Süd və süd məhsulları

2022-09-26

Baxış: 8902

Süd və süd məhsulları

Süd məhsulları haqqında məlumat verildiyi zaman, cəmiyyətdə insanlar dərhal inək südü haqqında düşünürlər, lakin südün keçi südü və qoyun südü kimi növləri də var. Xüsusilə körpələr üçün süd əvəzolunmaz qida əlavəsi kimi istifadə olunur və eyni zamanda böyüklər üçün ən vacib qidalardan biridir. Süd və süd məhsullarının istifadəsi insan həyatının hər mərhələsində vacib olan sağlam bir qidadır. Sümük sağlamlığı üçün çox vacib olan süd və süd məhsulları, kalsium, bəzi önəmli minerallar və protein kimi bəzi vitaminlərin mənbəyi olaraq çox vacibdir.


Nə üçün süd məhsullarından istifadə etməliyik?

  1.  Uşaqlıq, hamiləlik-laktasiya və qocalıqda sümük sağlamlığı üçün faydalı olduğu üçün
  2.  Daxilində çox miqdarda protein olduğu üçün 
  3.  Böyüməyə və inkişafa kömək edəcək vitaminləri və mineralları özündə birləşdirdiyi üçün
  4.  İmmunitet üçün müsbət təsir göstərdiyindən
  5.  Təzyiq və xərçəng riskini azaltdığı üçün
  6. Bədən çəkisini idarə etməkdə təsirli olduğu üçün
  7.  Diş çürümələrinə qarşı qoruyucu olduğundan
  8. Enerji mənbəyi olduğu üçün
  9. Südün yüksək qida dəyəri təbii bağırsaq florasının yaranmasına kömək edir
  10.  Süd pəhriz üçün təbii əlavədir
  11.  Körpələrin və uşaqların böyüməsində çox əhəmiyyətlidir.


 Süd və süd məhsulları 796


Məişət əşyalarında yaranan nasazlıqları aradan qaldırmaq üçün cagir.az ən münasib qiymətləri ilə xidmətinizdədir! 


Süd və süd məhsullarının faydalarını izah etməklə bitirə bilmərik. Bədənimizdə süd zülalını artırmaq istəyiriksə, içdiyimiz süd keyfiyyətli və üzvi olmalıdır, əks halda qeyri-üzvi işlənmiş mərhələlərdən keçən süd məhsullarının heç bir faydası olmadığını görürük. Süd və süd məhsulları haqqında danışırıqsa, qidalanma zamanı insan sağlamlığını üçün süd məhsulları vazgeçilməzdir, xüsusən də pendir, qatıq, kərə yağı, qaymaq, süd yağı və s. mükəmməl qidalardır. Sadaladığımız süd məhsullarının hər birinin ayrı-ayrı faydalarını bilirik. Süd məhsulları hər gün istifadə olunmalı qidalardandır. Lakin bu məhsulları alarkən diqqət yetirməli olduğumuz bəzi vacib məqamlar var.


 Süd məhsulları alan zaman nələrə diqqət etməliyik

  • Soyuqda saxlanıldığından əmin olun
  • Orijinal, möhkəm və qablaşdırılmış məhsullar seçin
  • Çiy süd qəbul etməyin
  • Açıq məhsullar seçməyin
  • İstehsal tarixinə və son istifadə tarixinə baxaraq alın
  • Bir neçə gün ərzində istifadə ediləcək qədər alın
  • Orijinal qablaşlaşdırılmış süd alın
  • Dərin dondurucuda saxlamayın.
  • Xüsusilə kərə yağı, yüksək temperatur, hava və işığdan daha tez təsirlənir və xarab olur. Buna görə də saxlama şərtlərinə diqqət yetirmək lazımdır.


Təmizlik, Usta, Masaj, Bərbər, Gözəllikit-pişik baxımı kimi bütün xidmətləri asanlıqla olduğunuz ünvana sifariş verə bilərsiniz. Sifariş üçün linkə keçid edin. Ətraflı məlumat üçün əlaqə nömrəsi: +994703482606

 Süd və süd məhsulları 796

Paylaş:

fb_iconlinkedin_icon

Oxşar Yazılar

Cagir.az zəng et

Qiymət sizə SMS vasitəsilə ilə göndəriləcək