Sirkə ilə evin təmizlənməsi

2021-07-19

Baxış: 14144

Sirkə ilə evin təmizlənməsi

Pandemiya ilə bərabər həm təmizliyə daha çox əhəmiyyət verməyə, həm də təbiətə və təbii məhsullara üstünlük verməyə başladıq. Sirkə bir çox faydası olduğunu bildiyimiz, gücünü təbiətdən alan bir təmizləyicidir. Sirkə ilə evi düzgün təmizləmək barədə bir neçə tövsiyəmiz var!

cagir.az -Sirkə ilə evin təmizlənməsi

 

Ümumi istifadə üçün sirkəli təmizləyicini necə hazırlamaq olar?

İlk olaraq təmizlik edərkən istifadə edəcəyiniz qarışımdan başlayaq. Boş bir sprey qabına 2 stəkan sirkə və bir stəkan su tökərək qarışdırın. Beləliklə, təbii təmizləyicini hazırlamış olacaqsınız. Əgər sirkə qoxusu sizi narahat edirsə, qarışıma bir neçə damcı lavanda yağı, portağal yağı və ya limon yağı kimi ətirli təbii yağ əlavə edə bilərsiniz. Ya da, portağal və ya limon qabığı da əlavə edə bilərsiniz. Bu qarışım ümumi istifadə üçün uygundur.

 

Pəncərə təmizliyi üçün

Pəncərə təmizləyicilərinə pul xərcləməyə ehtiyac yoxdur. Bir qabda bərabər miqdarda sirkə və suyu qarışdıraraq təbii şüşə təmizləyicinizi hazırlaya bilərsiniz.


Pəncərə, fasad və vitrinlərin təmizlənməsini Cagir.az-ın təmizlik üzrə icraçıları peşəkarcasına yerinə yetirəcəklər. Dərin təmizlik, və yaxud təmirdən sonra pəncərələrin təmizliyi xidməti mövcuddur. Xidmətdən yararlanmaq üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.


cagir.az -Sirkə ilə evin təmizlənməsi


Döşəmə təmizliyi üçün

Pəncərələrdə olduğu kimi sirkə ilə suyu eyni miqdarda qarışdırın. Bu qarışımdan istifadə edərək, laminat döşəmələri asanlıqla təmizləyə bilərsiniz. Evinizi təzə boyamısınızsa, döşəmədə olan boya izlərindən xilas olmaq üçün bu qarışımdan istifadə edə bilərsiniz. Daha sonra döşəməni təmiz su ilə silməyi unutmayın.


Əgər sizə evdə və ya ofisdə döşəmə, kovrolit təmizliyi xidməti lazımdırsa, o zaman Cagir.az-ın kovrolit təmizləmə üzrə icraçıları avadanlıq və kimyəvi dərmanlar vasitələri ilə kovrolitinizdə tozun, çirkin və digər ləkələrin təmizlənməsi prossesini peşəkarcasına görəcəklər. Avadanlıq və kimyəvi dərmanlar icraçı tərəfindən gətirilir. Təmizlik sonrası kavrolit 1 gün müddətində nəm qala bilər. Sifariş üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.

 

Eyvan təmizliyi üçün sirkə

Eyvanınızı eyni miqdarda sirkə və suyu qarışdıraraq yuya bilərsiniz. Üstəlik, sirkə istifadəsi, eyvanınızda olan böcək və milçəklərdən də qurtulmağa kömək edəcəkdir.

 

Parlaq stəkanlar üçün

Parlaq stəkanlar üçün uyğun yuyucu axtarmağı dayandıra bilərsiniz. Şüşə və kristal stəkanların və ya digər mətbəx qablarının suyuna bir neçə qaşıq sirkə əlavə etsəniz, onların necə parıldadığını görərsiniz.

 

Çətin çıxan ləkələr üçün

Yanmış yemək qalıqlarından və ya yağlı qablardan qurtulmanın ən yaxşı yolu sirkə istifadə etməkdir. Qablara sirkə töküb, biraz gözləyin. Beləcə, çətin çıxan ləkələrdən xilas olmaq daha asan olacaq. Həm də daha az qab sabunu istifadə edəcəksiniz.

cagir.az -Sirkə ilə evin təmizlənməsi  

Qəhvə və çay ləkələri üçün

Sevdiyiniz fincandakı qəhvə ləkəsi sizi narahat edə bilər. Həlli sadədir. Sirkə ilə duzu qarışdırın və ləkələri sürtün, sevdiyiniz fincan təzə kimi görünəcək.

 

Şərab ləkələrindən qurtulmaq üçün

Şərab ləkələrinin çıxmayacağını düşünürsüzsə, yanılırsız. Ləkəni çıxarmaq üçün təmiz bir süngəri sirkə ilə isladın və ləkəli yeri silməyə başlayın. Sonra məhsulu yuyun. Ən təsirli nəticələr əldə etmək üçün bu prosesi ləkə əmələ gəldikdən sonra 24 saat ərzində tətbiq etməlisiniz.

 

Dezodorant ləkələri üçün

Ən sevdiyiniz ağ köynək dezodorant ləkəsinin qurbanı ola bilər. Kədərlənməyə ehtiyac yoxdur. Qoltuqaltı dezodorant izini biraz ağ sirkə ilə ovub yuyun və ləkə ilə sağollaşın.

 

Daha təmiz qoxulu bir soyuducu üçün

Pis qoxulu bir soyuducu iştahı qaçıra bilər. Bu vəziyyətdə əvvəlcə soyuducunu boşaldın və təmizləyin. Pis qoxudan qurtulmaq üçün təmizlədiyiniz boş soyuducuya bir qab sirkə qoyun və soyuyana qədər gözləyin.

cagir.az -Sirkə ilə evin təmizlənməsi

 

Paltarınızın rənginin solmaması üçün

Paltarlarınızı yuyarkən suya bir neçə damcı sirkə əlavə etmək, rənglərin solmasının qarşısını alacaq. Beləliklə, paltarlarınız yeni kimi qalacaq.

 

Sirkə ilə təmizlik edərkən nəzərə alınmalı şeylər

Mərmər və qranit döşəmələri silərkən sirkə istifadə edilməməlidir. Qranit və mərmər səthlərin təmizlənməsi üçün isti su və qab yuyucu vasitələrdən istifadə etmək daha uyğun olacaqdır. Texnoloji alətləri təmizləmək üçün sirkədən istifadə etməyin, çünki sirkə bu səthlərə zərər verə bilər və ya ekranlarını korlaya bilər. Bu tip cihazları təmizləmək üçün xüsusi olaraq istehsal olunan variantları seçməlisiniz.


Qeyd edək ki, əgər eviniz və ya ofisinizi dezinfeksiya etmək istəyirsinizsə, bu işi peşəkarlara həvalə edin. Cagir.az-ın icraçıları lazımi məkana öz avadanlıq və dezinfeksiya vasitələri ilə gəlib, keyfiyyətli işi görməyə hazırdırlar. Sifariş üçün bu linkə daxil olun. Əlaqə nömrəsi: +994703482606.

cagir.az -Sirkə ilə evin təmizlənməsi


Vaxtınıza qənaət edib, təmizlik işlərinizi peşəkarlara həvalə etmək istəyirsinizsə, o zaman Cagir.az-ın ev temizleme, ofis temizleme kimi xidmətlərindən yararlana bilərsiniz. Bir neçə kliklə sifariş edirsiniz, və icraçımız qapınızda! Əlaqə nömrəsi: +994703482606.


Делиться:

fb_iconlinkedin_icon