Evinizdə efir yağlarının 8 istifadə üsulu

2020-10-31

Baxış: 3158

Evinizdə efir yağlarının 8 istifadə üsulu

Efir yağları bitkinin konsentratlaşdırılmış bir qoxusu, esensiyasıdır. Bu gün gündəlik həyatda efir yağlarının istifadəsi haqqında danışacağıq. Bir çox insan bilir ki, onların arasında güclü müəlicəvi və eyni zamanda antiseptik təsir göstərənlər var. Efir yağlarının xüsusi seçilmiş kompozisiyaları (evkalipt, lavanda, şam ağacı yağları və s.) stafilokok və bir sıra digər bakteriyaları öldürməyə qadirdir. Müxtəlif efir yağlar müxtəlif məqsədlərlə istifadə olunur.

Efir yağlarını evinizdə də istifadə etmək üçün nəzərinizə aşağıdakı 8 üsulu çatdırırıq:

1. Evinizə yumşaq çiçək ətri və təravət hissi bəxş edin

Bir parça pambığı bir neçə lavanda yağı ilə nəmləndirin və həmən pambığı tozsoranlayın. Lavandalı pambıq tozsoran aparatından keçərkən, öz yolunda zərif bir “provensal” qoxusunu buraxacaqdır. Sonra isə bütün evi tozsoranlayın.

cagir.az -Evinizdə efir yağlarının 8 istifadə üsulu

 

2. Soyuducunun dezodarasiyası

Sevdiyininz efir yağınının damcılarını daşın üzərinə yaxıb, soyuducunun qapı hissəsindəki rəflərin birinə yerləşdirin. Ətrin effektini saxlamaq üçün eyni proseduru mütəmadı olaraq təkrarlayın.

3. Zibil qutusunun dezodarasiyası

Zibil qutusunu yaxşıca yuyub qurulayın. 1 damcı lavanda, 1 damcı çay ağacı efir yağları ilə bir parça pambığı nəmləndirib, qutunun dibinə yerləşdirin. Qutuya tullantılar üçün nəzərdə tutulmuş xüsusi paket yerləşdirin.

4. Mikrodalğanın təravətləndirilməsi

100 ml. su ilə doldurulmuş stəkana 3 damcı limon və ya nanə efir yağından əlavə edin. Stəkanı 3 dəqiqə ərzində işə salınmış mikrodalğada saxlayın.

5. Hamamızın təravətləndirilməsi

2-3 ədəd kiçik daşları hamamınızdakı bir rəfə yerləşdirin. Daşların üzərinə bir neçə damcı sevdiyiniz yağlardan yaxın. Bu proseduru həftədə bir dəfə təkrarlayın. Belə sadə bir üsul hamamınızı zərif qoxu ilə doldurdurur və sağlam mühit bəxş edir.

cagir.az -Evinizdə efir yağlarının 8 istifadə üsulu

 

6. Paltarların aromatlaşdırılması

Bunun üçün aşağıdakı 3 üsulu nəzərinizə çatdırırq:

  • Paltaryuyan maşınıza bir neçə damcı limon, nanə, evkalipt və ya digər efir yağından əlavə edə bilərsiniz;
  • Əgər paltarlarızı evdə qurudursunuzsa, onda quruducuya mebellərin silinməsi üçün nəzərdə tutulmuş əskinin üzərinə bir neçə damcı efir yağından əlavə edib, quruducudan asmağınız kifayyətdir. Nəm paltarlarınız ətri özünə çəkəcəkdir.
  • Ütünüzə su ilə birgə bir neçə damcı efir yağından əlavə edib, paltarlarınızı ütüləyin.

Qeyd: “Bəs yuxarıdakı üsullar paltarlarda yağ ləkələrini buraxmayacaq?” kimi sualınız yaransa, əmin olun ki, heç bir yağ ləkəsi olmayacaq, çünki efir yağları heç yağlı deyillər.

7. İstənilən səthlərın təmizləməsi və dezinfeksiyası

1 litr spirtli sirkəyə 30 damcı ya lavanda, ya çay ağacı, ya da limon yağından əlavə edib, yaxşıca çalxalayın. Belə bir sadə və ekonom tərkib istənilən səthləri əla təmizləyir və hətta dezinfeksiya etməyə qadirdir.


Dezinfeksiya xidməti olaraq peşəkar icraçılarımız evlərin, ofis və obyektlərin hərtərəfli dezinfeksiyasını həyata keçirir.


Dezinfeksiya prosesi zamanı məkanınız virus, mikrob, həşərat və bakteriyalar əleyhinə maddələrlə dərmanlanır. Sifariş üçün bu linkə daxil olun. Əlaqə nömrəsi: +994 70 348 26 06.


8. Otaq üçün ətir

Su ilə doldurulmuş sprey qabına bir neçə damcı sevdiyiniz efir yağını əlavə edin. Yaxşıca çalxalayıb, otağınızı püskürdün.

Necə deyərlər, sağlam evdə sağlam ruh! Hər zaman təravət içində olasınız!


Və unutmayın ki, evin təmizliyi hər zaman vacibdir! Vaxtınıza qənaət edib, təmizlik işlərinizi peşəkarlara həvalə etmək istəyirsinizsə, o zaman Cagir.az-ın ev temizleme, ofis temizleme kimi xidmətlərindən yararlana bilərsiniz. Bir neçə kliklə sifariş edirsiniz, və icraçımız qapınızda! Əlaqə nömrəsi: +994703482606.

cagir.az -Evinizdə efir yağlarının 8 istifadə üsulu

 

Paylaş:

fb_iconlinkedin_icon

Oxşar Yazılar

Matrası bu üsullarla təmizləyin!

Matrası bu üsullarla təmizləyin!

Təmizlik xidməti

2023-09-15

Yuxuda ev süpürmək nədir?

Yuxuda ev süpürmək nədir?

Təmizlik xidməti

2023-08-07

Evdə dərin təmizlik necə olmalıdır?

Evdə dərin təmizlik necə olmalıdır?

Təmizlik xidməti

2023-07-21

Geyimlərin quru təmizlənməsi

Geyimlərin quru təmizlənməsi

Təmizlik xidməti

2023-04-20

Ev təmizliyində pərdə yuma xidməti

Ev təmizliyində pərdə yuma xidməti

Təmizlik xidməti

2023-04-09

Təmirdən sonra təmizlik xidməti

Təmirdən sonra təmizlik xidməti

Təmizlik xidməti

2023-03-25

Bayram təmizliyi necə edilməlidir?

Bayram təmizliyi necə edilməlidir?

Təmizlik xidməti

2023-03-09

Büdcənizə uyğun təmizlik şirkəti

Büdcənizə uyğun təmizlik şirkəti

Təmizlik xidməti

2023-02-24

Cagir.az zəng et