Hər dəfə yorğun olduğumuz zaman ağla gələn ilk şeylərdən biri masajdır. Şəxsi baxıma vaxt ayırdığımız zaman özümüzü ən yaxın SPA mərkəzinə atmaq və gün boyu masaj etdirmək və fərqli müalicə üsullarını sınamaq istəyirik. Hər kəsə məlum olan rahatlaşdırma xüsusiyyəti olan masajın bir çox bilinməyən faydaları var. Təbiətin hədiyyəsi olan bitki mənşəli aromaterapik yağlar vasitəsilə edilən masajlar sayəsində bir çox fərqli fiziki ağrıları azaltmaq mümkündür. Bu yazıda masajın faydalarını və hansı məqsədlər üçün fərqli masaj növlərinin tətbiq oluna biləcəyini araşdıracağıq.


Masajın hansı faydaları var?

Xüsusilə əzələ və sümük ağrılarını aradan qaldırmaq üçün istifadə olunan müalicəvi masajın faydaları sonsuzdur. Masajın faydalarından ən əhəmiyyətlisi stress hormonlarını azaldır və stresə əsaslanan xəstəliklərin yaranmasının qarşısını alır. Masaj tətbiq edildikdə, bədən rahatlaşır və stressdən azad olur. Stress orqanizmimizə ciddi təsir göstərir, bu təsirlərin bəziləri müvəqqəti, bəziləri isə qalıcıdır. Ürək ritminin sürətlənməsi və yüksək təzyiq kimi müvəqqəti təsirləri nümunə gətirə bilərik. Saçların tökülməsi və ağarmağı isə daimi nümunədir. Mütəmadi masaj elətdirən insanlarda stressin müvəqqəti və daimi təsirləri azaldıla və ya hətta tamamilə aradan qaldırıla bilər. Bədənin rahatlaşması və stress hormonlarının buraxılmasını dayandırması səbəbiylə meydana gələn bu faydası dəridə yaşlanma əlamətlərini də dayandırır. Masajın üstünlüklərindən biri də qan dövranını stimullaşdırması və qan axışını sürətləndirməsidir. Qan axınının sürətlənməsi dəri və toxuma zədələrinin daha sürətli yaralanmasına imkan verir.

 

Masajın növləri və üstünlükləri

Masaj müalicəsi müxtəlif üsullarla tətbiq oluna bilər. Terapiya masajları da var. Bunlardan ən məşhuru refleksoloji masajdır.

 

İsti daş masajı

Geoloji hərəkətlər nəticəsində yaranan vulkan daşları ilə tətbiq olunur. Daşlar qızdırıldıqdan sonra bədənin müəyyən hissələrinə qoyulur, istilik sayəsində daşların olduğu hissədə qan axını sürətlənir və hüceyrələrə daha çox oksigen gedib çatır. Bunun sayəsində toxumaların bərpası, dəri qocalma əlamətlərinin azalması və cavanlaşma təsirləri baş verir.

 


Refleksoloji masaj

Bölgəli masajların ən məşhuru olan refleksoloji masaj yalnız ayağa tətbiq olunur. Bu, ayağın altındakı müəyyən sinir nöqtələrinə fokuslanaraq bütün orqanizmin problemlərinin həllinə əsaslanır. Əsasən, uzun müddət ayaqüstə dayanan insanlar üçün böyük bir rahatlıq yaradır.

 

İdman masajı

Xüsusilə fiziki idman növlərinə maraq göstərən mütəxəssislər və həvəskarlar tərəfindən seçilən bu masajın faydaları əzələ sərtliyini və toxuma zədələrini yaxşılaşdırmaqdır. Əzələlərin və toxumaların sağlamlığını qorumağa kömək edir.

 

Tay masajı

Adından göründüyü kimi, Taylandın dünyaya hədiyyəsi olan tay masaj prosesində dartma, çəkmə kimi hərəkətlər tətbiq olunur. Bədənin enerji nöqtələrinə tətbiq olunan təzyiq ilə tarazlıq yaratmağı hədəfləyir. Digər masajlarla müqayisədə tətbiqi daha uzun müddət vaxt tələb edən tay masajının bədənin ağrıları azaltmaq və rahatlatmaq kimi faydaları var.

 

 

Bali masajı

Çox yumşaq hərəkətlərlə tətbiq olunan bali masajı, həssas insanlara və sağalma dövründəki xəstələr üçün uyğundur. Sakitləşdirici və rahatlandırıcı masaj terapiyası almaq istəyən hər kəsə tövsiyə olunur. Santi adı verilən xüsusi bir masajın köməyi ilə həyata keçirilən masaj tətbiqinə ayaqdan başlanır, beləliklə insanın tamamilə rahatlaması təmin olunur. Yağın istiləşmə təsiri ilə birlikdə fokuslanmış bölgələrdə qan axını sürətlənir.

 

Əgər siz də evinizdən çıxmadan, rahat şəraitinizdə masajdan faydalanmaq istəyirsinizsə, Cagir.az –ın mütəxəssisləri sizin xidmətinizdədir. Masaj xidmətiniə müalicəvi masaj (skolioz, kifoz, osteoxondroz), relax masaj, uşaq masajı, sellülit, hicama, üz masajı, müalicəvi kişi masajı daxildir. Əlavə məlumat və sifariş üçün bu linkə daxil olun. Əlaqə nömrəsi: +994703482606.