2020-10-31
Baxış: 6114
Yemək bişirərkən bilməli olduğunuz 40 tövsiyə
Bu yazıda mətbəxdə yeni olanlar, yeməkləri dadsız və ya duzlu olduqda nə edəcəyini bilməyən və həmişəkindən daha dadlı yemək hazırlamaq istəyənlər üçün mətbəxdə ən vacib 40 tövsiyəni topladıq.
Hər kəs mətbəxdə "ən yaxşı" olmaq və gözəl yeməklər bişirmək istəyir. Ancaq yaranan bəzi problemlər zövq almağınıza mane olur. Yeməyiniz duzlu, dadsız olduqda və şorbanın suyunu artıq etdiyiniz zaman sizi xilas edəcək məlumatlara ehtiyacınız ola bilər. Mətbəxdə mütəxəssis olmaq, yeməkləri daha ləzzətli bişirmək və bişirərkən yol verilən səhvləri düzəltmək üçün 40 praktik tövsiyə:
1. Bişirərkən qabın qapağını qapalı saxlayın. Bu şəkildə qazandakı buxar itirilmir və yeməyin bişirmə vaxtı qısalır.
2. Qızardanda qarğıdalı yağı, günəbaxan və ya fındıq yağı istifadə edin. Zeytun yağı qızartmaq üçün uyğun deyil, çünki tez yanacaq.
3. Tərəvəz və meyvələrin qida dəyərinin itirilməməsi üçün axan su altında yumayın. Tərəvəzləri doğranmadan öncə yuyun.
4. Qaynadılmış yumurtaların qabıqlarından asanlıqla çıxarılması üçün qaynama suyana limon dilimləri əlavə edin.
5. Yumurtanı qaynadarkən çatlamaması üçün suya bir çimdik duz əlavə edin.
6. Tortu mükəmməl kəsmək üçün ipdən istifadə edin. İpin hər iki ucundan möhkəm tutun və tortu bəyəndiyiniz kimi dilimləyin.
7. Yandırılmış peçenyeləri rəndələyərək təmizləyin.
8. Pomidorları düzgün şəkildə kəsmək üçün pomidorun içinə bir çəngəl batıraraq pomidoru daha hamar və mütənasib şəkildə kəsə bilərsiniz.
9. Pankeyki mükəmməl bişirmək üçün pankeyk xəmirini boş bir ketçup şüşəsinə tökün. Beləliklə, xəmirin miqdarını asanlıqla tənzimləyə bilərsiniz.
10. Dondurulmuş kərə yağını yayıla bilən bir tutarlılığa gətirmək üçün üzərinə isti bir stəkan qoyaraq gözləyin.
11. Əgər bişirdiyiniz şorba duzlu olsa, su yerinə süd əlavə edin.
12. Süd ləzzətinin bişirdiyiniz şorbaya və ya yeməyə uyğun olmayacağını düşünürsünüzsə, bir kartofu soyun və böyük doğrayın və qazana atın. Kartof qabdan artıq duzu udacaq.
13.Duzlu şorbanıza iki kub şəkər əlavə edin.
14. Salat və ya şorbanın çox acı olduğunu düşünürsünüzsə, ona limon suyu əlavə edin.
15. Salata doğradığınız bibər acı olarsa, salatdakı bibərləri yığıb, makaron qaynadın və salatın tərkibini makaronla qarışdırın.
16. Şorbanın dadsız olmaması üçün bir hissəsini sonrakı yemək üçün götürün və şorbaya isti su əlavə edin.
17. Çox acı olan yeməyə bal əlavə edin.
18. Qızartma əti bərkdirsə, üzərinə sirkə və limon suyu əlavə edin. Ət daha yumşaq olacaq.
19. Yaşıl yarpaqlı tərəvəzləri uzun müddət təzə saxlamaq üçün vakum saxlama qablarından istifadə edin.
20. Makaron sousu, pomidor sousu kimi hazırladığınız souslar artıqdırsa, sousları buz kublarına doldurun və sonra istifadə üçün dondurun.
21. Yeməyin daşmaması üçün qazanın üstünə taxta qaşıq qoyun.
22. Qaynadılmış gül kələminin pis iy verməməsi üçün qaynama suyuna un tökün.
23. Şirniyyat bişirən zaman xəmirin yayılmaması və dağılmaması üçün xəmiri soyuducuda saxlayın.
24. Qırmızı lobya, noxud, yaşıl mərcimək kimi yeməklər bişirdikdə, həzm sistemini yormaması üçün qazana yarım çay qaşığı kimyon əlavə edin.
25. Qızardacağınız badımcanın yağ çəkməməsi ve qaralmaması üçün qızartmadan öncə duzlu suda saxlayın. Qızardacağınız zaman suyunu sıxın və qurulayın.
26. Plovun düyüsünün parlaq və dən-dən olması üçün suya 1 qənd atın və limon suyu sıxın.
27. Əti zeytun yağı ilə marinə edin. Et zeytun yağı ilə daha yumşaq və daha dadlı olur.
28. Südün kəsilməməsi üçün qaynadarkən bir çimdik soda əlavə edin.
29. Kartof püresinin qabarması üçün pürenin üzərinə 1 çay qaşığı qabartma tozu əlavə edin.
30. Yeməyə əlavə etdiyiniz su isti olsun, çünki soyuq su yeməyin hazırlanma müddətini uzadır.
31. Balıqları dondurmadan əvvəl, içərisinə və üstünə limon suyu sıxın. Əriyəndə balıqdan az qoxu gələcək.
32. Qatı olmalı olan şorbanız duru olmuşsa əgər, yağda qovrulmuş un əlavə edin və qarışdırın. Şorba tutarlılığı daha qatı olacaq.
33. Donmuş və ya xarlanmış bal qabını isti su ilə dolu bir qabda isladın.
34. Pomidorları asanlıqla soymaq üçün pomidoru 2 dəqiqə qaynar suda saxlayın. Pomidoru bıçağın arxası ilə çox asanlıqla soya bilərsiniz.
35. Əti bişirmədən ən azı 1 saat əvvəl soyuducudan çıxarın. Bu şəkildə daha yumşaq bişicək.
36. Sobada bişirəcəyiniz şabalıd, ət və balqabaq çərəzləri kimi qidaların qurumasının və sərtləşməsinin qarşısını almaq üçün sobaya dayanıqlı qabda suyu sobanın içərisinə qoyun.
37. Balıqların xırtıldayan qızarması üçün öncə südə batırın, sonra unlayıb qızardın.
38. Kərə yağını əridərkən bir az duru yağ əlavə edin. Beləliklə, yağ yanmayacaq.
39. Soyulmuş kartofların qaralmaması üçün, su ilə doldurulmuş qabda soyulmuş kartofu qaralmamaq üçün isladın.
40. Yeməkdə istifadə edəcəyiniz ədviyyatları tavada qızdırın. Beləliklə ədviyyatların qoxusu daha çox hiss olunacaq.
Və unutmayın ki mətbəxinizin, evinizin təmizliyi hər zaman vacibdir! Vaxtınıza qənaət edib, təmizlik işlərinizi peşəkarlara həvalə etmək istəyirsinizsə, o zaman Cagir.az-ın ev temizleme, ofis temizleme kimi xidmətlərindən yararlana bilərsiniz. Bir neçə kliklə sifariş edirsiniz, və icraçımız qapınızda! Əlaqə nömrəsi: +994703482606.
Əgər sizə ev və ya ofisinizdə sadəcə hamam təmizliyi xidməti lazımdırsa, o zaman Cagir.az-ın hamam təmizləmə üzrə icraçıları hamamı, sanitar qovşaqları dərindən təmizləyəcəklər. Xidmətə hamam divarının, hamam kafelinin təmizliyi, ləkələrin təmizlənməsi, duş kabinasının yuyulması, cakuzi təmizliyi, vanna təmizliyi, güzgü səthlərin yuyulması, su kranlarının, duşun, əl-üz yuyanın (umivalnik, rakvina), unitazın təmizlənməsi daxildir. Əlaqə nömrəsi: +994703482606.
Oxşar Yazılar
Ofisi soyuq mövsümə hazırlamaq üçün Çek-list: Bakı üçün xüsusi tövsiyələr
Faydalı Məlumatlar
2024-11-18
Yayda enerjiyə qənaət: soyutma xərclərini necə azaltmaq olar?
Faydalı Məlumatlar
2024-07-23
Yuxuda telefon görmək nə deməkdir?
Faydalı Məlumatlar
2024-03-26
Yuxuda ilan görmək nə deməkdir?
Faydalı Məlumatlar
2024-02-08
Yuxuda xalça görmək nə deməkdir?
Faydalı Məlumatlar
2023-06-13
İş axtaranlara şad xəbər!
Faydalı Məlumatlar
2023-04-24
Uğurlu sifarişin sirri, xidmətimizdəki keyfiyyətdir!
Faydalı Məlumatlar
2023-04-03
Yuxuda pərdə görmək
Faydalı Məlumatlar
2023-03-14
Kofe falı haqqında
Faydalı Məlumatlar
2022-12-21
Ofis mebeliniz işinizə olan diqqətdən xəbər verir!
Faydalı Məlumatlar
2022-12-02