İndi Bahar təmizliyi zamanıdır!

2021-05-01

Baxış: 7567

İndi Bahar təmizliyi zamanıdır!

Epidemiya səbəbi ilə vaxtımızı evlərimizdə keçirdiyimiz bu günlərdə baharı da evdə qarşılamış olduq. Üstəlik, özümüz və yaxınlarımız üçün ən doğru tədbir budur, evdə qalmaq. Bəs baharı evdə qarşılamağın ən təsirli yolu nədir? Fikrimizcə - bahar təmizliyi! Bu yazıda sizin üçün bahar təmizlənməsinin tövsiyələri nədir və bu qədər geniş miqyaslı bir təmizlikdə nələrə fikir verməliyik kimi sualların cavablarını hazırladıq.

cagir.az -Bahar təmizliyi zamanı!


Yaşayış sahələrinin təmizlənməsi

Günün çox hissəsini keçirdiyiniz istirahət, yatma və işləmək kimi fəaliyyətlər göstərdiyiniz otaqların təmiz və səliqəli olması sizə motivasiya verir. Qonaq otağı, iş otağı, yataq otağı kimi ümumiləşdirə biləcəyimiz bu sahələrdə çox vaxt keçirəcəyiniz üçün ən vacib detal toz olmamasıdır.

İstər minimal, istərsə də maksimum bir dekorasiya ilə təchiz olunsun, otağı qaydasında saxladığınız müddətdə təmizliyiniz daha asan olacaq. Bu səbəblə təmizlik işlərinə başladığınızda əvvəlcə pəncərənizdən və ya balkonunuzdan sallaya biləcəyiniz örtükləri çıxarın, bəzək dekorlarını toplayın.

 

Pəncərələr

Xarici dünya ilə təmasda olan pəncərələrinizi təmizləmək üçün diqqətli olmalısınız. Yağış, qar, toz və külək kimi bir çox hava şəraitinə məruz qalan pəncərələrinizi təmizləyərkən iki fərqli təmizləyici parça istifadə etməlisiniz. Pəncərələrinizi köpüklə təmizləməlisiniz. Parçalardan biri ilə bu köpüyü nəm bir şəkildə yaxalamalı və digər təmizləyici parça ilə də qurutmalısınız. Beləliklə, pəncərələrinizi təmizlədiyiniz zaman üzərində heç bir təmizləyici vasitə və ya su ləkəsi qalmayacaqdır. Eynilə, pəncərənin daxili və xarici çərçivələrini və ya varsa ağcaqanad torlarını təmizləməyi də unutmamalısınız.


Pəncərə, fasad və vitrinlərin təmizlənməsini Cagir.az-ın təmizlik üzrə icraçıları peşəkarcasına yerinə yetirəcəklər. Dərin təmizlik, və yaxud təmirdən sonra pəncərələrin təmizliyi xidməti mövcuddur. Xidmətdən yararlanmaq üçün bu linkə keçid ala bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.

 cagir.az -Bahar təmizliyi zamanı!


Çəkməcə içləri

Sizə məsləhətimiz budur ki, hər şeyi çəkməcələrinizdən müəyyən bir qaydada götürün, onları da təmizləyin və artıq istifadə etmədiyiniz əşyaları atın. Sonra çıxara bilsəniz, çəkməcələri yerindən çıxarın, silərək təmizləyin. Xüsusilə taxta çəkməcələriniz varsa mütləq qurutmağı unutmamalısınız.

 

Mebellər

İstər döşəmə oturacağı, istər kreslo, istərsə də puf olsun... İstənilən çıxarıla bilən parçanı paltaryuyan maşında yumaq sizin üçün daha asan olacaq. Çıxarılmayan bir parçadırsa, istəsəniz kimyəvi və ya bitki mənşəli bir təmizləyici ilə parçanı korlamayacaq bir şəkildə təmizləyib yenə yaş bir təmizləyici parça ilə üzərindən keçə bilərsiniz. Əgər tozsoranınızda su ilə xalça təmizlənməsi rejimi varsa, onu oturacaqlarda da istifadə edə bilərsiniz. Oturacaq yastıqlarını qaldırıb altlarını təmizləməyi də unutmamalısınız.

 

Pərdələr 

Tül və parça pərdələrin paltaryuyan maşında yuyulma üstünlüyündən istifadə edə bilərsiniz. Əgər jalüz pərdələriniz varsa, nəm bir təmizləyici parça ilə pərdəni qırmamaq üçün ehtiyyat edərək yumşaq bir şəkildə silə bilərsiniz.


Pərdə təmizləmə işi çətin və vaxt aparan iş olduğuna görə, peşəkar pərdə yuma üzrə Cagir.az icraçıları bu işi sizə əziyyət vermədən yerinə yetirəcəklər. Pərdənin materialı və rəngindən uyğun olaraq, müvafiq təmizlik vasitələri istifadə olunur. Pərdələriniz elə evinizdə, ofisinizdə təmizlənəcək. Xidmətdən yararlanmaq üçün bu linkə keçid ala bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.

cagir.az -Bahar təmizliyi zamanı!


Çilçıraq 

Əgər evinizdə böyük çilçıraqlar varsa, onları da təmizləməyi unutmayın. Evin toxunmayan bir hissəsində yerləşdiyindən gözünüzə dəyməsə də, toz yığan məhsullar olan işıqları qəzaya səbəb olmadan diqqətlə silə bilərsiniz. Tozlarını təmizləmək və əgər lazımdırsa kimyəvi təmizləyicisi ilə parlatmağınız kifayət edəcəkdir.

 

Bitkilər 

Həşəratların bitkinizə gəlməsinin qarşısını almaq üçün evinizin bir parçası olan bitkilərin böyük yarpaqlarını sirkəli su ilə təmizləyə bilərsiniz. Lakin bitkiyə zərər verməmək üçün sirkəni az tökməyi unutmayın. Həm də bitkilərinizin qablarını təmizləməyi də unutmayın.

cagir.az -Bahar təmizliyi zamanı!

 

Mətbəx təmizliyi 

Gündəlik qida ehtiyacınızı ödədiyiniz mətbəxinizin təmiz olması çox vacibdir. Həm qidaların saxlanma şəraitinin, həm də yemək bişirmə proseslərinin gigiyenik olması üçün mətbəxinizdə soba, dəzgah kimi yerləri tez-tez təmizləməlisiniz. Yağlı və ya çətin çıxan ləkələr üçün belə yerləri gündəlik təmizləməyiniz sizin üçün faydalı olacaqdır. Yağlı səthlər üçün yağ təmizləyən kimyəvi təmizləyiciləri seçə bilərsiniz. Yağlı səthlərdə istifadə etdiyiniz təmizləyiciləri sıxdıqdan sonra səthdə bir saatdan çox saxlasanız və sonra təmizləsəniz, ləkələrin yumşaldığını və tez çıxdığını görərsiniz.

 

Əgər siz də təm təmizlik işlərinizi peşəkarlara həvalə etmk istəyirsinizsə, o zaman əminliklə cagir.az-a müraciət edə bilərsiniz. Avadanlıq və yuyucu vasitələr icraçı tərəfindən təmin olnur. Sadəcə bir neçə kliklə təmizlik xidməti üzrə icraçı qapınızda. Sifariş üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.

Paylaş:

fb_iconlinkedin_icon

Oxşar Yazılar

Matrası bu üsullarla təmizləyin!

Matrası bu üsullarla təmizləyin!

Təmizlik xidməti

2023-09-15

Yuxuda ev süpürmək nədir?

Yuxuda ev süpürmək nədir?

Təmizlik xidməti

2023-08-07

Evdə dərin təmizlik necə olmalıdır?

Evdə dərin təmizlik necə olmalıdır?

Təmizlik xidməti

2023-07-21

Geyimlərin quru təmizlənməsi

Geyimlərin quru təmizlənməsi

Təmizlik xidməti

2023-04-20

Ev təmizliyində pərdə yuma xidməti

Ev təmizliyində pərdə yuma xidməti

Təmizlik xidməti

2023-04-09

Təmirdən sonra təmizlik xidməti

Təmirdən sonra təmizlik xidməti

Təmizlik xidməti

2023-03-25

Bayram təmizliyi necə edilməlidir?

Bayram təmizliyi necə edilməlidir?

Təmizlik xidməti

2023-03-09

Büdcənizə uyğun təmizlik şirkəti

Büdcənizə uyğun təmizlik şirkəti

Təmizlik xidməti

2023-02-24

Cagir.az zəng et