4 addımda lahmacun resepti

2020-11-07

Baxış: 6766

4 addımda lahmacun resepti

Lazım olan inqrediyentlər:

  • orta yağlı 300 qram qiymə (mal əti)
  • 2 pomidor
  • 1 soğan
  • cəfəri
  • 1 xörək qaşığı bibər pastası
  • 300 qram un
  • şirin bibər tozu
  • pul bibər
  • duz
  • şəkər tozu
  • təzə maya
  • su

 

Lahmacun hazırlanma qaydası

  1. Əvvəlcə lahmacun xəmirini hazırlayın. Bir stəkan suda maya və bir çimdik şəkəri həll edin. Un, duz və mayalanmış suyu bir qabda qarışdırın və lahmacun üçün lazım olan xəmiri əldə edin. Yarım saat mayalandırın.

 

  1. Üzərinə çəkiləcək qarışım üçün pomidor və soğanı sürtgəcdən keçirin. Cəfərini incə doğrayın. Tomat pastası əlavə edin. Mal ətini ədviyyatla, və 2 xörək qaşığı su ilə qarışdırın.

 

  1. Xəmiri istədiyiniz ölçüyə bölün və bir oxlovun köməkliyi ilə yaymağa başlayın. Yaydığınız xəmirin üzərini nazik lay qiymə qarışığıyla örtün.

 

  1. Lahmacunları sobada 220 dərəcədə 5-7 dəqiqə bişirin. Limon və cəfəri ilə isti-isti süfrəyə verin.

 

Nuş olsun !


Share:

fb_iconlinkedin_icon