Evdə olarkən, kimyəvi tərkibli kremlərdən istifadə etmək əvəzinə, təbii məhsullarla praktik saç maskaları hazırlaya bilərsiniz. Asanlıqla hazırlana bilən bu saç baxımı maskaları ilə canlı və sağlam saçlar əldə edə bilərsiniz. Əhəmiyyətli olan saçınızın ehtiyaclarını müəyyənləşdirmək və saç tipinə uyğun maska seçməkdir. Və biz bu bloqda saç ehtiyacınıza uyğun olaraq hansı təbii materiallar və maskalar tətbiq edə biləcəyiniz barədə danışacayıq.


1. Nazik və seyrək saçlar üçün

Saçlarınız nazik və seyrəkdirsə, saçınızı daha güclü hala gətirmək üçün evdəki məhsullaral proteinlə zəngin olan bir saç maskası hazırlaya bilərsiniz. Amin turşu ilə bol olan banan və yumurta ilə saçınızı qalınlaşdıra bilərsiniz.

Maska resepti I: 2 yumurta sarısı, 2 yetişmiş banan, 2-3 xörək qaşığı bal, yarım stəkan saç üçün kondisioner və 2 xörək qaşığı zeytun yağını qarışdırın. Qarışığı saçınıza yaxşıca yaxın, 20-30 dəqiqə gözləyin, sonra ilıq su ilə yuyun. Bu təsirli saç maskasını hər duş qəbul etməzdən əvvəl tətbiq etməyiniz məsləhət görülür.

Darçının qan dövranına təsiri sayəsində saçınızı uzatmaq və gücləndirmək üçün başqa bir saç maskası təklifimiz var. Evinizdə tapa biləcəyiniz iki sadə məhsuldan ibarət olan bu maskanı asanlıqla hazırlaya bilərsiniz.

Maska resepti II: Darçın və hindistan qozu yağını qarışdırın. Qarışığı saç follikullarına və saç tellərinə tətbiq edin, baş dərisini yaxşıca masaj edin. 30-45 dəqiqə gözləyin, sonra yuyun. Effektiv nəticə əldə etmək üçün bu maskanı həftədə bir dəfə tətbiq etməyiniz məsləhət görülür.

 

2. Tez qırılan və cansız saçlar üçün

Yaxşı qidalanmayan saçlar parıltısını itirir və asanlıqla qırılmağa başlayır. Saç köklərini evdəki məhsullar ilə hazırlaya biləcəyiniz saç maskaları ilə gücləndirə bilərsiniz və qırılma, cansız görünüşün qarşısını ala bilərsiniz. Hər ev təsərrüfatında olan yumurta və limon istifadə edərək, hazırlaya biləcəyiniz bu maska ilə saçınız dərindən qidalanacaqdır.

Maska resepti I: 2 yumurta sarısını bir az limon suyu ilə qarışdırın. Qarışığı saç follikullarından saçın uclarına qədər çəkib, 30 dəqiqə gözləyin. Sonra saçınızı ilıq su ilə yuyun.

Alma sirkəsi saç parıltısını bərpa etmək və saçları qidalandırmaq üçün olduqca təsirli bir vasitədir. Hazırlaya biləcəyiniz bu maska ilə saçınızı sağlam və parlaq edə bilərsiniz.

Maska resepti II: Bal, alma sirkəsi və hindistan qozu yağını yaxşıca qarışdırın. Qarışığı nəm saça çəkin və ən azı 20 dəqiqə gözləyin, sonra saçınızı şampun ilə yuyun. Hər saç növü üçün olduqca qidalı olan bu saç maskası boyanmış saçlar üçün saç rəngini canlandırmaq üçün də imkan yaradır.

 

3. Zədələnmiş saçlar üçün

Qırıq saçlar və parçalanmış saç ucları (saçqıranlar) zədələnmiş saçlara işarə edir. Saç kəsmədən öncə zədələnmiş saçların qarşısını almaq üçün nəmləndirici saç maskalarına bir şans verə bilərsiniz. Güclü quruluşu ilə bərpaedici və qidalandırıcı xüsusiyyəti olan hindistan qozunun yağı saçları nəmləndirməkdə olduqca güclüdür.

Maska resepti I: Mikrodalğalı sobada qızdırılmış 1 xörək qaşığı kokos yağını nəm saçlarınıza tətbiq edin. Bir gecə belə yatın. Yastığın çirklənməsinin qarşısını almaq üçün başınıza duş papağını taxın və ya yastığın üzərinə bir dəsmal qoymağı məsləhət görürük. Səhər saçınızı yuyun. Əgər saçlarınız çox nazikdirsə və hindistan qozu yağı saçınız üçün çox ağırdırsa, eyni maskanı avokado yağı və ya zeytun yağı kimi yüngül yağlarla tətbiq edə bilərsiniz.

Omega-3 ilə zəngin olan avokado əsaslı saç maskası zədələnmiş saçlarınızı müalicə etməyə və canlandırmağa kömək edə bilər. Bu maska həm baş dərisini nəmləndirəcək, həm də itirilmiş canlılığı və parlaqlığı bərpa edəcəkdir.

Maska resepti II: Yarım avokado, 1 yumurta sarısı, 1 xörək qaşığı zeytun yağı və 1 xörək qaşığı balı qarışdırın. Qarışığı nəm saçlarınıza köklərdən saçın uclarına qədər çəkin. Bu mərhələdə saçınızı dəsmal ilə bürüməyinizi və ya duş papağı taxmağı məsləhət görürük. Bürünmüş saçlarınızı fen ilə 10 dəqiqə ərzində qurudun. Sonra 20 dəqiqə gözləyin və saçınızı yaxşıca yuyun.

 

4. Qaşınan baş dərisi üçün

Qaşınan baş dərisi problemi, həssas baş dərisi, baş dəri ekzeması və ya baş dərisinin quruması bir çox fərqli səbəblərə görə ola bilər. Baş dərisini sakitləşdirmək və nəmləndirmək, qaşınmağın qarşısını almaq ilk addım ola bilər. Antifungal xüsusiyyətlərinə əlavə olaraq, çay ağacı yağı ilə hazırlaya biləcəyiniz saç maskası qaşınan baş dərisi üçün son dərəcə təsirli olacaqdır.

Maska resepti I: qulaq təmizləmə çubuğuna 3 damcı çay ağacı yağını əlavə edin və qaşınan baş dərisinə yumşaq bir şəkildə yaxın. Yağ sizi narahat edərsə, 1 stəkan suda yarım qaşıq çay ağacı yağını əlavə etməklə, maskanı sulandıra bilərsiniz. Maskanın içinə 1 kapsul E vitamini əlavə etməyi və ya onu birbaşa dəriyə yaxmağı məsləhət görürük. Bu maska ilə gecə yatın. Səhər saçlarınızı yuyub qurulayandan sonra, maskanın mükəmməl effektini görəcəksiniz.

Qeyd etmək lazımdır ki, yaşıl çayın çoxsaylı faydalarına əlavə olaraq effektiv şəkildə baş dərisini sakitləşdirir. Antioksidanlar və qidalandırıcı elementlər sayəsində qıcıqlanmış baş dərisini sakitləşdirir. Bu maskanın tərkibinə yaşıl çay ilə yanaşı iltihab əleyhinə mübarizə aparan nanə yağını əlavə edərək, super bir effekt əldə etmiş olacaqsınız.

Maska resepti II: 1 stəkan yaşıl çayın üzərinə 1 xörək qaşığı alma sirkəsi və 2 damcı nanə yağı əlavə edin. Bu qarışığı baş dərisinə yaxşıca çəkin, ən azı 5 dəqiqə gözləyib, saçlarını ilıq su ilə yuyun.

 

5. Kəpəkli saçlar üçün

Kəpək problemindən əziyyət çəkənlər baş dərisinin quruduğunu və qaşınmağını, ölü dərinin qabıqlandığını qeyd edirlər. Kəpəyi idarə etmək üçün baş dərisini sakitləşdirən və nəmləndirən maskalar tətbiq etməyi seçə bilərsiniz. İltihab əleyhinə və canlandırıcı xüsusiyyətlərə malik olan zəncəfil dərini sakitləşdirməkdə və kəpəyin qarşısını almaqda təsirli bir məhsuldur.

Maska resepti: Yarım zəncəfil kökünü 2 stəkan su ilə doldurulmuş bir qaba doğrayın. Bu qarışığı suyun yarısı buxarlanana qədər qaynadın. Qarışığa 1 xörək qaşığı limon suyu və 1 xörək qaşığı zeytun yağı əlavə edin. Qarışığı baş dərisinə çəkin, qurumasını gözləyib, saçınızı şampun ilə yuyun. Bu qarışıq ilə baş dərisində qabıqlanma qarşısını ala və kəpəklə mübarizə edə bilərsiniz.

 

6. Yağlı saçlar üçün

Saç maskalarının sürətli yağlanan saç tipləri üçün uyğun olmadığı söylənsə də, evdə asan məhsullarla yağlanma surətini yavaşlada biləcək təbii saç maskası hazırlamaq mümkündür. Yumurta ağının tərkibindəki protein fermentlərindən faydalanaraq, bu saç maskası nəinki saçlarınızı qidalandıracaq, həm də saçlarınızın yağlanması prosesini yavaşladacaq.

Maska resepti: 1 yumurtanın ağını yarım limon suyu ilə yaxşıca qarışdırın. Qarışığı saç follikulundan saçın uclarına qədər çəkin və 30 dəqiqə gözləyin. Sonra saçınızı ilıq su ilə yuyun.

 

Hər zaman baxımlı olun!

Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir!