Zeytun yağının bilinməyən faydaları

2020-10-31

Baxış: 6469

Zeytun yağının bilinməyən faydaları

Zeytun yağı sağlamlıq, dəriyə qulluq və saç baxımı üçün geniş istifadə olunur. Bu yazımızda zeytun yağının qatqılarını sizlərlə bölüşürük.

 

  • Zeytun yağını salat sousunda və ya tavada qızartdığınız yeməklərdə istifadədən başqa, dərinizə, saçınıza və dırnaqlarınıza baxım üçün də gündəlik rutininizə əlavə edə bilərsiniz.
  • Mütəxəssislərin fikrincə, zeytun yağı gözəlliyinin artırılmasında mühüm rol oynayır və A, D, K və E kimi müxtəlif vitaminlərlə çox zəngindir.
  • Əslində, bu yağ bir sıra üz təmizləyici məhsullarda, saç baxımı məhsulları, sabunlar, bədən yuma və losyonlarda əsas tərkib hissə kimi istifadə olunur.
  • Zeytun yağı dərinizi yumşaq, hamar və nəmləndirici xüsusiyyətlərə malikdir. Dərinin dərinliklərinə asanlıqla daxil olur və uzunmüddətli nəticələr verir. Quru dərisi olanlar üçün çox faydalıdır. Bundan əlavə, zeytun yağındakı təbii lipidlər sebum istehsalına kömək edir. Sebum isə bədənin təbii yağ təminatçısıdır.


cagir.az -Zeytun yağının bilinməyən faydaları  

Nəmləndirmə

Duş və ya hamamdan sonra dərinizi yumşaq bir şəkildə qurulayın. Zeytun yağını nəmləndirici kimi istifadə edin və bir az nəm halda olan dərinizi masaj edin. Alternativ olaraq, səhər nəmlənmiş və elastik dəridən zövq almaq üçün yatmazdan əvvəl üzünüzə, əllərinizə və ayaqlarınıza zeytun yağı çəkin.

 

Yaşlanmaya qarşı

Yaşlandıqda dərinizdə qırışlar və incə xəttlər kimi yaşlanma əlamətləri görünməyə başlayır. Bu əlamətləri zeytun yağı ilə uzaqlaşdıra bilərsiniz. Zeytun yağının tərkibində mövcud güclü bir antioksidant olan E vitamini, dərinin dolğun və nəmli qalmasına kömək edən yeni dəri hüceyrələrinin yenilənməsinə kömək edir.Bundan əlavə, zeytun yağı, vaxtından əvvəl yaşlanma əlamətlərinin qarşısını almaq üçün dərini möhkəmləndirə bilər. Zeytun yağı içərisindəki doymamış yağ turşuları dərinizi cavanlaşdırır və gənç saxlayır.

2012-ci ildə bir araşdırma göstərib ki, qidalanmnıza zeytun yağı əlavə etdiyiniz zaman üz quruluşunda müsbət dəyişikliklər yaranır. Gündəlik müalicə üçün üzünüzə, boyununuza, əllərinizə və ayaqlarınıza bir az ilıq zeytun yağı ilə ən az 5 dəqiqə masaj edin. Bunu hər gecə yatmazdan əvvəl edə bilərsiniz.

 

Günəş yanıqları

Dəriniz yanıbsa, müalicə üçün zeytun yağı istifadə edin. Bu tərkib hissəsi hətta şiddətli günəş yanıqlarının sağalmasına kömək edə bilər.Zeytun yağının sakitləşdirici və nəmləndirici xüsusiyyəti iltihabı azaltmağa və dərini canlandırmağa kömək edir. Ayrıca günəş yanmasının ümumi bir simptomu olan dərinin soyulmasının qarşısını alır.2011-ci ildə edilən bir araşdırma, zeytun yağının UB şüalarının təxminən 20% -nin qarşısının aldığını göstərdi.

 

Sağlam saçlar

Saç tökülməsi və saçın zəifləməsi; Zeytun yağı saçınızın sağlamlığı üçün çox faydalıdır. Əslində bu yağ bir sıra saç problemlərinə cavabdır.

Nəmləndirici quruluşu sağlam saç böyüməsini dəstəkləyir. Bundan əlavə, zeytun yağı saç səthinə dərin nüfuz edir və baş dərisi problemlərini müalicə etmək üçün toxumanı yumşaldır. İsti zeytun yağı götürün və baş dərinizə (dairəvi hərəkətlərdə) təxminən 5-10 dəqiqə masaj edin. Bir gecə saçınızda saxladıqdan sonra səhər saçınızı adi şəkildə şampunlayın. Bunu həftədə 2 və ya 3 dəfə edin.

cagir.az -Zeytun yağının bilinməyən faydaları

 

Qara dairələr

Göz altındakı qara dairələrdən xilas olmaq üçün zeytun yağı istifadə edə bilərsiniz. Zeytun yağının tərkibində polifenollar, E vitamini və fitosterolları vardır ki, bu da dərinizi parlaqlaşdırmağa və qaranlıq ləkələri aradan qaldırmağa kömək edir. Zeytun yağı göz ətrafındakı həssas dərini qidalandırır və incə xətləri yumşaldır. Gözlərinizin altına bir az zeytun yağı çəkin və yatmazdan bir neçə dəqiqə əvvəl yumşaq bir şəkildə masaj edin. Səhər yuxudan qalxıb göz altı bölgənizi su ilə yuyun. Gündə bir dəfə təkrarlayın.

 

Çatlamış topuqlar

Çatlamış, sərt topuqların sağalması üçün nəmliyə ehtiyacı var. Zeytun yağı, güclü nəmləndirici xüsusiyyəti ilə bu problemin mükəmməl bir həllidir. Ən yaxşı nəticələr üçün yatmadan əvvəl zeytun yağı istifadə edin. Bu, yağın dərinizə tam nüfuz etməsi üçün kifayət qədər vaxt verəcəkdir. 10 dəqiqə ayaqlarınızı sabunlu suda isladın. Bir daban daşı ilə ayaqlarınızı yumşaq bir şəkildə ovuşdurun. Ayaqları su ilə yuyun və yaxşı qurudun. Topuklarınıza və dabanlarınıza bol zeytun yağı çəkin. 5 dəqiqə masaj edin. Bir cüt təmiz corab geyin və yatağa uzanın. Dabanlardakı çatlaqlar tam sağalana qədər bunu bir neçə gün təkrarlayın.

cagir.az -Zeytun yağının bilinməyən faydaları

 

Zəif dırnaqları gücləndirir

Zeytun yağı, E vitamini tərkibinə görə zəif və kövrək dırnaqlar üçün də yaxşı bir vasitədir. Nəmləndirici xüsusiyyəti, dırnaqlarınızın və dırnaq ətlərinizin sağlam və güclü olması üçün zədələnməsinin qarşısını alır.


Hər zaman baxımlı olun!


Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir! Əlaqə nömrəsi: +994703482606.

Paylaş:

fb_iconlinkedin_icon