Yay üçün 4 sağlam smuzi resepti

2022-05-30

Baxış: 7541

Yay üçün 4 sağlam smuzi resepti

Yay gələndə günə formada və gözəl başlamaq üçün ən çox seçilən içkilərdən biri buz kimi soyuq smuzilərdir. Bir çox fərqli meyvə və tərkibdən hazırlayacağınız smuzilər, sağlam qidalanmaq istəyənlərin əsas üstünlükləri arasındadır. Meyvə çeşidinin artdığı yay günlərində səhərə xoşbəxtliklə başlamaq üçün yaxşı bir seçim olacaq. Yay günlərində sağlamlığınızı qoruyaraq təravətləndirmək üçün içə biləcəyiniz smuzilərin evdə hazırlanması da olduqca zəhmətsiz və asandır. Evinizdə edə biləcəyiniz bəzi reseptləri hazırladıq. Zövqünüzə uyğun gələnlə başlayaq. 


Şaftalılı smuzi

Tərkibi:

2 şaftalı

1 banan

1 çay qaşığı darçın

1 çay qaşığı bal

 ¾ stəkan süd

Qabıqlarını soyduğunuz meyvələri doğradıqdan sonra, 5-6 buz parçası ilə bərabər blendera ata bilərsiniz. Dadını daha da ləzzətli etmək üçün süd və darçın əlavə etməyi unutmayın. Dadlı olmaqdan əlavə, bu içki sizi çox doyuracaq və gün boyu formada saxlayacaq.

Yay üçün 4 sağlam smuzi resepti 757

Qarpızlı smuzi

Tərkibi:

2 stəkan doğranmış qarpız,

½ stəkan çiyələk parçaları

limon suyu

¼ stəkan süd

(bəzəmək üçün zövqə görə nanə və lime parçası.)

Yayın ən sevilən meyvələrindən biri olan qarpız, smuzi növünün də  ən çox sevilən məhsullarından biridir. Şirəli və təravətləndirici təsiri çiyələyin dadı ilə birləşdikdə, əla bir smuzi seçimi olaraq qarşımıza çıxır. Təqdimatınızı edərkən stəkanın kənarına qoyacağınız lime və nanə parçaları görüntü olaraq da  harmoniya  yaratmağınıza kömək edəcəkdir. Əgər siz də qarpız sevənlərdənsinizsə, bu smuzi resepti sizin üçündür!


Moruqlu smuzi

Tərkibi :

1,5 stəkan dondurulmuş moruq

1 qreypfrutun suyu

1 çay qaşığı bal

1/2 stəkan badam südü

Şirin və turşun ecazkar bir birləşməsi dediyimiz bu smuzinin çox praktik bir resepti var. Tərkibləri qarışdıraraq alacağınız smuzidə şirin-turş nisbətini istədiyiniz kimi tənzimləyə bilərsiniz.

Yay üçün 4 sağlam smuzi resepti 757

Detoks olaraq yaşıl smuzi

Tərkibi:

1 banan

½ doğranmış avokado

limon suyu

1 stəkan badam südü

1 stəkan ispanaq

½ xiyar


Detoks smuzilər tərkibləri ilə qarışıq bir atmosfer yaradır. Bu reseptdə bədəninizi formada saxlayacaq hər cür vitamin var. Smuzinizi istər səhər yeməyində, istərsə də axşam hovuzun kənarında içə bilərsiniz.

Bütün məişət xidmətləri bir ünvanda! Sayta nəzər salaraq istədiyiniz xidməti istədiyiniz məkana çağırın! Cagir.az - sizə asan və münasib qiymətə xidmət təklif edir. Ətraflı məlumat və ya sifariş üçün əlaqə nömrəsi:  +994703482606

Yay üçün 4 sağlam smuzi resepti 757

Paylaş:

fb_iconlinkedin_icon

Oxşar Yazılar

Yuxuda telefon görmək nə deməkdir?

Yuxuda telefon görmək nə deməkdir?

Faydalı Məlumatlar

2024-03-26

Yuxuda ilan görmək nə deməkdir?

Yuxuda ilan görmək nə deməkdir?

Faydalı Məlumatlar

2024-02-08

Yuxuda xalça görmək nə deməkdir?

Yuxuda xalça görmək nə deməkdir?

Faydalı Məlumatlar

2023-06-13

İş axtaranlara şad xəbər!

İş axtaranlara şad xəbər!

Faydalı Məlumatlar

2023-04-24

Yuxuda pərdə görmək

Yuxuda pərdə görmək

Faydalı Məlumatlar

2023-03-14

Kofe falı haqqında

Kofe falı haqqında

Faydalı Məlumatlar

2022-12-21

Payızda ölkəni qarış-qarış gəzin!

Payızda ölkəni qarış-qarış gəzin!

Faydalı Məlumatlar

2022-11-29

Tədbirlərə tort sifarişi

Tədbirlərə tort sifarişi

Faydalı Məlumatlar

2022-11-23

Cagir.az zəng et