Havaların istiləşdiyi və artıq axşam sərinliyini həsrətlə gözlədiyimiz bu günlərdə sərinləmə ehtiyacını günün hər vaxtında hiss etməyə başladıq. Xüsusilə virus səbəbilə özümüzün və ətrafımızdakıların sağlığını qorumaq məqsədilə mümkün qədər evdə qalmağı seçdiyimiz bu zamanda evin içində çox zaman keçirdirik. Bəs get gedə daha da istiləşən havada evdə qalarkən necə sərin və fərah bir otaq atmosferi yarada bilərsiniz? Aşağıda bu problemin həll yollarını araşdırmışıq.

 

1. Evdə bir hava axımı yaradın

Ən çox bilinən sürətli sərinləmə üsulu - bir hava axımı yaratmaqdır. Bir otaqda xüsusilə bir-birinə əks pəncərə və qapıları açıq qoymaq lazımdır. Ancaq bunu edən zaman qapılarınızın sürətlə bağlanıb zərər görəcəyini və bu hava axınının sizi birdən soyudaraq sağlıq problemləri yaşaya biləcəyinizi unutmayın. Kondisionerdən təsirlənən birisinizsə, bu üsul sizin üçün riskli ola bilər. Bu səbəblə müəyyən aralıqlara bu üsulu istifadə edərək evinizi həm havalandıra, həm də sərinlədə bilərsiniz.

 

2. Bədən temperaturunu aşağı salın

Əgər evdə sıxılırsınız və artıq evə edə biləcəyiniz hər hansı bir müdaxilə sizi sərinlətmirsə bədən temperaturunu aşağı salmağı yoxlaya bilərsiniz. Bunun üçün həm soyuq bir duş qəbul edə bilərsiniz. Nəticədə ən azından bir neçə saat özünüzü gümrah və sərinliyi hiss edəcəksiniz.

 

3. Pərdələr ən yaxın dostunuzdur

Evin içinə girən günəş şüaları evin istiliyini artırır. Bu səbəblə pəncərəni açsanız, belə pərdələri bağlamağı unutmayın. Pərdələr qapalı olsa belə içəri girən hava axınına mane olmaz. Gün işığından faydalanmaq bugünlərdə biraz neqativ olsa da ən azınnan evdə günəşin yandırıcı təsirini hissetməmiş olacaqsınız.

 

4. Nəmişliyi aşağı salan texnologiyalardan faydalan

İsti havalarda sizi ən çox sıxan nəmişlikdir. Bu səbələ otaqdakı nəm faizini daha sağlıqlı bir səviyyəyə sala biləcək texnologiyalardan faydalana bilərsiniz. Nəmi azaldan aparatlar köməyi ilə evinizdə çöldə olan sıxıcı havadan başqa bir atmosferdə olacaqsınız. Eyni zamanda dəniz duzu kimi təbii nəm azaldan üsullardanda istifadə edə bilərsiniz.

 

5. Az və ya sürətli yemək bişirin

Mətbəx evin ən isti otaqlarında biridir. Gün ərzində mütəmadi olaraq yemək bişən bir yerdə yaranan istiliyi təsəvvür edə bilirsiniz. Aspiratoru işlətmək bu istiliyi biraz da olsa aşağı salacaqdır. Amma mətbəxdə olan qaz peçi və s. kimi istilik verən bir çox avadanlıq eyni anda işləyəndə bu istilik bütün evə yayılır. Bu səbəblə mətbəxdə yemək bişirərkən sərf etdiyiniz zamanı planlı formada edib ən az vaxta salmaq lazımdır.

 

6. Komputeriniz ilə çox zaman sərf etməyin

İşləyən zaman içində olan ventilyatorlara baxmayaraq daha çox istilənən komputer və ekranlar ətrafındakı balansıda poza bilir. Xüsusilə komputeri güclü rejimdə işlətdikdə daha çox istilənir və bu istilik sizə də təsir edir. Əlavə olaraq bir evdə birdən çox komputer işləyərsə - bu istilik qat-qat çox olur. Ona görə evin sərin olduğu zamanlarda komputeri istifadə etməyinizi məsləhət görürük.