Uşaq masajı necə edilir və faydalıdırmı?

2021-05-09

Baxış: 22577

Uşaq masajı necə edilir və faydalıdırmı?

Uşağa özünü güvəndə hiss etdirən və ana ilə uşaq arasındakı əlaqəni gücləndirən "Uşaq masajı"-nın bir çox fiziki və psixoloji faydaları var.

Uşaq masajının fiziki faydaları nələrdir?

Masajla birlikdə artan qan axını toxumalara gedən oksigenin miqdarını artırarkən limfa axışını da tənzimləyir; immunitet sistemini gücləndirməyə kömək edir. Körpələrin əzələ, sinir və skelet sistemlərinin inkişafına və əzələ-sinir koordinasiyasını təmin edən "uşaq masajı" təbii ağrı kəsici "endorfin hormonu"-nun ifrazına kömək edir və diş çıxartma, peyvənd və qulaq ağrısı kimi xəstəliklərdə uşağın ağrısını azaldır. Masaj körpənin bağırsağında yığılmış qazın çıxarılmasına kömək edərək körpəni rahatlaşdırır və gecə yuxusunu dərinləşdirir.

cagir.az -Uşaq masajı necə edilir və faydalıdırmı?


Uşaq masajının fiziki faydaları ilə yanaşı psixoloji faydaları da var

"Uşaq masajı"-nın psixoloji faydaları nədən ibarətdir? İlk öncə, ana ilə körpə arasındakı bağlanma sürətini tezləşdirir. Süd vermə prosesi daha rahat keçər, körpəsi ilə daha çox təmasda olan analarda südün miqdarının artdığı və süd vermə müddətinin uzandığı müşahidə edilmişdir. Uşaq özünü güvəndə hiss edər, sevildiyini hiss edər, daha rahat olar. Ananın da özünə inamı artar və uşaq masajı zamanı ana ilə uşağın ifraz etdiyi oksitoksin və serotonin hormonları stres səviyyəsini azaldır.

 

Uşaq masajı üçün hazırlanacaq mühit

Körpənin inkişafı üçün sonsuz faydaları olan "uşaq masajı" necə edilir? Əvvəlcə masaj üçün mühit hazırlayın. Ana və uşağın rahat olacağı və narahat edilməyəcəyi bir mühit olmalıdır. Uşaq masajını rahatladıcı bir musiqi müşayiət edə bilər. Otağın temperaturu isti olamalıdır, körpənin uzanacağı yer isə yumşaq. Uşaq masajı zamanı təmiz bir uşaq bezi və yumşaq bir dəsmal hazırlayın. Əlinizə körpə yağı sürtün və yüngül, yavaş toxunuşlarla masaja başlayın (badam yağı, zeytun yağı da tövsiyə olunur). Təmiz uşaq bezini körpənin altında açıq bir şəkildə sala bilərsiniz. Özünüzü güvəndə hiss etdikcə və körpəniz masaja alışdıqca təzyiqi tədricən artıra bilərsiniz.

 

Əgər yuxusu varsa, icazə verin yatsın

Əgər körpənizin yuxusu varsa, oyandıqdan sonra masaj edə bilərsiniz. Körpəniz masaj edərkən ağlayır və narahatdırsa, masajı daha xoş bir zamanda edin. Körpəniz qarnı doyduqdan bir saat sonra masaj etmək üçün daha xoş və dinamik olacaq, unutmayın! Həm də "ilklər" hər zaman çətindir. Körpəniz masaj ilk dəfə edildikdə ağlayaraq reaksiya göstərə bilər. Bu vəziyyətdə masajı dayandırın. Zaman keçdikcə masajın onun üçün daha əyləncəli olacağını görəcəksiniz. Uşaq masajının ən önəmli məqsədi sizinlə körpəniz arasındakı ünsiyyəti gücləndirməkdir. Siz də rahatlayacaqsınız, o da. Masajın əyləncəli tərəfini kəşf edin.

cagir.az -Uşaq masajı necə edilir və faydalıdırmı?

 

Uşaq masajı necə edilir?

Körpənizlə göz təması qurun, onun kiçik barmaqlarına toxunun. Yumşaq bir səslə nə etdiyinizi ona deyin, onunla danışın. Yeni doğulmuş körpələrdə diqqət müddəti təxminən 15 dəqiqədir. Bu müddəti nəzərə alaraq, hər hərəkəti bir-iki dəfə təkrar edə bilərsiniz. Uşağınız zamanla masaja öyrəşəcək. Böyüdükcə masaj müddətini artıra bilərsiniz. Körpənin diqqətini bədəninin bir nöqtəsinə yönəltməsini təmin edin. Məsələn, bir qolundan tutun, körpənin qolunu yavaşca yelləyin və ona rahatla və gülümsə deyin. Bu, körpənin diqqətini öz bədəninə yönəltməsinə, rahatlamasına imkan verir. Beləliklə, körpəniz toxunuşunuzdakı müsbət mesajları daha asan başa düşəcəkdir.

 

"Qol masajı" haqqında tövsiyyələr: körpənizin qolunu qaldırın, çiyindən biləyə doğru əvvəlcə bir əlinizlə, sonra digəri ilə masaj edin. Eyni hərəkəti biləkdən çiyinə doğru təkrarlayın. Körpənizin əlini açın, hər bir barmağını növbə ilə ovuşdurun. Əlinin üstünü və ovcunun içini barmaqlara doğru ovuşdurun. Daha sonra ovuclarınızla qollarını yuxarıdan aşağıya yavaşca ovuşdurun.


"Uşağın üz masajı" necə ediləcək? Barmaqlarınızı körpənin alnının ortasına qoyun. Gicgahlara, sonra yanaqlara doğru masaj edin. Baş barmağınızla körpənizin göz qapaqlarını gicgahlara doğru ovuşdurun. Yenə baş barmaqlarınızla körpənin burnunu yanaqlarına doğru yavaşca ovuşdurun. Çənədən qulağın arxalarına doğru yumşaq şəkildə üz masajına davam edin.

cagir.az -Uşaq masajı necə edilir və faydalıdırmı?


Uşaqlara "ayaq masajı" necə edilir? Ayaq masajı qol masajına bənzəyir. Körpənizin ayağını hər iki əlinizlə yuxarı qaldıraraq tutun və əllərinizi əks istiqamətə çevirərək ayağını ovuşdurun. Əllərinizin bu hərəkətini buddan biləyə doğru davam etdirin. Eyni hərəkəti biləkdən buda doğru təkrarlayın. Uşağınızın ayaqlarına da baş barmağınızla topuqdan başlayaraq, barmaqlara doğru ayaq dabanını ovuşduraraq masaj edə bilərsiniz. Mütəxəssislər yüksək temperaturu və epilepsiyası olan körpələrə masaj edilməməli olduğunu söyləyirlər.

 

Qeyd edək ki, Cagir.az-ın peşəkar və ən əsası uşağınızla kontakt yarada biləcək masajistlərinə əminliklə müraciət edə bilərsiniz. Daha ətraflı məlumat üçün bu linkə daxil olun. Bütünü suallarınıza da əlaqə bölməsindəki vasitələrlə cavab verməyə hazırıq.

Hər zaman sağlam qalın! Əlaqə nömrəsi: +994703482606.



cagir.az -Uşaq masajı necə edilir və faydalıdırmı?

Paylaş:

fb_iconlinkedin_icon