormonları artıraraq uşağın kökəlməsinə səbəb olur.Əslində uşağı çimizdirəndən sonra masaj üçün müraciət etmək daha effektivdir. Əmizdiriləndən 1-1,5 saat sonra masaja başlaması ən uyğun vaxt hesab olunur. Uşaq masajı xidmətimizdə yeni doğulan uşaqların masajı üçün çox az şey lazımdır. Belə ki, uşaq masajı zamanı ən əvvəl gigenik qaydalara ciddi əməl edilməli, əllər təmiz və ilıq olmalıdır.Uşağın dərisi çox nazik və həssas olduğundan yaxşı olar ki,bir uşaq kremindən istifadə edilsin.Uşaq masajı zamanı bütün diqqətinizi uşağa yönəldilməsi vacibdir.Birinci növbədə uşağın reaksiyasına fikir vermək daha sonra əgər uşaq narahatdırsa masajı dayandırmaq lazımdır. Masaj sırasında uşağa mümkün olduğu qədər çox sevgi və şəfqət göstərilməsi ən əsas amillərdən biridir.

Massage 14


Qeyd edək ki, Cagir.az-ın masaj ustaları gevənli, peşəkar və mehriban olmaqla yanaşı həm də məsuliyyətlidirlər. Hər bir masaj vasitələrini gigiyenik qaydaya uygun və keyfiyyət cəhətdən yüksək həssaslıqla seçilmişdir.Evinizi tərk etmədən, fikriniz evdə ailənizdə qalmadan və ən əsası tıxaclarda vaxt itirmədən masaj xidmətini rahatlıqla həyata keçirmək üçün biz sadəcə bir telefon tuşu qədər uzaqdayıq. Masaj ustalarımı, istədiyiniz zamanda ünvanda olacaqlar.Masaj xidmətinə daxil hər bir proseduru həyata keçirmək və müştəri məmnuniyyətini diqqətdə saxlamaq ən əsas üstünlüyümüzdür.

Bütün masaj prosedurları zamanı masaj həm quru, həm də müxtəlif yağlarla həyata keçirilə bilər. Əgər masaj zamanı dəriyə yağların sorulmasını nəzərə alsaq, onda tam təbii yağlarla masaj daha səmərəli olar.Məsələn,zeytun yağı ilə tərkibində neft mənşəli yağlarla masaj məsləhət görülmür.Çünki belə yağlar dərimizdən daxilə sorulur və damar tıxanmalarına səbəb olurlar. Masaj əvvəlcə sığallama, sonra çimdikləmə, sonra səthi olaraq təzyiq, sonra burma, vurma və yavaş-yavaş döycələməni artırma, əlin içi ilə şillələmə,növbəli barmaqlarla döyəcləmə və geriyə əl hərəkətləri ilə həyata keçirilir. Masajın bir qaydası vardır ki, birdən-birə dərindən edilməməlidir, əvvəlcə səthi, sonra yavaş-yavaş dərinləşməli və sonda yenə sürəti azaldılmalıdır.


Yuxarıda qeyd olunan masaj xidməti üçün Cagir.az-ın illərdir bu işin içində olaraq ustalaşan, peşəkar masaj ustaları vardır. Ustalarımız sizə öz evinizi tərk etmədən masaj xidmətini göstərəcək və bütün növ stresdən asanlıqla xilas edəcəklər. Bəzən masaj üçün günlərlə doğru usta axtarışına çox vaxt sərf edirsiniz. Bundan başqa sizi həm də güvənli olub olmaması maraqlandırır. Biz bu narahatlığınızı başa düşürük və sizə masaj xidməti ilə bağlı bütün növ suallarınızı cavablandırmağa hazırıq.


Cagir.az - Peşəkar xidmət, sərfəli qiymət!


Massage 14


Korporativ müştərilər