Şəkər əvəzinə istifadə edilə bilən qidalar

2021-11-11

Baxış: 6857

Şəkər əvəzinə istifadə edilə bilən qidalar

Həyatımızdan şəkəri tamamilə çıxartmaq mümkün deyil. Şəkərin dadını almadığımız məhsullarda belə şəkər var. Şəkər demək olar ki, bütün hazır qidalarda istifadə olunur. Bacardığınız qədər həyatınızdan şəkəri çıxartmağa çalışın. Ən azından öz evinizdə hazırladığınız şirniyyatlardan, tortlardan və s. şəkəri uzaq tuta bilərsiniz. Bunu edərkən şəkər dadını verən digər qidalardan istifadə edə bilərsiniz. Beləliklə, şirin, lakin şəkərsiz qidalanacaqsınız. Bu yazıda şəkər əvəzinə istifadə edilə bilən qidalar haqqında danışacağıq.

Şəkər əvəzinə istifadə edilə bilən qidalar  595


Şəkər alternativləri və istifadə qaydaları

Şəkər əvəzinə seçdiyiniz qidaları istifadə edəcəyiniz müxtəlif reseptlər ola bilər. Bu yazıda asanlıqla və praktik olaraq istifadə edə biləcəyiniz nümunələr verəcəyik. Şəkər əvəzediciləri kimi istifadə edilə bilən çox sayda qida var. Bunların arasında ən asan tapılan və ən çox bəyənilənləri qeyd etməyi üstün tutduq.


Bal: Bal ağla gələn ilk şirin qidadır.

İstifadə qaydası:

Evdə hazırladığınız təbii dondurmalara dad vermək üçün baldan istifadə edə bilərsiniz. Sadə və ya limonlu, portağallı, darçınlı tortlara bal əlavə edə bilərsiniz. Süd və bitki çaylarına da şəkər əvəzinə bal əlavə edə bilərsiniz.

Şəkər əvəzinə istifadə edilə bilən qidalar  595


Xurma: Fərqli bir dada sahib olan xurma yeməklərinizə də bir fərq qatacaq. İstəsəniz, xurmanı təzə olaraq, toz və ya püre kimi istifadə edə bilərsiniz. Bu nə üçün istifadə edəcəyinizdən və zövqünüzdən asılıdır.

İstifadə qaydası:

Bütün tort növlərində xurma istifadə edə bilərsiniz. Xurma ilə bişirilməsinə belə ehtiyac qalmayan fərqli peçenyelər hazırlaya bilərsiniz.


Bəhməz: Bir çox ərzaq mağazasında və aptekdə, tərkibində şəkər və qlükoza olmayan təbii bəhməz tapa bilərsiniz. Etibar etdiyiniz bir yerdən də evdə hazırlanan bəhməz ala bilərsiniz. Xüsusilə keçibuynuzu bəhməzi çox ləzzətli olur.

İstifadə qaydası:

Bəhməzi bir çox yeməklərdə istifadə edə bilərsiniz. Tort növləri, peçenyelər, un halvası kimi demək olar ki, hər yeməyə dad verən möcüzəvi bir ləzzətdir.


Şəkər əvəzinə istifadə edilə bilən qidalar  595


Meyvələr: Ən sevdiyiniz meyvə növlərindən istifadə edərək gözəl dad əldə edə bilərsiniz.

İstifadə qaydası:

Meyvələr, ən çox dondurmalara dad vermək üçün istifadə olunur. Mövsümə görə sevdiyiniz meyvələri seçə bilərsiniz. Daha çox çiyələk və banana üstünlük verilir. Tortlarınıza da dad qatmaq üçün meyvələrdən istifadə edə bilərsiniz. Həm praktik, həm də ləzzətli meyvəli südlər hazırlaya bilərsiniz. Hətta şəkər istifadə etmədən fərqli meyvə cemləri də hazırlaya bilərsiniz.

Paylaş:

fb_iconlinkedin_icon

Oxşar Yazılar

Yuxuda telefon görmək nə deməkdir?

Yuxuda telefon görmək nə deməkdir?

Faydalı Məlumatlar

2024-03-26

Yuxuda ilan görmək nə deməkdir?

Yuxuda ilan görmək nə deməkdir?

Faydalı Məlumatlar

2024-02-08

Yuxuda xalça görmək nə deməkdir?

Yuxuda xalça görmək nə deməkdir?

Faydalı Məlumatlar

2023-06-13

İş axtaranlara şad xəbər!

İş axtaranlara şad xəbər!

Faydalı Məlumatlar

2023-04-24

Yuxuda pərdə görmək

Yuxuda pərdə görmək

Faydalı Məlumatlar

2023-03-14

Kofe falı haqqında

Kofe falı haqqında

Faydalı Məlumatlar

2022-12-21

Payızda ölkəni qarış-qarış gəzin!

Payızda ölkəni qarış-qarış gəzin!

Faydalı Məlumatlar

2022-11-29

Tədbirlərə tort sifarişi

Tədbirlərə tort sifarişi

Faydalı Məlumatlar

2022-11-23

Cagir.az zəng et