2021-02-13
Baxış: 8696
İtlərin xoşlamadığı 4 davranış
Bəzən kiçik dostumuzu əsəbləşdirən, ya da emosional durumunu qarışdıran bəzi davranışları bilməyərək edə bilərik. Bu davranışlardan xəbərdar olmaq və onları həyata keçirməmək köpəyinizlə əlaqə qurarkən sizə çox müsbət təsiri olacaqdır.
Gəlin o 4 davranışla bir yerdə tanış olaq.
1. Eyni davranış üçün fərqli reaksiya verməklə emosional durumunu qarışdırmaq.
Ev itləri üçün sərhədlər və qaydalar müəyyənləşdirmək vacibdir. Ancaq daha vacib olan bu sərhədlərə və qaydalara sadiq qalmaqdır.
Çox vaxt ev heyvanı sahibləri müəyyən bir davranışı təsdiqləyərək və sonra eyni hərəkətə görə məzəmmət edərək səhv edirlər. Bu, dostumuzu təəccübləndirməklə yanaşı, həm də stresə və qarışıqlığa səbəb olacaqdır.
2. İtinizdən mədəni bir insan kimi davranmasını gözləmək.
İtlər tərliklərinizi və ya bəzi mebellərinizi çeynəməyi, yüksək səslə hürməyi, ətrafı qoxlamağı, çəmənliyinizi qazmağı sevir. Bunların hamısı onu təbiətində olan şeylərdir. Təmizlik və ya bahalı bir şeyi zərərdən qorumaq kimi bir çox anlayışınızı başa düşmürlər. İtinizin bu cür davranışlarının qarşısında səbr göstərmək ən yaxşısıdır.
3. Onu yuxusunda narahat etmək.
İtiniz dərin bir yuxudan oyatmanız lazımdırsa, yavaş və yumşaq davranın. Oyatmaq üçün şəfqətlə toxunun və ya onunla danışın. Bir it yatarkən belə, ani və ya impulsiv bir toxunuşla asanlıqla qorxa bilər.
4. İtinizi uzun müddətlik tək buraxmaq
Gündə 9-10 saat evdə tək qalan bir it, çeynəmə, həddindən artıq hürmə və ya ayrılıq həyəcanı ilə evdə nəcis/sidik ifrazı kimi mənfi davranışlara yol aça bilər. Həqiqət budur ki, itlərin təbiətində qrup halında yaşamaq vardır və bir iti övladlığa götürdüyünüz zaman, onun komanda üzvü kimi qəbul edilirsiniz. Bu səbəbdən onları tək buraxmaq stres və gərginliyə səbəb olacaqdır. Belə hallarda sevgi dolu və etibarlı baxıcılarından dəstək ala və kiçik dostlarınızı ən azı sizin qədər sevən Cagir.az’ın İt pişik baxımı üzrə baxıcılarına buraxa bilərsiniz.
Əziz ev heyvanlarının sahibləri! Artıq evinizdə olmayarkən, səyahət edərkən, məhdud vaxtınız olduqda ev heyvanınızı (itin saxlanılması, pişiyin saxlanılması) əminliklə cagir.az bazasında olan heyvansevər, təcrübəli baxıcılarımıza, istər icraçının evində, istər də öz evinizdə həvalə edə bilərsiniz!
İtə qulluq / it baxımı, pişiyə qulluq / pişik baxımı, dişlərin təmizlənməsi, tüklərin rənglənməsi xidmətləri də mövcuddur. Sifariş və ətraflı məlumat üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994 70 348 26 06.
Похожие Записи
Yuxuda pişik görmək nə deməkdir
Дом. животные
2022-08-29
Ev heyvanlarına qulluq və onlara veriləcək ən sevimli adlar
Дом. животные
2022-04-11
Pişiklərə düzgün qulluq
Дом. животные
2021-12-03
İtlərdə diş baxımı
Дом. животные
2021-11-24
İtlərə ev şəraitində qulluq
Дом. животные
2021-10-16
Pişiyinizin sizi sevdiyini göstərən 6 hərəkət
Дом. животные
2021-04-07
İtlərin tük tökülmə problemi necə azaldıla bilər?
Дом. животные
2021-03-15
Pişik cırmaqlaması halında ilk yardım tövsiyələri
Дом. животные
2020-12-28
İtlər necə sakitləşdirilməlidir?
Дом. животные
2020-10-31
Kiçik dostunuz üçün evinizdə xüsusi məkanlar
Дом. животные
2020-10-31