2021-06-16
Baxış: 4717
Öz tibbi maskanızı özünüz dizayn edin
Pandemiya prosesi zamanı həm özümüzü, həm də ətrafımızı qorumaq ilk növbədə diqqət etməli olduğumuz məsələlərdən biridir. Təmizlik və məsafədən əlavə, maskataxmaq artıq həyatımızın məcburi bir hissəsinə çevrilib. Aptekdən və ya marketdən ala biləcəyimiz sadə və klassik maskalar əvəzinə geyimimizə uyğun bir maska dizayn etmək, evdə vaxtımızı yaxşı keçirmək üçün bir fürsətdir. Fərqli rəng və dizaynda hazırlana bilən bu maskalar, bizi viruslardan qoruyaraq geyimimizlə bütövlük yaratmaq üçün dizayn edilə bilər. Bugünkü məqaləmizdə evdə özünüzün dizayn edə biləcəyiniz maskalar üçün fərqli fikirləri bir araya gətirdik.
Evdə maska hazırlamaq üçün tövsiyələr
Müxtəlif naxışlarla dizayn edə biləcəyiniz maskalarda sağlamlığınıza dair bəzi tövsiyələr olacaqdır. Maskanın yalnız sizin üçün özəl olduğunu unutmamalısınız. Əlavə olaraq, ağız və burnunuzu əhatə edəcək bir maska dizayn etməkdə diqqətli olmalısınız. Bunlardan əmin olduqdan sonra istədiyiniz rəng və parça ilə dizayn etməyə başlaya bilərsiniz.
Parça üz maskası
Materiallar:
· Qayçı
· 18x24 ölçüdə 2 pambıq parça
· İynə və sap
· Tikiş maşını
Parça üz maskası hazırlayarkən ən vacib məqam ikiqat parça istifadə etməkdir. Bir tikiş maşınının köməyi ilə üst-üstə qoyacağınız bu parçaların uzun kənarlarını içəriyə bükə bilərsiniz. Kənarlardakı boşluqlara iynənin köməyi bir ip əlavə etmək kifayət edəcəkdir. Qırışmış kənarları maşının köməyi ilə düzəldə bilərsiniz. Buna diqqət edərək hazırladığınız maskaların qoruma nisbəti çox yüksək olacaqdır. İstədiyiniz naxış və rənglərə görə maskaları da fərdiləşdirə bilərsiniz.
Toy və nikah üçün xüsusi dizaynlar
Pandemiya səbəbi ilə bir çox toy və nikah kimi əyləncələrin azalmasına baxmayaraq, az adamla açıq havada bu günü hələ də özəlləşdimək olar. Maskanızı gəlinliyə uyğunlaşdıraraq sadə bir görünüş əldə etmək istəyirsinizsə, evdəki zinət əşyaları və ya parçaya tikilə bilən xüsusi naxış motivləri ilə zövqlü bir maska yaratmaq olduqca asan olacaqdır. Maskanın xarici hissəsinə əlavə edəcəyiniz bu aksesuarlar sayəsində, ən xoşbəxt gününüzdə geyiminizlə bir obraz yaradacaqsınız.
Atlas maska
Xüsusi bir qonaqlığa dəvətlisinizsə, atlas və zərif paltar yaxşı bir seçim olardı.
Paltarınızın parça və rənginə uyğun dizayn edəcəyiniz atlas maska zərifliyinizə uyğun olacaq. İkiqat parçadan ibarət olan və incə yuyulma xüsusiyyətinə sahib olan bu maskalar xüsusi günlərin xilaskarı ola bilər.
Naxışlı maskalar
Əl qabiliyyətinizə əminsinizsə, parça üzərində naxışlı maskalar yaratmaq fikrini mütləq yoxlamalısınız. Baharın gəlişi ilə gül naxışlarının çox məşhur olduğu bir dövrə qədəm qoyuruq. Dizaynlarınızı onlardan ilham alaraq edə bilərsiniz.
Related Posts
Ofisi soyuq mövsümə hazırlamaq üçün Çek-list: Bakı üçün xüsusi tövsiyələr
Useful Information
2024-11-18
Yayda enerjiyə qənaət: soyutma xərclərini necə azaltmaq olar?
Useful Information
2024-07-23
Yuxuda telefon görmək nə deməkdir?
Useful Information
2024-03-26
Yuxuda ilan görmək nə deməkdir?
Useful Information
2024-02-08
Yuxuda xalça görmək nə deməkdir?
Useful Information
2023-06-13
İş axtaranlara şad xəbər!
Useful Information
2023-04-24
Uğurlu sifarişin sirri, xidmətimizdəki keyfiyyətdir!
Useful Information
2023-04-03
Yuxuda pərdə görmək
Useful Information
2023-03-14
Kofe falı haqqında
Useful Information
2022-12-21
Ofis mebeliniz işinizə olan diqqətdən xəbər verir!
Useful Information
2022-12-02