"Pişiyim məni həqiqətən sevirmi?" və ya "Pişiklər sevgilərini necə göstərirlər?" bu suallar sizi düşündürürsə əgər, budur sizə pişiklərin "Səni çox sevirəm" dediyi 6 fərqli davranış.

 

Ümumiyyətlə pişiklərin insanlara laqeyd yanaşdıqları və köpəklərlə müqayisədə sevgilərini göstərmədikləri deyilir. Bu ümumi inancın əksinə, pişiklər də çox sevgi dolu canlılardır. Əslində sahiblərinə hiss etdikləri şəfqəti bir çox fərqli şəkildə və tez-tez göstərirlər. Pişikinizin sizə olan sevgisini başa düşməyin yolu onun hərəkətlərini müşahidə etməkdən keçir.

 

1. Mırıldaması

Pişiklər bir çox fərqli emosional vəziyyətlərdə mırıldanma kimi davranışlar göstərirlər. Məsələn, ətraflarında onları narahat edən bir şey varsa, narahat olduqları üçün mırıldana bilərlər. Ya da hər hansı bir şeydən qorxu və ağrı hiss etsələr, cavab olaraq mırıldanıb özlərini rahatlatmaq istəyə bilərlər. Digər tərəfdən də ən çox rahat və xoşbəxt olduqda mırıldayırlar. Sevimli dostunuzun sizə olan məhəbbətini bu mırıltılar arasında tapa bilərsiniz. Bəs mırıldamaları necə ayırd edəcəksiniz?

 

Əgər pişikiniz özünü sizə sürtərək mırıldanırsa, bilin ki sizi sevdiyini söyləyir. Ancaq mırıldayarkən qabaq pəncələri ilə xəmir yoğurmaq kimi davranırsa, səni "çox" sevdiyini izah etməyə çalışır. Bu səbəbdən pişik dostlarımızın əksəriyyətinin sevgisini göstərməsinin yollarından biri də bu davranışlardır.

 

2. Yavaşca göz qırpması

Pişiklərin sizə qarşı gözlərini yumması, sizə olan sonsuz etibarlarının göstəricisidir. Sizə baxan və yavaş-yavaş gözlərini açıb bağlayan sevimli dostunuzun sizə inandığını göstərən ən açıq davranışlarından biridir. Axı sonsuz güvən varsa, əbədi sevgi da var.

 

3. Qarnını göstərməsi

Pişiyiniz tez-tez dönüb qarnını sizə göstərir mi? Bu davranış onun sizə olan inamının və sevgisinin göstəricisidir. Pişiklərin ən həssas nöqtələrindən biri olan yumşaq qarınlarını oxşamağınızı istəməsi, sizə olan sevgisinii göstərən ən təməl davranışlardan biridir.

Lakin, bəzi hallarda pişiyiniz həm sizdən onun qarnını sığallamağınızı istəyə bilər və eyni zamanda da sizə dırnaqlarını göstərə bilər. Belə vəziyyətlərdə isə uzaqdan sevmək ən yaxşı seçim ola bilər. Eyni zamanda etiraf etmək lazımdır ki, çox sevimli olsalar da, bir az qəribə canlılardır.

 

4. Üzünüzü yalaması

Pişiklər xoşbəxt olduqda etdikləri ümumi davranışlardan biridir. Xüsusilə səhər yanınıza gələrək üzünüzü yalayaraq sizi oyatmaq istəməsi sizə olan sevgisinin əlamətidir. Çünki pişiklər sahiblərini yalayaraq onların qoxularını öz qoxuları ilə qarışdırmaq istəyirlər. Bu biraz qəribə səslənsə də, pişiklər tərəfindən sahiblərinə edilmiş jest kimidir.

 

5. Başını və yanaqlarını sürtməsi

Pişiklərin sevgi göstərmələrinin başqa bir yolu başlarını və yanaqlarını sizə sürtməsidir. Bu sevimli dostlarımız, yalama davranışlarında olduğu kimi eyni ilə bu hərəkətləri ilə də sizinlə eyni qoxunu bölüşmək istəyirlər. Biolojik olaraq pişiklərin başlarının üstündə və yanaqlarında "feromon" adlanan xüsusi bir qoxunun bioloji kisəcikləri var. Pişiyiniz yanınıza gəlirsə və başını və ya yanaqlarını sizə sürtürsə, bu o deməkdir ki öz xüsusi qoxusundan sizə çatdırmağa çalışır. Bu nəcə sevgi dolu və fədakar bir hərəkətdir ...

 

6. Hədiyyələr gətirməsi

Pişiyiniz tez-tez evdən bir şey tapıb sizə gətirir? Pişiklərin sevgi göstərməsinin ən açıq yollarından biri sizə hədiyyələr gətirməsidir. Təbii ovçu olan pişiklərin sağdan-soldan tapdıqlarını sizə gətirmələri, bir növ ovlarını sizinlə bölüşmək istəməkəridir. Bu, pişiklərin size önəmsədiklərinə dair açıq bir dəlildir.

 

Sizdə pişiyinizə sevginizi peşəkar bir baxım proseduru ilə göstərə bilərsiniz.