Hansı sıxlıqla masaj qəbul olunmalıdır?

2020-10-31

Baxış: 9704

Hansı sıxlıqla masaj qəbul olunmalıdır?

Masaj qəbul etmək əksəriyyətimizin “istirahət etmək” olaraq düşünüdüyümüz şeydir. Buna səbəb kimi aylıq büdcəmizdə həftəlik və ya iki həftədə bir masaj qəbuluna kifayət qədər yer olmamağını misal gətirmək olar. Lakin unutmayın - maliyyəniz sıxdırsa, bu əzələlərinizin də mütləq sıx olmalıdır mənasına gəlmir. Sadəcə kiçik bir araşdırma etdikdə, masajın bədəniniz üçün nə qədər VACİB və FAYDALI olduğunu görəcəksiniz. Elə isə gəlin həyat tərzimizdən asılı olaraq hansı sıxlıqla masaj qəbul etməli olduğumuzu aydınlaşdıraq.

 

  • Hamiləsinizsə: Ayda 2 dəfə

Hamilə olduğunuz zaman, ehtimal olunur ki, kilo alacaqsınız. Beləliklə, təzyiqin çoxu iri oynaqlarınıza - çanaqlarınız, dizləriniz və belinizə düşəcəkdir. Masaj bu təzyiqi azaltmağa kömək etməklə yanaşı, ananın rahat yuxuya getməsi və daha asan hərəkət etməsinə yol açacaqdır. Yalnız ilk üç aylıq dövrdən sonra sifariş etdiyinizdən əmin olun. Doğuşdan sonra isə övladınızın həkim məsləhətilə mütəmadi masaj qəbulu isə tövsiyyə olunandır.

cagir.az -Hansı sıxlıqla masaj qəbul olunmalıdır?


  • Yuxusuzluqdan əziyyət çəkirsinizsə: Ayda 4 dəfə

Masaj qan dolaşımını artıraraq, parasimpatik sinir sisteminin aktivləşdirir və bu şəxsə rahatlıq gətirərək yuxusuzluğu aradan qaldırır. Beləliklə, gecələr könülsüz olaraq gecə bayquşları ilə “danışanlardansınızsa”, həftəlik masaj sizə yuxuya getməyə kömək edəcəkdir. Bunun üçün Cagir.az-ın Relax Masajı xidmətindən yararlana bilərsiniz. Təcrübəli, peşəkar masajist ev şəraitində sizə relax, rahatlayıcı masaj xidmətini göstərəcəkdir. Bu xidmət yalnız Qadınlar üçün nəzərdə tutulmuşdur.

 

  • Həftədə 40+ saat masa arxasında əyləşirsinizsə: Ayda 2 dəfə və ya Aylıq

Son zamanda olduqca məşhurlaşan və ifrat oturaq həyat tərzi səbəbindən ortaya çıxan osteoxondroz, kifoz və s. kimi xəstəliklərin qarşısını almaq həyatımızın arzuolunmaz hissəsinə çevrilmişdir. Bu tipli xəstəliklərin ortaya çıxması ən son anda baş verdiyindən, ən azı ayda bir dəfə profilaktik müalicəvi masaj tövsiyyə olunur.

cagir.az -Hansı sıxlıqla masaj qəbul olunmalıdır?


  • Əgər siz idman cəngarəvisinizsə: Ayda 4 dəfə

Araşdırmalar göstərir ki, tərdən tər tökənlərin hər zaman sıx əzələ toxumalarını genişləndirib uzadılmasına ehtiyacı vardır. Bununla həftəlik seanslar qəbul etməklə siz, xüsusi əzələ qruplarını hədəf ala bilərsiniz. Məsələn, futbolçuların ağır ayaq idmanından sonra əzələlərinin bərpa olunması kimi.

 

  • Əgər özünüzü stresli hiss edirsinizsə: Ayda 4 dəfə

Gecə yuxusunun, mədə-bağırsaq sisteminin və hətta avtoimmun sisteminin bir başa əlaqəli olduğu bu narahatlığı həftədə 1 saat ayırmaqla aradan qaldıra bilərsiniz. Bunun üçün Cagir.az-ın Relax Masajı xidmətindən yararlana bilərsiniz. Təcrübəli, peşəkar masajist ev şəraitində sizə relax, rahatlayıcı masaj xidmətini göstərəcəkdir. Bu xidmət yalnız Qadınlar üçün nəzərdə tutulmuşdur.

 cagir.az -Hansı sıxlıqla masaj qəbul olunmalıdır?

Paylaş:

fb_iconlinkedin_icon