2022-04-24
Baxış: 8387
Robot tozsoranlar və üstünlükləri
Müəyyən bir alqoritmdən asılı olaraq insan müdaxiləsi olmadan işləyən tozsoran növləri robot tozsoranlar adlanır. Sərt və ya yumşaq səthlərdə bərk və maye materialları süpürüb onların yerləşdiyi kameraya çəkən robot tozsoranların da avtomatik doldurulan növləri var. 21-ci əsrin ən çox istifadə olunan məişət texnikasından biri də robot tozsoranlardır.Bir çox üstün xüsusiyyətləri var. Bu xüsusiyyətlər haqqında biz çağır.az olaraq sizə ətraflı məlumat verəcəyik.
Əsas üstünlüklər:
- Avtomatik işləmə qabiliyyətləri ilə onlar nəzarət olmadan evi süpürə bilərlər.
- Onlar avtomatik doldurma imkanları ilə özlərinə enerji doldura bilərlər.
- Robot tozsoranlar evdə toz yığılmasının qarşısını alırlar, çünki evin müntəzəm və davamlı olaraq tozunu təmizliyə bilirlər.
- Onlar əlçatmaz yerlərə (çarpayı, stul/stol/qoltuqaltı və s.) daxil ola bilərlər.
- Lazer skan etmə sistemləri və bəzi robotların xəritəçəkmə imkanları ilə evdə təmizlənməmiş bir yer buraxmırlar.
Bu yazını oxuduğunuza görə tozsoranınızda hər hansı problem aşkar etmisiniz. Linkə keçid edərək tozsoranınız üçün ən münasib qiymətdə usta tapa bilərsiniz.
Lakin bəzi vəziyyətlərdə istənilən nəticə əldə etmək olmur.
- Evin döşəməsi səliqəsizdirsə və otaqların döşəməsində həddindən artıq əşyalar varsa, onlar effektiv təmizlənə bilməzlər.
- Onların dərindən təmizlənməsi əl ilə təmizləmədən daha uzun çəkir. 20 kvadratmetrlik otağı təxminən yarım saata süpürürlər.
- Böyük evlərdə itmək və baza stansiyalarını tapa bilməmək riski var. Bu vəziyyətdə onlar avtomatik doldurma funksiyalarından yararlana bilməyəcəklər. Bu vəziyyətin qarşısını almaq üçün iRobot məhsullarında Virtual Wall Towers adlı bələdçilərdən istifadə edilir. Virtual Divar qüllələri sayəsində 140 kvadrat metrə qədər olan mərtəbələr itmədən təmizlənə bilər.
Günümüzdə robot tozsoran modelləri çoxlu saydadır. Bunlardan- Samsung, xiaomi,İrrobot roomba, LG, Redmi, Rowenta robot tozsoran və.s sadalaya bilərik.
Tozsoranın çarəsiz qaldığı vəziyyətlərdə təmizlik işçisinə ehtiyac duyulur ki. Bakıda ən münasib qiymətə təmizlik xidməti yalnız bizdə!
Ümumi xüsusiyyətləri:
Robot tozsoranların bəzi xüsusiyyətləri bu cihazları ev üçün istifadə etməyi asanlaşdırır. Məsələn:
- Pilləkənlərdən və digər yüksəkliklərdən düşməmək
- Toqquşmanın aşkarlanması, toqquşmadan sonra istiqaməti dəyişdirmək.
- Xalça qotazları, kabellər və s. cisimlərə ilişməmək, ilişib qalmaqdan xilas olmaq
- Baza stansiyasına/doldurma stansiyasına gedərək avtomatik özünü doldurma
- Bəzi markalarda lazer və ya infraqırmızı şüalarla skan edərək real vaxtda xəritəçəkmə
- Robot tozsoranlar enerji doldurma stansiyasına qayıdarkən zibil qutusunun özünü təmizləməsi və boşaldılması
Robot tozsoran modelləri fərqli olduğu kimi onların qiymətləridə fərqlidir. Məsələn:
Samsung robot tozsoran qiyməti -1249.99 azn
İrobot roomba İ3 tozsoran qiyməti -1399.99 azn
İrobot roomba 698 qiyməti -999.99 azn
Xiaomi robot tozsoran qiyməti -399.99 azn
Xiaomi Roborock S7 qiyməti -2249 azn
Xiami Mi Vacuum- Mop P Black qiyməti - 750 azn
Xiaomi Roborock S7 White qiyməti-1549 azn
Usta və təmizlik həyatımızda gündəlik ehtiyac halına çevrilib. Qonşunuzun məsləhət bildiyi ustalar, rəfiqənizin sizə tövsiyyə etdiyi təmizlik işçiləri bizdədir! Biz Cagir.az şirkəti olaraq həm vaxtınıza, həm də büdcənizə qənaət edirik. Ətraflı məlumat üçün əlaqə nömrəsi: +994703482606
Oxşar Yazılar
Niyə kompleks xidmətlər biznesin uğur açarıdır?
Təmizlik xidməti
2024-09-03
Temizlik Firmaları Azərbaycanda
Təmizlik xidməti
2024-07-25
Matrası bu üsullarla təmizləyin!
Təmizlik xidməti
2023-09-15
Yuxuda ev süpürmək nədir?
Təmizlik xidməti
2023-08-07
Evdə dərin təmizlik necə olmalıdır?
Təmizlik xidməti
2023-07-21
Həşaratlara qarşı dezinfeksiya niyə vacibdir?
Təmizlik xidməti
2023-07-05
İş masasını hər gün təmizləməyin sağlamlığa təsiri
Təmizlik xidməti
2023-05-16
Geyimlərin quru təmizlənməsi
Təmizlik xidməti
2023-04-20
Ev təmizliyində pərdə yuma xidməti
Təmizlik xidməti
2023-04-09
Təmirdən sonra təmizlik xidməti
Təmizlik xidməti
2023-03-25