2021-07-12
Baxış: 16748
Geyimlərdən mürəkkəb ləkələrin təmizlənməsi
Əgər cibinizdən qələmi çıxartmağı unutmusunuzsa, ofisdə bir tərslik olub və yaxud azyaşlı bir uşaq köynəyinizi yazıbsa - bu ləkələr heç vaxt gözəl mənzərə kimi görünmür. Mürəkkəb ləkələrini paltardan təmizləmək çətin ola bilər, xüsusən də qarşılaşdığınız mürəkkəb növündən asılı olaraq. Bütün mürəkkəb ləkələri eyni sayılmır. Əgər su əsaslı mürəkkəb ləkələriniz varsa, özünüzü şanslı hesab edə bilərsiniz.
Bunları yuyula bilən markerlər kimi təmizləmək asandır. Digər tərəfdən, qalıcı bir mürəkkəb ləkəsini çıxarmaq bir kabus sayıla bilər. Mürəkkəb çox zaman paltarda gözlə görünən bir yerə düşür və çıxarmaq çətin olur, lakin əksər təmizləmə metodları vasitəsi ilə təmizləmək mümkündür.
Hər bir mürəkkəb növü, əsasən evinizdə olan məhsullara yönəlmiş fərqli təmizləmə üsullarına reaksiya göstərir. Ənənəvi su və yuyucu toz birləşməsindən süd və ya duz kimi gözlənilməz məhsullara qədər sınayacağınız bir çox seçim var. İlk addım mürəkkəb növünü müəyyənləşdirmək və daha sonra ən yaxşı şəkildə təmizləyəcək vasitədən istifadə etməkdir. Müvəffəqiyyət üçün vacib bir ipucu: paltarları əvvəlcədən yuyub qurutmaq lazım deyil. Çünki buxar ləkənin üzərinə hopacaq və təmizlənməsi mümkünsüz olmasa belə, daha da çətinləşəcəkdir.
Süd
Bu ən gözlənilməz təklif kimi görünə bilər, ancaq paltarın süd ilə dolu olan bir vannaya salınması hiylə sayıla bilər. Paltar salındığı zaman, dayaz bir vannada mürəkkəb ləkəsini örtmək üçün kifayət qədər süd olmalıdır. Paltarı bir gecə vannada isladın. Ertəsi gün çıxardın və paltarları həmişəki kimi yuyun.
Sirkə və qarğıdalı nişastası
Bu iki addımdan ibarət olan prosesdə əvvəlcə sirkə istifadə edilir və sonra qarğıdalı nişastası ilə qarışdıraraq bir məcun əmələ gətirilir. Əvvəlcə mürəkkəb ləkəsini sirkə ilə nəmləndirin. Sonra sirkə və qarğıdalı nişastası ilə məcun hazırlayıb dərhal parçanın üzərinə tətbiq edin. Paltar yuyulmadan öncə tamamilə qurumağına icazə verin.
Dırnaq boyası təmizləyicisi
Bu məhsul ağır bir məhsuldur və bu səbəbdən qalıcı mürəkkəb ləkələri üçün tövsiyə olunur, lakin parçaya zərər verə bilər. Əvvəlcə paltarın iç hissəsində test edin. Hər şey yaxşı olarsa, dırnaq boyası təmizləyicisindən istifadə edib, sürtməklə təmizləyin. Mürəkkəb ləkəsi təmizləndiyi zaman ləkələnmiş yeri təmiz və quru bir dəsmal vasitəsi ilə qurudun. Tamamlandıqda, dırnaq boyası təmizləyicisini parçadan tamamilə yuyun.
Duz
Mürəkkəb ləkəsi quruduqdan sonra onu görürsünüzsə əgər, duz qabını tez əlinizə alın! Ləkənin üzərini duzla örtün, nəm bir kağız dəsmal ilə yumşaq bir şəkildə silin və sonra duzu fırçalayın. Ləkə yox olana qədər təkrarlayın.
Saç spreyi
Saç spreylərinin çoxunun tərkibində mürəkkəbin çıxarılmasına və ləkənin təmizlənməsinə kömək edəcək spirt var. Yüksək spirti olan saç spreyi tapmağa çalışın - ümumiyyətlə ən ucuz markalar ən yaxşısıdır. Ləkə ilə parçanın altına təmiz bir dəsmal qoyun, ləkənin üzərinə lakı yaxşıca vurun və ləkə yox olana qədər təmiz dəsmal ilə təmizləyin. Sonra paltarları həmişəki kimi yuyun.
Vaxtınıza qənaət edib, təmizlik işlərinizi peşəkarlara həvalə etmək istəyirsinizsə, o zaman Cagir.az-ın ev temizleme, ofis temizleme kimi xidmətlərindən yararlana bilərsiniz. Bir neçə kliklə sifariş edirsiniz, və icraçımız qapınızda! Əlaqə nömrəsi: +994703482606.
Oxşar Yazılar
Təmizlik Xidmətləri Üzrə Müqavilə Bağlamazdan Əvvəl Nələri Bilməlisiniz?
Təmizlik xidməti
2024-11-25
Niyə kompleks xidmətlər biznesin uğur açarıdır?
Təmizlik xidməti
2024-09-03
Temizlik Firmaları Azərbaycanda
Təmizlik xidməti
2024-07-25
Matrası bu üsullarla təmizləyin!
Təmizlik xidməti
2023-09-15
Yuxuda ev süpürmək nədir?
Təmizlik xidməti
2023-08-07
Evdə dərin təmizlik necə olmalıdır?
Təmizlik xidməti
2023-07-21
Həşaratlara qarşı dezinfeksiya niyə vacibdir?
Təmizlik xidməti
2023-07-05
İş masasını hər gün təmizləməyin sağlamlığa təsiri
Təmizlik xidməti
2023-05-16
Geyimlərin quru təmizlənməsi
Təmizlik xidməti
2023-04-20
Ev təmizliyində pərdə yuma xidməti
Təmizlik xidməti
2023-04-09