2020-10-25
Start.up! Germany Tour
Hətta çətin zamanlarda belə biz tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik: ilk dəfə olaraq „Start.up! Germany Tour“ proqramında iştirak edərək üç Azərbaycan startap iştirakçısı bütün dünya üzrə digər startap iştirakçıları ilə şəbəkələşmək və yeni iş əlaqələri qurmaq imkanlarını əldə edəcəklər. Lakin bu il baş tutacaq dörd günlük proqram koronavirus pandemiyası səbəbindən yalnız online formatda həyata keçiriləcəkdir.
15 oktyabr tarixində startap iştirakçıları öz biznes ideyalarını səfir Maniq və Alman-Azərbaycan Xarici Ticarət Palatasının işçi heyətinə təqdim etmişdirlər. Startap proqramı Federal İqtisadiyyat Nazirliyi və qlobal xarici ticarət palataları şəbəkəsi tərəfindən maliyyələşdiriləcəkdir. İştirakçılara maraqlı tur və biznes modelləri ilə davamlı uğurlar diləyirik!