Pişiklərə düzgün qulluq

2021-12-03

Baxış: 13295

Pişiklərə düzgün qulluq

Heyvanlara sahib olmaq və qulluq etmək keçmişdən bu günə qədər davam edən bir hərəkətdir və bu hərəkət həm insanın, həm də heyvanın həyatına çox təsir göstərir. Ev heyvanı saxlamaq çox diqqət, sevgi, səbr və  məsuliyyət tələb edən bir işdir.

Pişiklərə düzgün qulluq 610


Ən çox üstünlük verilən ev heyvanları hansılardır?

Pişiklər ən çox seçilən ev heyvanlarından biridir. Pişiklərə qulluq etmək nə qədər asan sayılsa da bir o qədər də diqqət, qayğı tələb edən bir işdir. Pişiklər olduqca duyğulu və nəcib canlılardır. 


Pişiklərə necə qulluq etmək olar?

  • Pişiklə ən böyük probleminiz tüklərinin tökülməyi olacaq. Tüklərini 4-5 aydan bir təraş etsəniz, tük problemi olmayacaq. Qeyd edək ki, cagir.az-da Pişik baxımı kimi xidmət mövcuddur. Bu xidmətə tükün yuyulması, tükün kəsilməsi, tükün daranılması da daxildir. Peşəkar qrumerlər işini yüksək səviyyədə görəcəklər. Xidmətdən yararlanmaq üçün  bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi:  +994703482606.
  • Oturacaqları cıza bilər və ipləri çıxara bilər. Bunun səbəbi, dırnaqlarının uzun olmağıdır. Dırnaqlarını kəsə bilərsiniz. Pəncəsinin ortasını yüngülcə basdıqda dırnaqları çıxır. Dırnaqlarını qayçı ilə ucundan yalnız bir və ya iki millimetr kəsəcəksiniz. Dırnaqlarını qısaltmaq  üçün onu baytara  aparmaq lazım deyil. Bunu incitmədən etsəniz və öyrəşsəniz, heç bir probleminiz olmaz. Yatan zaman bu sevimli canlılar çox həssas olurlar. Onlar yatarkən onları qorxutmadan dırnaqlarını kəsə bilərsiniz. 
  • Pişik baxımını peşəkar qrumerlərə həvalə etmək istəyirsinizsə əgər, cagir.az-ın Pişik baxımı xidmətinə müraciət edə bilərsiniz. Xidmətə daxildir: Tükün kəsilməsi, tükün daranılması, dırnaqların kəsilməsi, qulaqların təmizlənməsi, parfüm vurulması. Xidmətdən yararlanmaq üçün  bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi:  +994703482606.
  • Pişiklərin bığları kəsilmir. Bu haqda heç düşünməyin. Bığları pişiklərin ətraf mühiti qavramasına imkan verir.
  • 6 aya qədər südü su ilə qarışdırmadan verməyin. Pişiklər bala olarkən onların həzm çətinliyi olur. Bu yaş müddətində  mümkün qədər çox yaş və quru halda olan pişik balaları üçün olan xüsusi yemək verin.

Pişiklərə düzgün qulluq 610


  • Təmiz sularının olduğundan əmin olun. İçməsi üçün kiçik bir qabda su hazırlayın. Suyun təmiz olması vacibdir. Çünki quru qidalar zamanla daxili orqanlara zərər verir. Təmiz su bu zərərin qarşısını alır. Nəm yemək vermək bağırsaq problemlərinin qarşısını alır.
  • Pişik mütəmadi olaraq bir baytar tərəfindən yoxlanılmalıdır. Baytarlar pişiyin yaşı, cinsi və yaşayış mühiti üçün uyğun bir peyvənd cədvəli təyin edəcəklər. Bala pişiyin peyvənd cədvəli 8 həftəlik olanda başlamalıdır. İlk peyvəndlər bitdikdən sonra daxili və xarici parazitar tətbiqlər hər üç ayda bir tətbiq olunmalı, quduzluq, qarışıq və digər peyvəndləri ildə bir dəfə təkrarlanmalıdır. Sağlam pişiklər sahiblərini sevindirir. Buna görə sevimli balaca dostunuzun sağlamlığına diqqət yetirməlisiniz. Pişiklər daimi diqqət istəyən canlılardır. Çox duyğulu varlıqlar olduqlarını söyləmək olar.
  • Onlara daima diqqət yetirmək və sevildiklərini hiss etdirmək son dərəcə vacibdir. Pişiklər emosional xüsusiyyətlərinə görə depressiyaya çox həssasdırlar. Bu səbəbdən onlara daim diqqət yetirmək lazımdır.
  • Pişik dostlarımız üçün ən vacib təlimlərdən biri olan tualet təlimi, çox səbr tələb edən əvəzolunmaz bir təlimdir. Tualet təlimi ala bilməyən pişik dostlarımız evdə xoşagəlməz vəziyyətlərə səbəb ola bilər. 
  • Tualet təlimi müəyyən bir nizam-intizamla irəliləyirsə, qısa müddətdə kiçik pişiyiniz bu işin öhdəsindən gəlmiş olacaq. Tualet təlimi verildikdə əvvəlcə müəyyən bir sahə təyin edilməlidir. Bu xüsusi sahəni düzgün seçmək çox vacibdir, çünki kiçik pişik dostunuz bu barədə məlumat əldə etdikdən sonra bu ərazi həmişə onun tualeti olacaqdır.
  • Pişik dostlarımıza vərdişlər və təlim verməyin ən təsirli yolu olan mükafatlandırma sistemi, mütləq cəza sistemindən daha təsirli bir üsuldur. Cəza sistemi pişik dostlarımıza səhvləri öyrədərkən, mükafatlandırma sistemi həqiqəti öyrədir. Bu səbəbdən mükafat sistemini tətbiq edərək onlara vermək istədiklərinizi daha asanlıqla verə bilərsiniz.
  • Kiçik pişik dostlarınızı öyrədərkən mükafat sistemi tətbiq edərək, təlimin nəticəyə daha sürətli çatması təmin edilir. Ancaq cəza sistemi çox etik davranış deyil. Ümumiyyətlə sahiblərini çox sevən pişiklər, sahibindən müsbət reaksiya və mükafat alaraq, məşqlərdə daha uğurlu olacaqlar.


Qeyd edək ki, artıq evinizdə olmayarkən, səyahət edərkən, məhdud vaxtınız olduqda ev heyvanınızı (itin saxlanılması, pişiyin saxlanılması) əminliklə cagir.az bazasında olan heyvansevər, təcrübəli baxıcılar, istər icraçının evində, istər də öz evinizdə həvalə edə bilərsiniz! Ətraflı məlumat və xidmət sifarişi üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606. 


Pişiklərə düzgün qulluq 610

Paylaş:

fb_iconlinkedin_icon