Xarici dil öyrənmənin ən təsirli yolları

2020-10-31

Baxış: 6948

Xarici dil öyrənmənin ən təsirli yolları

Əgər xarici dil öyrənməyə qərar vermisinizsə, ən vacib şey motivasiyanızı yüksək tutmaq və xarici dil öyrənmə yollarını tapmaqdır. Zaman-zaman çətinliklər çəkdiyinizdə motivasiya və çətinlikləri aradan qaldırmağınız üçün düzgün yollara ehtiyacınız var.

Evdə, işdə, məktəbdə və ya küçədə xarici dil öyrənməyə davam edin və tədris prosesini gündəlik həyatınıza daxil edin. Beləliklə, bildiklərinizi gücləndirə və fasiləsiz olaraq biliklərinizi genişləndirə bilərsiniz.

Bəs xarici dil öyrənməyin ən təsirli yolları nələrdir? Bu sualın cavabını bir az konkretləşdirək.

Xarici dil öyrənmənin ən təsirli yolları 177


1. İngilis dilində oyunlar oynamaq

Oyun oynamaq hər yaşda gözəldir. Xarici dil öyrənmə prosesində də sevdiyiniz oyunları da daxil edə bilərsiniz. Scrabble, məsələn, yeni sözlər öyrənmək və söz ehtiyatınızı yaxşılaşdırmaq üçün əla bir oyundur.

Ayrıca fərqli söz oyunlarını da sınaya bilərsiniz. İngilis dilini bilən və ya ingilis dilində danışan dostlarlarınızla bir yerdə olan zaman bir söz tapın və bu sözün son hərfi ilə yeni bir söz söyləyin. Oyunu bu şəkildə cansıxıcı olana qədər davam edə bilərsiniz. Sizinlə oynaya biləcək birini tapa bilməsəniz də, sözü təkbaşına oynaya və sözü öyrənə bilərsiniz.

 

2. Musiqi dinləmək

Araşdırmalar öyrənilən dildə mahnıların dinlənilməsinin qrammatika, lüğət və danışıq bacarıqlarını inkişaf etdirmək üçün faydalı olduğunu göstərir. Mahnının sözlərini başa düşməyə çalışaraq, bildiyiniz sözləri və cümlə quruluşlarını necə istifadə edildiyini öyrənə bilərsiniz. Üstəlik, musiqini dinləmək sözlərin düzgün tələffüzünü öyrənmək üçün çox faydalı olacaqdır.

 

3. Hər zaman qeydlər aparmaq

Hər zaman yanınızda, rastlaşdığınız yeni cümlələr, ifadələr və sözləri qeyd edəcəyiniz kiçik bir dəftər gəzdirin. Beləliklə, hər zaman yeni məlumatlar əldə edə bilərsiniz. Üstəlik, imkan tapdıqca dəftərin səhifələrini vərəqləyərək bu yeni məlumatları yadda saxlaya bilərsiniz.

 

4. Film və Seriallara baxmaq

Xarici dil öyrənmək üçün film və seriallara baxmaq əvəzsiz bir üsuldur. Bu üsulla, dili olduğu kimi eşidəcəyiniz üçün, ifadələri düzgün istifadə etməyi öyrənəcəksiniz. Siz tələffüzünüzü böyük sürətlə inkişaf etdirəcəksiniz. Dil öyrənənlər üçün TV şouları və filmləri öncə altyazı olmadan, sonra isə alt yazılarla izləməyi məsləhət görürük.

 

5. Danışıq qruplarına daxil olmaq

Demək olar ki, hər şəhərdə xarici dil öyrənənlərin bir araya gəldikləri və danışmağı öyrətdikləri tədbirlər təşkil olunur. Bu tədbirlərdə iştirak edərək öyrəndiyiniz dildə danışan və ya yeni öyrənən insanlarla bir araya gəlin. Həm xoş vaxt keçirəcəksiniz və yeni dostlar tapacaqsınız, və həm də xarici dilinizi inkişaf etdirəcəksiniz.

 

Xarici dil öyrənmənin ən təsirli yolları 177

 

6. Öz-özünə danışmaq

Bəzən gün ərzində hamımız özümüzlə danışırıq. Bu dəfə dil öyrənmə prosesinizi də əlavə edin. Güzgü qarşısına keçin və özünüzə nələrsə başa salmağa çalışın. Hətta danışarkən səs yazmaqla, sonradan öz tələffüzünüzü dinləyə bilərsiniz.

 

7. Dilin danışıldığı ölkələrə gedin

İşiniz və maliyyə vəziyyətiniz imkan verdiyi müddətdə bu dildə danışılan ölkələrə səyahət edin. İnsanlarla öyrəndiyiniz dildə danışın. Bazarda alış-veriş edərkən, yemək sifariş edərkən təcrübə qazanmaq şansınız yaranacaqdır. Səhv etməkdən qorxmayın. İnsanlar onların dilini öyrənməyə çalışdığınıza görə xoşbəxt olacaqlar!

 

8. Dili mobil cihazlarda istifadə etmək

Mobil telefonunuzun və kompüterinizi öyrənmək istədiyiniz dildə istifadə edin. Hətta sosial media hesablarınıza da bu dillərdə istifadə edin. Bu yolla hər fürsətdə bu dildən istifadə etmək imkanı əldə edəcək və bəzi əsas sözləri yaddaşınıza yazmağınıza kömək edəcəksiniz.

Xarici dil öyrənmənin ən təsirli yolları 177

 

9. Onlayn təhsil almaq

Fiziki kurslardan fərqli olaraq onlayn təlimlər daha qısa müddətli təşkil edilə bilirlər. Üstəlik, öz ana dillərində onlayn təhsili özəl dərs qiymətlərinə nisbətən daha əlverişli qiymətlərlə təklif edən insanlara müraciət edə bilərsiniz. Təhsilinizi gündə cəmi 10 dəqiqəlik dərslərlə ekonomik və praktik olaraq davam etdirə bilərsiniz.

Share:

fb_iconlinkedin_icon