Öz sağlam qəlyanaltılarınızı hazırlayın

2021-04-27

Baxış: 4698

Öz sağlam qəlyanaltılarınızı hazırlayın

Gün ərzində ağır bir yeməklə qidalanmaq əvəzinə sadə qəlyanaltılara üstünlük vermək daha praktik ola bilər. Ancaq hazır və qablaşdırılmış qəlyanaltı qidaların tez-tez istifadəsi sağlamlıq baxımından yaxşı olmaya bilər. Xüsusilə işləyərkən, özünüzlə götürməyiniz lazım olduğunda, film seyr edərkən, oyun oynayarkən, uşaqlarınız üçün qəlyanaltılardan istifadə edə bilərsiniz. Belə hallar zamanı özünüzün hazırlaya biləcəyiniz, praktik və sağlam qəlyanaltı reseptləri üçün siyahımıza keçə bilərik.

cagir.az -Öz sağlam qəlyanaltılarınızı hazırlayın


Cips reseptləri

Xüsusilə uşaqlar tərəfindən tez-tez istifadə edilən hazır cipslər davamlı olaraq istifadə edildikdə, sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə yağlı və duzlu olan hazır qablaşdırılmış cipslər zərərli şəkildə çəki alınmasına və dəri problemlərinə səbəb ola bilər. Bunun üçün özünüzün, övladlarınızın və ya qonaqlarınızın qəlyanaltıları üçün sağlam alternativlərimizi sınaya bilərsiniz.

 

Bişmiş kartof cipsi

Kartofdan imtina etməyənlərdən birisinizsə, klassik cipslər üçün bu alternativ resepti sınaya bilərsiniz. Qızartmadan, daha sağlıqlı yağlarla qəlyanaltı hazırlaya bilərsiniz.

· 3 ədəd kartof

· 3 xörək qaşığı zeytun yağı

· Duz

· Zövqə görə ədviyyatlar: Qara istiot, qırmızı istiot, kəklikotu, sarımsaq tozu

 Hər şeydən əvvəl orta ölçülü kartoflarınızı yaxşı yuyub qurutmalısınız. Xüsusilə qabığı ilə daha xırtıldayan olmasını istəsəniz, soymadan davam edə bilərsiniz. Kartofları dilimləyicinin köməyi ilə və ya bıçaqla eyni ölçudə dilimləməlisiniz. Bu nöqtədə eyni dilimlər kəsməyiniz sobada daha incə olanların yanmaması və ya qalınlarının çiy qalmaması üçün vacibdir. Dilimlənmiş kartofları, zeytun yağını, duzu və ədviyyatları bir arada qarışdırdıqdan sonra əvvəlcədən qızdırılan sobada 15 dəqiqə bişirmək kifayət edəcəkdir.

 cagir.az -Öz sağlam qəlyanaltılarınızı hazırlayın


Daha sağlam bir alternativ: yerkökü

Kartofdan daha sağlıqlı bir alternativ olaraq yerkökünü dəyərləndirə bilərsiniz. Ancaq daha şirin bir cips olduğunu unutmamalısınız.

· 4 böyük yerkökü

· 2 xörək qaşığı zeytun yağı

· Duz

· Zövqə görə ədviyyatlar: sarımsaq tozu, qırmızı istiot, rozmarin

Yuduğunuz yerköklərini qurutduqdan sonra incə-incə dilimləyin. Kartofda olduğu kimi eyni qalınlıqda dilimlədiyiniz yerköklərini, yağı, duzu və ədviyyatları bir arada qarışdırdıqdan sonra bişirə bilərsiniz.

 

Balqabaq cipsi

Kartofa başqa bir alternativ olaraq, sağlam bir çeşid kimi balqabaq cipslərini seçə bilərsiniz.

· 3 ədəd orta ölçülü balqabaq

· 1 xörək qaşığı zeytun yağı

· Duz, qara istiot

· 2 xörək qaşığı toz parmezan pendiri

Yuyub qurutduğunuz orta ölçülü balqabaqları eyni şəkildə incə dilimləyin. Bunun üçün sürtgəc kimi bir alətdən istifadə edə bilərsiniz. Sobada şirniyyat kağızı üzərinə üst-üstə düşməyəcək şəkildə düzdüyünüz balqabaq dilimlərinin üzərinə yağ və ədviyyatları çəkə bilərsiniz. Üstünə zövqə görə toz şəklində parmezsan pendirini səpə bilərsiniz.

 cagir.az -Öz sağlam qəlyanaltılarınızı hazırlayın


Qatıq Sousu

Xüsusən duzlu qəlyanaltılar üçün xoş və dadlı bir qəlyanaltı olaraq qatıq, şüyüd, limon, qaymaq və duz qarışığından istifadə edə bilərsiniz. Limon sıxdığınız qaymağı çırpdıqdan sonra içinə qatıq və duzu əlavə edərək sousu bir qaba əlavə edə bilərsiniz.


Share:

fb_iconlinkedin_icon