2021-06-29
Baxış: 11789
Kiçik qonaq otaqları üçün dekorasiya təklifləri
Qonaq otaqları evdə ən çox istifadə olunan otaqlardan biridir. Evin ən çox vaxt keçirilən otaqlarından biri olduğu üçün qonaq otağının dekorasiyası çox vacibdir. Əgər evinizdə qonaq otağı üçün ayrılan sahə kiçikdirsə, bu otağı dizayn edərkən bir çox vacib məqamları nəzərə almalısınız. Kiçik qonaq otağınızı dizayn edərkən faydalanacağınız bir çox tövsiyələr, bu otaqda keçirəcəyiniz zamanınızı daha da əyləncəli hala gətirə bilər. Bu yazıda kiçik qonaq otağınızın dekorasiyasını asanlıqla tamamlamaq üçün bir neçə dekorasiya təklifləri hazırladıq.
Açıq rənglər seçin
Adətən kiçik otaqların kifayət qədər işıqlanmaması bizi narahat edir. Divarlar və döşəmələriniz üçün seçəcəyiniz açıq rənglər kiçik olan otağınızı daha geniş göstərəcək. Mebel, xalça və pərdələrinizi də seçərkən açıq rənglərdən istifadə edə bilərsiniz. Beləliklə otaq daha geniş və işıqlı görünə bilər. Əsasən ağ rəngdən istifadə etdiyiniz geniş görünən otağınızı müxtəlif aksesuarlarla öz tərzinizə uyğunlaşdıra bilərsiniz.
Geniş mebellərdən uzaq durun
Birdən çox geniş oturacaqları olan böyük divan dəstləri əvəzinə üstünlük verilən künc divan dəstləri, mövcud sahədən səmərəli istifadənizi təmin edir. Xüsusilə L formasındakı divanları otağın küncündə yerləşdirərək otaqdakı sahəyə qənaət etmiş olursuz. Bu halda, otağın genişlənməsinə imkan verərkən isti və rahat bir mühitə sahib ola bilərsiniz.
Otağı yaxşı işıqlandırın
Kiçik otaqları daha geniş göstərmək üçün ətrafı mümkün qədər işıqlandırmaq lazımdır. Açıq rəngli və nazik pərdələr bol günəş işığının otağa daxil olmasına imkan yaradır. Digər tərəfdən işıqlandırma vasitələri çox yer tutmamalı, əksinə kifayət qədər işıq gücü təmin edə bilməlidir. Sadə abajurları, ayaqlı lambaderləri və divara quraşdırılmış işıqlandırıcıları yoxlamağınızı tövsiyyə edirik.
Çoxfunksiyalı məhsullar seçin
Mövzu kiçik otaqlar olduqda, çoxfunksiyalı məhsullar ən böyük köməkçilərimizdən biridir. Bazalı divanlara, içərisində bəzi əşyaları saxlamağa imkan verən puflara üstünlük verməyinizi təklif edirik. Qonaq otağının divarına asa biləcəyiniz geniş güzgülər, dekorasiya elementi olmaqla yanaşı otağın olduğundan geniş görünməsinə şərait yaradacaq.
Televizoru divara yerləşdirin
Televizor qonaq otağında ağıla gələn ilk əşyalardan biridir. Qonaq otağınızdakı televizoru divara yerləşdirməyinizi məsləhət görürük. Bu halda qənaət etdiyiniz sahəni dəyərlənirə bilərsiniz.
Az sayda xalçadan istifadə edin
Çox sayda xalçadan istifadə etmək, kiçik otaqları dizayn edərkən edilən səhvlərdən biridir. Fərqli və enli xalçaların mebel altında istifadə edilməsi, otaqdakı hərəkət sahəsinin daha kiçik olmasına səbəb olur. Sizə məsləhətimiz odur ki, qonaq otağı üçün geniş, açıq rəngli 1 ədəd xalça seçin. Bu halda hərəkət sahəsinin daha geniş olduğunu hiss edərək otaqda vaxt keçirməkdən zövq ala bilərsiniz.
Dekorativ əşyaları məhdudlaşdırın
Kiçik otaqları dizayn edərkən otağın sıx görünməsinin qarşısını almağa çalışırıq. Otaqda istifadəyə yararsız məhsullar seçməkdən çəkinin. Dekorativ elementlərin rənglərini və naxışlarını kifayət qədər sadə seçməyinizi tövsiyyə edə bilərik. Çoxlu kiçik dekorativ elementlərdən istifadə etmək əvəzinə az sayda böyük parçalardan istifadə etməyinizi məsləhət görə bilərik. Dekorativ bəzəklərin rəng və naxış baxımından bir-birinə uyğunluğuna da diqqət yetirməlisiniz.
Related Posts
Ofisi soyuq mövsümə hazırlamaq üçün Çek-list: Bakı üçün xüsusi tövsiyələr
Useful Information
2024-11-18
Yayda enerjiyə qənaət: soyutma xərclərini necə azaltmaq olar?
Useful Information
2024-07-23
Yuxuda telefon görmək nə deməkdir?
Useful Information
2024-03-26
Yuxuda ilan görmək nə deməkdir?
Useful Information
2024-02-08
Yuxuda xalça görmək nə deməkdir?
Useful Information
2023-06-13
İş axtaranlara şad xəbər!
Useful Information
2023-04-24
Uğurlu sifarişin sirri, xidmətimizdəki keyfiyyətdir!
Useful Information
2023-04-03
Yuxuda pərdə görmək
Useful Information
2023-03-14
Kofe falı haqqında
Useful Information
2022-12-21
Ofis mebeliniz işinizə olan diqqətdən xəbər verir!
Useful Information
2022-12-02