Soba təmizləməyin ən sadə 4 effektiv üsulu

2020-10-31

Baxış: 3639

Soba təmizləməyin ən sadə 4 effektiv üsulu

Dadlı tort və şirniyyatlarınızın hazırlanmasında böyük payı olan sobalar hər evdə dəyəri ölçülməz vəzifəyə sahibdirlər. Ən təzə çörəklər, yumuşaq kekslər, ət yeməklərinin və daha nələr-nələrin bişirildiyi sobaların zaman-zaman təmizlənməsi lazımdır. Yeməklərin buxarı səbəbindən, sobanın içində bir müddət sonra kir və yağ təbəqəsi yaranır. Təmizlənməsi təxirə saldığınız sobaları təmizləmək vaxtı gəldi.

Necə? Ən təsirli nəticələr göstərən soba təmizləmə üsullarını sizinlə bölüşürük!

cagir.az -Soba təmizləməyin ən sadə 4 effektiv üsulu

 

1. Sodalı su

“Sobanın içi necə təmizlənir?”

  • Soda ilə suyu bir qabın və ya sprey şüşənin içərisində qarışdırın;
  • Daha sonra qarışığı sobanın daxili səthinə püskürdün. Əgər sprey şüşədən istifadə etmirsinizsə, bezin köməyi ilə təmizliyinizi edə bilərsiniz;
  • Sobanın içinə püskürtdüyünüz sodalı suyu 30 dəqiqə ərzində saxlayın;
  • Gözləmə müddəti keçdikdən sonra, sobanın yan səthləri və alt hissəsini nəm bir bez ilə silin.

Hər sobadan istifadədən sonra bu asan təmizlik üsulundan yararlanıb, sobanızın ömrünü uzada bilərsiniz.

cagir.az -Soba təmizləməyin ən sadə 4 effektiv üsulu

 

2. Sirkəli, sabunlu su

Ekonomik və təbii təmizləyici olan sirkə bu dəfə soba təmizliyində iş

başındadır. Sobadan istifadə zamanı ən tez çirklənən soba şüşəsi bir müddət təmizlənməsə, şüşədə qəhvəyi ləkələr əmələ gələ bilər. Bu xoşagəlməz görüntünün qarşısını almaq üçün sirkəli, sabunlu su istifadə edə bilərsiniz:

 

  • Bir qabın içərisinə eyni ölçüdə sirkə və su əlavə edin;
  • Bu maye qarışımına yenə eyni ölçüdə maye sabun və ya rəndələnmiş sabun əlavə edin;
  • Yağların rahatlıqla təmizlənməsinə kömək olacaq digər məhsulumuz olan sodanı da eyni miqdarda əlavə edin və qarışdırın;
  • Alınan bu təmizləyici vasitədən süngərin köməkliyi ilə sobanızı təmizləyə bilərsiniz;
  • Təmizlik bitdikdən sonra nəmli bir bez ilə sobanızı silib, daha parlaq görüntü əldə edə bilərsiniz.

 

                                                                                                                                      

3. Limonlu su

Limonlu suyu daha çox xoşagəlməz qoxuları aradan qaldırmaq və sobaya parlaqlıq vermək üçün istifadə edirlər. Yağlı soba yeməklərindən və balıq yeməklərindən sonra sobada qoxunun qalmaması üçün limonlu suyun istifadə olunması məsləhətli üsuldur:

  • Orta ölçüdə bir kasanın içinə ilıq su və limon suyu əlavə edin;
  • Daha sonra qab süngəri və ya şüşə silən bezin üzərinə qarışımdan tökü
  • Sobanın şüşəli hissəsini, yan səthlərini, daxili səthini limonlu su ilə yaxşıca təmizləyin. Suyun ilıq olması işinizi rahatlaşdıracaq. Limonun qoxusu sayəsində sobada olan yemək qoxusu aradan qalxacaq.

cagir.az -Soba təmizləməyin ən sadə 4 effektiv üsulu

 

5. Sabun və Portağal yağı

Sobanızın ömrünün daha uzun olması və hər zaman təmiz qalması üçün sizə başqa bir praktik üsul da məsləhət görürük:

  • 2 yemək qaşığı sabun, 2 yemək qaşığı soda, 1 çay qaşığı portağal yağı və 1 stəkan isti suyu qarışdırın. Vasitələr tam əriyənə kimi qarışdırmağa davam edin.
  • Təmizliyə başlamazdan öncə, sobanızı 140 dərəcədə 10 dəqiqə qızdırın;
  • Soba işlək olmayan vəziyyətdə bu məhlulla sobanın içini təmizləyin;
  • Bir necə dəqiqə məhlul sobanın içində qaldıqdan sonra, nəmli bez ilə hər yeri silin.

Bu üsul sobadakı yağ və kirləri təmizləyəcək və sobanızdan gözəl portağal qoxusu gələcəkdir.

cagir.az -Soba təmizləməyin ən sadə 4 effektiv üsulu

 

6. Cagir.az

Əgər vaxtınıza qənaət etmək və təmizlik işini peşəkarlara həvalə etmək istəyirsinizsə, o zaman Cagir.az-ın təmizlik xidmətinə əminiklə müraciət edə bilərsiniz. Bir neçə klik ilə icraçımız qapınızda!


Paylaş:

fb_iconlinkedin_icon

Oxşar Yazılar

Matrası bu üsullarla təmizləyin!

Matrası bu üsullarla təmizləyin!

Təmizlik xidməti

2023-09-15

Yuxuda ev süpürmək nədir?

Yuxuda ev süpürmək nədir?

Təmizlik xidməti

2023-08-07

Evdə dərin təmizlik necə olmalıdır?

Evdə dərin təmizlik necə olmalıdır?

Təmizlik xidməti

2023-07-21

Geyimlərin quru təmizlənməsi

Geyimlərin quru təmizlənməsi

Təmizlik xidməti

2023-04-20

Ev təmizliyində pərdə yuma xidməti

Ev təmizliyində pərdə yuma xidməti

Təmizlik xidməti

2023-04-09

Təmirdən sonra təmizlik xidməti

Təmirdən sonra təmizlik xidməti

Təmizlik xidməti

2023-03-25

Bayram təmizliyi necə edilməlidir?

Bayram təmizliyi necə edilməlidir?

Təmizlik xidməti

2023-03-09

Büdcənizə uyğun təmizlik şirkəti

Büdcənizə uyğun təmizlik şirkəti

Təmizlik xidməti

2023-02-24

Cagir.az zəng et