Evdə bitki yetişdirərkən ən çox edilən səhvlər

2020-10-31

Baxış: 8545

Evdə bitki yetişdirərkən ən çox edilən səhvlər

Evdə bitki yetişdirənlər tərəfindən tez-tez rast gəlinən vəziyyətlərdən biri də bitkilərin tez məhv olmasıdır. Bu kimi daha bir çox səhvlər, bitkilərin ömrünü qısaldır. Bəs bitkilərinizə qulluq edərkən bilməli olduğunuz məlumatlar nələrdir? Evdə bitki yetişdirənlərin ən çox etdiyi səhvlər və doğru olanlar haqqında bu yazıda danışacağıq.

cagir.az -Evdə bitki yetişdirərkən ən çox edilən səhvlər

 


1. Səhv saxsı torpağını istifadə etmək

Yetişdirdiyiniz bitkiyə uyğun torpaq seçməlisiniz. Bir çox saxsı torpağı yosun, vermikulit və perlit qarışığından ibarətdir və əksər ev bitkisi də bu qarışığı sevir. Bu cür qarışıqlar zərərverici həşəratlardan qoruyur və xəstəlik riskinin qarşısını alır. Kaktus növləri daha çox qumdan ibarət olan, quru qarışımları sevirlər. Orxideyalar köklərinin nəfəs almasına imkan verən qarışımlarla daha xoşbəxt olurlar.

 

2. Budama

Ev bitkilərinizi ölü yarpaqlardan xilas etmək hər iki tərəfə də fayda gətirər. Bu, yalnız bitkinizin daha gözəl görünməsinə deyil, həm də eyni zaman da bitkini göbələklərdən və xəstəliklərdən qoruyacaqdır. Bəzi yumşaq yarpaqlı bitkiləri isə çıxan xırda saplarını qopardaraq çox sürətli və qarışıq böyüməsinə mane ola bilərsiniz.

 

3. Böyüməsinin qarşısını almaq

Pəncərələrinizin qarşısını çox bitki ilə doldurursanız, onlardan birinin və ya daha çoxunun yetişməsi üçün kifayət qədər yer olmayacağı deməkdir.Bitkiləriniz arasında mümkün olacaq müharibələrin qarşısını almaq üçün hər birinə kifayət qədər böyümə sahəsi verməlisiniz. Bundan basqa, bitki üçün seçdiyiniz saxsının da köklərin inkişafı üçün yetərli olduğundan əmin olun.

 

4. Günəşdə yanmaqlarına səbəb olmaq

Bitkilər də günəşdə yana bilər. Həssas bir bitkini uzun müddət birbaşa günəş işığı altında yerləşdirsəniz, yarpaqları qəhvəyi olar və bitki cansızlaşmağa başlayar.

 cagir.az -Evdə bitki yetişdirərkən ən çox edilən səhvlər

 

5. Bitkilərin yuyulması

Bitkilərinizi zərərvericilərdən və yetəri qədər günəş işığı almasına mane olan tozlardan xilas etmək üçün təmizləməlisiniz. Bunun üçün bitkinizi axar suyun altında yumağınıza ehtiyac yoxdur. Əlinizə nəm salfet və ya süngər götürüb yarpaqları bir-bir silə bilərsiniz.

 

6. Köklərini çürütmək

Bitkiniz kökləri çox suvarmanın nəticəsi olaraq tez qurumağa başlayar. Bunun qarşısını almaq üçün, bitkinin torpağında bir drenaj çuxuru qazaraq köklərin nəfəs almasına kömək edə bilərsiniz.

cagir.az -Evdə bitki yetişdirərkən ən çox edilən səhvlər

 

7. Səhv sulama

Bitkiniz yaşıl və qəhvəyi rəngə arasında bir rəngə çevrilib yarpaqları tökülər. Bu vəziyyət ümumiyyətlə həddindən artıq sulamanın və ya altdan sulamanın əlamətidir. Bəs, bitkinizi çox və ya az suladığınızı necə biləcəksiniz? Çox su verdiyiniz zaman bitkinin torpağı nəm və palçıq olur, yarpaqları qəhvəyi rəng olur, bitkinin sarı yarpaqları tökülür. Altdan suladığınız zaman isə yarpaqların kənarları quruyur və yarpaqlar qırılmağa başlayır. Bitkinizin necə və nə qədər sulanmağına dair internetdə məlumat tapa, və yaxud xüsusi tətbiqlər vasitəsilə öyrənə bilərsiniz. Belə bir mobil tətbiqlərdə bitkinizin yerləşdiyi ətraf mühit şərtlərini qeyd edirsiniz və tətbiq sizə bitkinin necə və nə qədər sulanacağını izah edir.


Eviniz hər zaman çiçək-tək təravətli və təmiz olsun! Vaxtınıza qənaət edib, təmizlik işlərinizi peşəkarlara həvalə etmək istəyirsinizsə, o zaman Cagir.az-ın ev temizleme, ofis temizleme kimi xidmətlərindən yararlana bilərsiniz. Bir neçə kliklə sifariş edirsiniz, və icraçımız qapınızda! Əlaqə nömrəsi: +994703482606.

Paylaş:

fb_iconlinkedin_icon