İtlərdə diş baxımı

2021-11-24

Baxış: 9079

İtlərdə diş baxımı

İt sağlamlığı üçün bir çox fərqli sağlamlıq komponenti var. İtlərdə ağız və diş sağlamlığı bu komponentlərin ən vaciblərindəndir. Təəssüf ki, həyatlarını itlərlə bölüşən bir çox insan itlərdə diş baxımı qaydalarını yerinə yetirmir və ağız gigiyenasını təmin etmək üçün addım atmır. Bununla birlikdə, itlərin diş sağlamlığının təhlükə altında qalmasının ilk göstəricisi ağız qoxusudur. Bunu təsiri həyatlarının ilk 4 ilində hiss etməyə başlanılır. Ağız qoxusu diş sağlamlığının pisləşdiyinin ilk göstəricisidir.

Diş sağlamlığı pisləşdikdə və lazım olan müalicə tətbiq edilmədiyində, itlərdə diş itkisi, ağrılı abses meydana gəlmələri, infeksiyalar, çənələrin zədələnməsi, ürək xəstəlikləri və həzm problemləri ola bilər. Bu səbəbdən itlərdə diş baxımının rutini kəsilməməli, itlərdə diş fırçalama əməliyyatlarına laqeyd qalınmamalıdır. 

İtinizin dişlərinin sağlamlığını peşəkarlara həvalə edə bilərsiniz. Professional qrumerlər Dişlərin anestiziyasız mexaniki təmizlənməsi xidmətini təklif edirlər. Digər it baxımı üzrə xidmətlərlə tanışa olmaq, əlavə məlumat və sifariş üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.

İtlərdə diş baxımı 608


İtlərin dişlərinin fırçalanması haqqında nə bilmək lazımdır?

İtlərin fərqli diş baxımı üsulları olsa da, fırçalama - bu metodlar arasında ən vacib prosesdir. Bir itin dişlərini fırçalamaq çoxları tərəfindən lazımsız sayılır, ancaq bu böyük bir səhv düşüncədir. İtlərin dişləri həftədə bir və ya iki dəfə laqeydlik olmadan təmizlənməlidir. İtlərin diş baxımı müddətinin ən əhəmiyyətli mərhələlərindən biri diş fırçalamadır. 

İt baxımı haqqında bilməli olduğunuz vacib məqamları bilmək üçün bu linkə daxil ola bilərsiniz.

İtlərin dişlərini təmizləmək üçün xüsusi fırçalara üstünlük verilə bilər. Alternativ olaraq, diş salfetlərindən istifadə etmək mümkündür. Xüsusilə dişlərini fırçalamağa alışmayan itlər bu müddətə müqavimət göstərə bilər. Bu səbəbdən itlər mümkün qədər balaca olduqda dişlərini fırçalama vərdişini qazanmalıdırlar. İtlər balaca olduqları dövürdən xüsusi diş fırçalarına alışdıqları zaman diş baxımı prosesləri çox rahat olacaq.

İtlərin dişləri insanların istifadə etdiyi diş pastası ilə təmizlənməməlidir. İtlər üçün zərərli ola biləcək maddələr olan bu məhsulların yerinə itlər üçün xüsusi hazırlanmış pastalardan istifadə etmək lazımdır. Mütəmadi olaraq fırçalamaqla yanaşı, it dişlərinə qulluq spreyləri də diş müalicəsi proseduruna daxil edilə bilər. Diş çürüməsini və diş daşlarının əmələ gəlməsini qarşısını alma xüsusiyyətinə malik olan bu məhsullar nəfəslərinin təravətlənməsinə də kömək edir.


Diş sağlamlığı üçün qidalanma çox vacibdir

İtlərin sağlam dişləri və gigiyenik bir ağzı olması üçün sağlam və balanslı bir pəhriz lazımdır. Keyfiyyətli quru qidalar dostlarımızın ehtiyac duyduğu vitamin və minerallarla olduqca zəngindir. Diş sağlamlığını dəstəkləyən komponentlərlə də zəngin olan quru qidalar sərt bir quruluşa sahib olduqları üçün, yemək zamanı dişlərdə sürtünmə təsiri yaradır və diş daşına çevrilmə ehtimalı olan lövhə qatını ortadan qaldırır. Həm də dişləri gücləndirir və diş ətinin qan dövranını yaxşılaşdırırlar, çünki kifayət qədər çeynənməlidirlər. Bu səbəbdən yalnız nəm yemək və ya ev yeməyi istifadə etmək itlərin diş sağlamlığına həm də umumi sağlamlığına zərər verə bilər.

İtlərə baxım üzrə və digər maraqlı faktlar haqqında burada danışırıq. Oxumaq üçün bu linkə daxil olun.

İtlərdə diş baxımı 608


Çeynənilməsi mümkün olan sümüklər, oyuncaqlar və yeməklər

İt müalicələri həm qidalanma keyfiyyətləri, həm də funksiyaları baxımından olduqca müxtəlifdir. Bu nöqtədə çeynənilməsi mümkün olan sümüklər və itin diş baxımı oyuncaqları unudulmamalıdır. Çeynənən sümüklər diş daşlarının əmələ gəlməsinin qarşısını alır, eyni zamanda dişləri gücləndirir və diş ətində qan dövranını sürətləndirir. Eynilə, diş baxımı oyuncaqları diş ətlərinə masaj edir və dişlərdə fırçalama effekti yaradaraq ağız sağlamlığı problemlərini azaldır.


Mütəmadi yoxlama çox vacibdir

İtlərin dişlərin fırçalanması, ən keyfiyyətli quru qidalar, oyuncaqlar və ya diş sağlamlığını yaxşılaşdıran yeməklərlə bəslənməsi həmişə diş problemlərinin qarşısını almaya bilər. Dişlərin vaxtaşırı dərin təmizlənməsinə laqeyd yanaşılmamalıdır. Bu proses müntəzəm baytarlıq müayinələri zamanı edilə bilər və daha da əhəmiyyətlisi, mümkün diş və diş əti problemləri əvvəlcədən aşkar edilərək lazım olan müalicələr tətbiq oluna bilər.

Müntəzəm müayinələrdən əlavə fərqli bir ağız qoxusu, çeynəmə vərdişlərindəki dəyişiklik, diş itkisi, diş ətində rəng dəyişməsi və abses meydana gəlməsi, iştahsızlıq və zəiflik kimi simptomlar görsəniz baytarların müayinəsindən keçirməlisiniz.

İtlərdə diş baxımı 608


İtinizin dişlərinin sağlamlığını yoxlamaq, müvafiq baxım etmək üçün peşəkarlara müraciət edə bilərsiniz. Professional qrumerlər Dişlərin anestiziyasız mexaniki təmizlənməsi xidmətini təklif edirlər. Digər it baxımı üzrə xidmətlərlə tanışa olmaq, əlavə məlumat və sifariş üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.

Делиться:

fb_iconlinkedin_icon