2021-11-16
Sifariş sayı: 10704
Manikür
Əllərin baxımı ilk növbədə dırnaqların və əl hamarlığı ilə ölçülür. Əgər əllərinizin hamarlığı və dırnaqlarınızın yetəri qədər estetik görünməməsi sizi narahat edirsə o zaman doğru ünvandasız! Manikür xidməti üçün ətraflı araşdırmağa və bir çox sualların cavabını saatlarla axtarmağa ehtiyac yoxdur. Manikür elə bir prosedurdur ki, bunu yalnız peşəkarlara həvalə etməlisiniz. Günümüzdə manikür proseduru bir çox məkanda həyata keçirilir.
Gigiyenik və güvənli əllərin peşəkar manikür xidmətindən yararlanmaq üçün əvvəlcə manikür xidməti haqqında məlumatlanmağınızı məsləhət görürük.
Manikür xidməti üçün siz istər öz manikür vasitələrindən istərsə də manikür ustalarımızın gigyenik və yeni növ manikür vasitələrindən istifadə edə bilərsiniz. Ev, iş və ya istənilən hər bir məkana bu manikür xidmətini çağırmağınız mümkündür. Bütün mövsümlərin aktual problemi olan əl və dırnaq baxımı üçün manikür ustalarımız hər zaman hazırdır. Daha çox qış və payız ayları üçün tələb olunan manikür xidməti əllərinizə hamar dəri və dırnaqlarınıza mükəmməl görüntü bəxş edəcək. Manikür xidməti üçün bilməli olduğunuz bəzi məqamları diqqətinizə çatdıraq:
Manikürü 7-10 gün ərzində 1 və ya 2 dəfə etmək məsləhətdir. Evdə və ya istənilən məkanda manikür etməli olduğunuzda dırnaqlarınızın sağlamlığına nəyin zərər yetirdiyini mütləq bilmək lazımdr.
— Manikür zamanı dırnaqları vanna etdikdən dərhal sonra yonmaq olmaz, belə ki, bu prosedura onları yumşaq və kövrək edir.
— Təbii dırnaqlar üçün sərt metal dırnaq "pilkalardan" istifadə etmək olmaz. Mütəxəssislər almaz tozlu dırnaq "pilkalardan" istifadə etməyi məsləhət görürlər.
— Manikür proseduru zamanı quru dırnaqları dırnaqtutanla kəsmək olmaz.
— Kutikulanı kobud şəkildə kəsmək olmaz. O, dırnağın sağlamlığına cavabdehdir.
Manikür zamanı bütün bu diqqət etməli olduğunuz hər bir məqamı ustalarımız nəzarətdə saxlayır. Hətta ev şəraitində belə manikür çox məsuliyyətli və sağlamlığa təsir edəcək prosedurdur. Nəzərinizə çatdıraq manikür proseduru bunlarla bitmir.
- Klassik manikür
- Biogel
- Dırnaq qaynağı
- Şellak
- Klassik manikür və şellak
- Aparat üsullu manikür
- Aparat üsullu manikür və şellak
Bu alt xidmətlərlə yanaşı həm də manikürün bir neçə üsulu var. Onlar haqqında biraz sonra danışacağıq. İndi isə gəlin alt xidmətlər haqqında bir neçə bilməli olduğunuz məqamları nəzərinizə çatdıraq.
Klassik manikür
Ən çox istifadə olunan manikür xidmətimizdir. Klassik manikür xidmətində adi manikür proseduruna aid hər bir prosedur daxildir. Klassik manikür haqqında hər bir sualı saytda qeyd olunan əlaqə nömrəsi ilə əlaqə saxlayaraq ünvanlaya bilərsiniz.
Biogel
Bəzən bu xidməti şellak ilə qarışdırırlar. Lakin bilmək lazımdır ki, şellak və biogel fərqli prosedurlardır. Biogel dırnaqları daha parlaq etməklə bərabər baxımlı görünüş verir.Heç bir ziyanverici təsiri yoxdur.Bundan əlavə biogel dırnaqların qırılmasının qarşısını alır onlara möhkəmlik verir.Bir çox dırnaqda yaranan göbələk xəstəliyi üçün qorunma rolunu oynayır. Biogel prosedurunu evinizdə rahat şəraitlə həyata keçirilməsi üçün elə indi bizə müraciət edin.
Dırnaq qaynağı
Dırnaq qaynağı müalicəvi məqsədlər üçün də edilə bilər. Tez qırılan dırnaqları baxımlı görmək istəyən qadınların tez-tez müraciət etdiyi xidmətdir.Dırnaq qaynağı deformasiya olunan və daim yenilənməsi lazım olan dırnaq boyası problemini ortadan qaldırır və 21 gün ərzində parlaq, baxımlı bir görünüş verir. Dırnaq qaynağı xidmətində dırnaq uzunluğunu orta hesabla 2 saata uzatmaq, hər hansı bir forma, rəng və ya hətta dırnaq sənəti ilə bəzəyərək ortalama 21 gün istifadə etmək imkanı yaradır.
Şellak
Şellak nazik, çatlayan və ya tez sınan təbii dırnaq sahibələri üçün mükəmməl manikür variantıdır.Öz unikal tərkibi sayəsində o həqiqətən təbii dırnaqları bərkidir, dırnaqların sınmasının qarşısını alır.Şellak, yeni lak örtüyü iki həftə boyunca dırnaqlarda qalıb qopmadığına, çatlamadığına görə manikür və pedikür üçün mükəmməl və ideal vasitə hesab olunur. Bəzi hallarda ayaqlarda pedikür zamanı çəkilən şellak hətta 4-5 həftəyə qədər qala bilər.
Aparat üsullu manikür ən yeni manikür aparatları ilə həyata keçirilir.Daha çox gigiyenik qaydalara riayət edilən aparat üsulla manikür və ya şellak çox tələb olunan manikür xidmətləri arasındadır.
Bütün bunlardan başqa manikürün bir neçə növü var. Onlar haqqında kiçik bir məlumat verək.
Klassik manikür hamıya yaxşı məlum olan prosedurdur.Bu zaman isti vannadan sonra kutikula çıxarılır. Avropasayağı manikür isə dırnaqları daha çox qoruyur. Kutikula xüsusi tərkibli məhlulla yumşaldılır və xaric edilməyərək taxta çubuq və ya rezin (plastik) başlığı olan alətlə arxaya çəkilir.
Kutikula işləndikdən sonra dırnağa lazımi forma verilir və onun səthinə dırnaq lakı vurulur. Əvvəlcə mütləq "baza lakı" vurulmalıdır. Bu lak dırnaqlarda rəngsiz və şəffaf görünür (hətta qabında bir az rəngli olsa da). Baza lakı dırnaqları qoruyur, tərkibinə vitamin və mikroelementlər daxil olduğu üçün onları sağlamlaşdırır, əsas lak tonunun yaxşı vurulmasına kömək edir, onun davamlılığını artırır. Baza-lakından sonra əsas ton, sonra isə rəngsiz möhkəmləndirici lak vurulur. Mütəxəssislər baza lakını, hətta dırnaqları boyamadıqda belə, onları qorumaq üçün vurmağı məsləhət görürlər. Belə ki, müntəzəm olaraq müxtəlif məişət kimyası ilə kontaktda olmaq dırnaqları xeyli dərəcədə korlayır.
Lakı silmək üçün istifadə edilən aseton əsaslı vasitələr dırnaqlara ziyan vurur. Bu məqsədlə,ustalarımızın istifadə etdiyi bitki ekstraktları əlavə olunmuş, asetonsuz, yumşaq, qoruyucu məhlullardan istifadə edilməsi dırnaq sağlamlığınıza heç bir ziyan vurmadan mükəmməl görünüş verəcək.
Hal-hazırda dəbdə olan dırnaq qaynağı, biogel və şellak kimi prosedurlar ddırnaqları korlaya bilər. Məsələ ondadır ki, doğru vasitələrdən istifadə etmədikdə süni dırnaqların altında təbii dırnaqlar zəifləyir, nazik və yumşaq olur. Ona görə də siz dırnaqlarınızı uzatmısınızsa, bu dövrdə təbii dırnaqlarınızı möhkəmləndirmək üçün bu xidməti peşəkar həyata keçirən insanlara müraciət etməyiniz məsləhətdir. Əgər dırnaqlarınızın sağlam olmasını istəyirsinizsə, onda heç bir halda istehsalçısı məlum olmayan ucuz dırnaq boyalarından istifadə etməyin.