Robot tozsoranlar və üstünlükləri

2022-04-24

Baxış: 7667

Robot tozsoranlar və üstünlükləri

Müəyyən bir alqoritmdən asılı olaraq insan müdaxiləsi olmadan işləyən tozsoran növləri robot tozsoranlar adlanır. Sərt və ya yumşaq səthlərdə bərk və maye materialları süpürüb onların yerləşdiyi kameraya çəkən robot tozsoranların da avtomatik doldurulan növləri var. 21-ci əsrin ən çox istifadə olunan məişət texnikasından biri də robot tozsoranlardır.Bir çox üstün xüsusiyyətləri var. Bu xüsusiyyətlər haqqında biz çağır.az olaraq sizə ətraflı məlumat verəcəyik.

Robot tozsoranlar və üstünlükləri 733

Əsas üstünlüklər:

  • Avtomatik işləmə qabiliyyətləri ilə onlar nəzarət olmadan evi süpürə bilərlər.
  • Onlar avtomatik doldurma imkanları ilə özlərinə enerji doldura bilərlər.
  • Robot tozsoranlar  evdə toz yığılmasının qarşısını alırlar, çünki evin müntəzəm və davamlı olaraq tozunu təmizliyə bilirlər.
  • Onlar əlçatmaz yerlərə (çarpayı, stul/stol/qoltuqaltı və s.) daxil ola bilərlər.
  • Lazer skan etmə sistemləri və bəzi robotların xəritəçəkmə imkanları ilə evdə təmizlənməmiş bir yer buraxmırlar.


Bu yazını oxuduğunuza görə tozsoranınızda hər hansı problem aşkar etmisiniz. Linkə keçid edərək tozsoranınız üçün ən münasib qiymətdə usta tapa bilərsiniz. 

Lakin bəzi vəziyyətlərdə istənilən nəticə əldə etmək olmur.

Robot tozsoranlar və üstünlükləri 733

  •  Evin döşəməsi səliqəsizdirsə və otaqların döşəməsində həddindən artıq əşyalar varsa, onlar effektiv təmizlənə bilməzlər.
  • Onların dərindən təmizlənməsi əl ilə təmizləmədən daha uzun çəkir. 20 kvadratmetrlik otağı təxminən yarım saata süpürürlər.
  • Böyük evlərdə itmək və baza stansiyalarını tapa bilməmək riski var. Bu vəziyyətdə onlar avtomatik doldurma funksiyalarından yararlana bilməyəcəklər. Bu vəziyyətin qarşısını almaq üçün iRobot məhsullarında Virtual Wall Towers adlı bələdçilərdən istifadə edilir. Virtual Divar qüllələri sayəsində 140 kvadrat metrə qədər olan mərtəbələr itmədən təmizlənə bilər.


Günümüzdə robot tozsoran modelləri çoxlu saydadır. Bunlardan- Samsung, xiaomi,İrrobot roomba, LG, Redmi, Rowenta robot tozsoran və.s sadalaya bilərik.

Tozsoranın çarəsiz qaldığı vəziyyətlərdə təmizlik işçisinə ehtiyac duyulur ki. Bakıda ən münasib qiymətə təmizlik xidməti yalnız bizdə! 


Ümumi xüsusiyyətləri:

Robot tozsoranların bəzi xüsusiyyətləri bu cihazları ev üçün istifadə etməyi asanlaşdırır. Məsələn:

  • Pilləkənlərdən və digər yüksəkliklərdən düşməmək
  • Toqquşmanın aşkarlanması, toqquşmadan sonra istiqaməti dəyişdirmək.
  • Xalça qotazları, kabellər və s. cisimlərə ilişməmək, ilişib qalmaqdan xilas olmaq
  • Baza stansiyasına/doldurma stansiyasına gedərək avtomatik özünü doldurma
  • Bəzi markalarda lazer və ya infraqırmızı şüalarla skan edərək real vaxtda xəritəçəkmə
  • Robot tozsoranlar enerji doldurma stansiyasına qayıdarkən zibil qutusunun özünü təmizləməsi və boşaldılması

Robot tozsoranlar və üstünlükləri 733

Robot tozsoran modelləri fərqli olduğu kimi onların qiymətləridə fərqlidir. Məsələn: 

Samsung robot tozsoran qiyməti -1249.99 azn

İrobot roomba İ3 tozsoran qiyməti -1399.99 azn

İrobot roomba 698 qiyməti -999.99 azn

Xiaomi robot tozsoran qiyməti -399.99 azn

Xiaomi Roborock S7 qiyməti -2249 azn

Xiami Mi Vacuum- Mop P Black qiyməti - 750 azn

Xiaomi Roborock S7 White qiyməti-1549 azn


Ustatəmizlik həyatımızda gündəlik ehtiyac halına çevrilib. Qonşunuzun məsləhət bildiyi ustalar, rəfiqənizin sizə tövsiyyə etdiyi təmizlik işçiləri bizdədir! Biz Cagir.az şirkəti olaraq həm vaxtınıza, həm də büdcənizə qənaət edirik. Ətraflı məlumat üçün əlaqə nömrəsi: +994703482606

Robot tozsoranlar və üstünlükləri 733

Paylaş:

fb_iconlinkedin_icon