3-cü Respublika İnnovasiya Müsabiqəsi

2020-10-21

3-cü Respublika İnnovasiya Müsabiqəsi

2019-cu ilin may ayında İqtisadiyyat Nazirliyi və BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi tərəfindən “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”ndən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin icrasına dəstək məqsədilə Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan olunmuşdu. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan filialının tərəfdaşlığı ilə keçirilən müsabiqəyə iqtisadi, sosial və ekoloji sahələri üzrə 200-dən çox layihə təqdim edilib.


Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi tərəfindən həyata keçirilən Üçüncü Respublika İnnovasiya Müsabiqəsində iştirak etdiyinə görə

“Çağır Gəlsin” layihəsi


1. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən nominasiyalar ilə təltif edilmişdir.

Çağır Gəlsinin bütün komanda üzvlərindən RİM-ə, layihəmizi nominasiya ilə təltif edən yuxarıda qeyd olunmuş qurumlara, eləcə də bu müsabiqədə əməyi olan hər kəsə dərin təşəkkürümüzü bildiririk.


Share:

fb_iconlinkedin_icon

Related Posts