
2020-10-31
Baxış: 3152
Ölkəmizdə 21 yerli canavar bloqer
Müasir dünyada peşələr çox tez dəyişir, bəziləri yoxa çıxır, bəziləri isə əvəz olunur. Bloqerlik isə dünyaca son 15 ildə populyarlaşan ən yeni peşələrdən biridir.
Bloqçu kimdir?
Bloqçu, onlayn gündəliyi, "bloq" u aparan, müntəzəm olaraq yeni yazıları dərc edən şəxsdir. Hər kəs İnternetdə bir bloq aça bilər və istənilən mövzuda yaza bilər. Dünyada artıq 2 milyard bloqer var, onlar özləri və həyat tərzləri, səyahətlər, gözəllik, maşınlar, biznes və siyasət haqqında yazılar yazır və videoçarxlar yaradırlar. Hər hansı bir onlayn gündəlik, insanlar üçün maraqlı olduqda mövcud olacaqdır. Bloqun uğurunun əsas meyarı abunəçilərin sayı, yəni onu mütəmadi oxuyan və ya izləyən insanların sayı ilə ölçülür.
Tələb barədə artıq yuxarıda qeyd etmiş olduq : bloqlar oxunur və izlənir, yəni bloqlara ehtiyac var. İndiki zamanda hər İnstagram istifadəçisinin maraq dairəsi və zövqünə görə izlədiyi bir sıra bloqerlər/influenser və ya fikir öndərləri vardır.
Bu yazıda isə biz sizə yerli sırf İnstagram bloqerlərin siyahısını təqdim edəcəyik.
Azərbaycanlı bloqerlər kimlərdir?
Bildiyiniz kimi, bloqerlər sosial şəbəkələrdə müxtəlif maraq kateqoriyalara görə fəaliyyət göstərirlər. Gəlin sizə məhz bu prinsipə uyğun qısa bir təqdimat verək.
1. Həyat tərzi (Lifestyle) üzrə bloqerlər
@rustamiblog, 111K
Asmet xanım həyat tərzi (lifestyle), dəb və səyahət üzrə paylaşımlarla bloqunu aparır. Bütün postlarda incəlik, zəriflik, qadına məxsus bir şarm hiss olunur. Baxımlı olmağı sevən qadınlar üçün bu bloq motivasiya verici olacaqdır.
Sosyal Media İnfluenseri, fotoqraf kimi tanınan Günel xanımın bloqunu baxımlı, zövqlü, özünə-məxsus kimi sözlərlə ifadə etmək olar. Qısası, gözəl vizualı sevirsinizsə, bu bloqu mütləq bəyənəcksiniz. Axır zamanlar Günel xanımın kreativ TikTok vidyoları da maraq cəlb edir.
@ravanbaghirov, 103K
Manpası radio proqramının aparıcısı – Rəvan Bağırov. Pozitiv əhval-ruhiyyə, bir-birindən maraqlı hekayələr (story), peşəkar yanaşma və özünü təbii aparması – bunların hamısı Rəvan bəyin instagram bloqunu fərqləndirən amillərdəndir. Odur ki, siz də sadalanlardan zövq alırsınızsa, mütləq bu hesabı bəyənmiş olacaqsınız.
@shafiga_elshan, 23.8K
“Mavi şərfli qız”. Bu bloqda siz nəyinki xoş və zövqlü fotolar, pozitiv aura, həm də dəb, səyahət, şəxsi təcrübə, özünə baxım üzrə maraqlı kontentlə üzləşəcəksiniz.
2. Səyahət üzrə bloqerlər
@jala.alakbarova, 19.6K
25 ölkə, 80-dən çox şəhər gəzib kəşf etmiş səyahət dostunuz Jalə xanım. Əgər siz də səyahət etməyi sevirsinizsə, bu bloqda səyahət zamanı məsləhətlər, gəzdiyi ölkələr haqqında faydalı məlumat və şəxsi təcrübəsini öz izləyicilərlə bölüşür. Paylaşımlar və hekayələrin arasında hətta lazımi büdcə haqqında məlumat əldə edə bilərsiniz.
@novruzi, 14.9K
Təyyarəsiz dünya səyahətinə 180 günlük çıxıb, amma COVID-19 virusuna görə ölkəyə qayıtmaq məcburiyyətində qalan ilk azərbaycanlı səyahətçi – Fərid bəy.
60-dan çox ölkə, 20-dən çox zirvə və 5 materik – bu isə Fərid bəyin səyahət biosudur.
Bu instaqram hesabında siz dünyanın gözəl yerlərində çəkilmiş şəkillərdən savayı, çox maraqlı səyahət hekayələrini “yaşamış” olacaqsınız.
@baba.aghayev, 14.2K
Vizam.az və Pickvisa.com startuplarının təsisçisi Baba bəy izləyicələrinə “Həyatınızı dəyişmək istəyirsinizsə, səyahət edin” məsləhət görür. Baba bəy yüzlərlə şəhər, 57 ölkə, 6 materikdə olmuş gənc, aktiv bir səyahətçi kimi öz instagram hesabını maraqlı və interaktiv şəkildə aparır.
@gular_trawells, 5.3K
42 ölkə və 6 materikdə olmuş aktiv, enerji dolu və “Bangee Jumping” təcrübəsini yaşamış qorxmaz səyahətçi – Gülər xanım. Getməli olduğunuz yerlərin siyahısını bu bloqun yazılarında tapa bilərsiniz, odur ki, “İstək siyahı”nızı tutmağa hazır olun.
3. Dəb və Gözəllik üzrə bloqerlər
@eh_laleh, 86.9K
Hesabını Gözəllik üzrə İnfluenser kimi imzalamış Lalə xanım. Kosmetika industriyasında minlərlə məhsullarda “itməmək” üçün, və ancaq keyfiyyətli və testdən keçmiş məhsulları əldə etmək istəyirsinizsə, onda bu bloq sizin üçün tapıntı olacaqdır.
Və unutmayın ki, gözəl görünmək hər xanımın haqqıdır. Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir!
@aylar_lookbook, 45.8K
Sezon trendləri, müxtəlif kombinlər, və təbii ki gözəllik və özünə baxım haqqında paylaşımlar sizi bu bloqda gözləyir. Aylar xanım izləyicilərin qarşısına hər zaman fərqli tərzdə çıxır. Odur ki, bu hesabda siz bütün zövqlərə uyğun kombinlər tapıb, ilhamlana bilərsiniz. Çox güman ki, qarderobunuza da göz gəzdirəcəksiniz.
@toostyle.co, 38.5K
Turan xanım izləyicilərinə “Azadlığınızı geyinin” ismarıcını verir. Bəzən cəsur olub, heç düşünülməmiş kombinlər edəndə, ortaya bir “şedevr” çıxır. Turan xanımın tərzi də məhz bu prinsiplə qurulur. Bəli, yeni trendlər də belə yaranır. Odur ki, seçimlərinizdə daha azad olmağı öyrənmək istəyirsinizsə, bu bloqdan ilham ala bilərsiniz.
4. Analıq/Valideynlik üzrə bloqerlər
@vafa_ali, 61.8K
Vəfa xanım izləyicilərini “Həyat ilhamlandıran anlardan ibarətdir” cümləsi ilə qarşılayır.
Həyat tərzi (Lifestyle), qidalanma, sağlamlıq, səyahət və əlbəttə ki, valideynlik haqqında faydalı məlumatlar bu bloqda sizləri gözləyir. Qeyd edək ki, Vəfa xanım instagram hesabından savayı, şəxsi web-bloqunu aparır (www.vafaali.com/). Qeyd olunmuş kateqoriyalar üzrə maraqlandığınız mövzuları rahatlıqla tapıb oxuya bilərsiniz.
@ninja.parents, 23.6K
Uşaqlarla birgə səyahət etmək çətin və mümkünsüzdür deyə düşünürsünüz? Bu bloq sizin düşüncənizi dəyişək. Ninja Səyyah Eva Safarova qeyd edir ki, həyatda nəyisə etmək istəmiriksə, dərhal bəhanələr yaradırıq, məsələn uşaqlı olmağımızı. Yazılar arasında ailəlikcə səyahət etməyin müsbət tərəfləri, uşaqlarla səyahətin planlaması haqqında məlumat toplaya bilərsiniz.
5. Şəxsi və Ruhani inkişaf, Psixologiya üzrə bloqerlər
@narminmert_psychologist, 71.9K
Əgər siz psixologiya ilə maraqlanırsınızsa, praktik məsləhətlər almaq istəyirsinizsə, onda təlimçi-psixoloq kimi fəaliyyət göstərən Nərmin xanımın insagram hesabını izləməyə dəvət edirik. Uşaq psixologiyasına əhəmiyyət verən anaları da faydalı məlumatlar gözləyir. Nərmin xanım hekayələrdə izləyicilərin suallarına da aktiv cavab verir.
@sabina_coach, 62.7K
Theta Healing – şüuraltı terapiya, beyin kodlaması, şəxsi və ruhani inkişafa dair müxtəlif təlim və marafonlar, izləyiciləri arasında məşhur “Sehirli Dəftər”-in yaradıcısı Sabina xanım. Əgər siz şüuraltı gücə inanırsınızsa, “hər şey bizim beynimizdədir” ifadəsinə inanırsınızsa, möcüzələrlə dolu həyat yaşamaq istəyirsinizsə, onda bu bloqu izləməyi məsləhət görürük.
@aysel__mammad, 41.K
Yaşam kouçu, meditasiya müəllimi və theta healer olan Aysel Məmmədova. Əgər siz özünüzü dərketmə yolunda, şüurlatı neqativ inanclarınızı dəyişmək arzusunda və həyatınızda harmoniya və balans axtarışısındasınızsa, onda bu bloqu izləmək sizə çox faydalı olacaqdır. Aysel xanım hətta enerji ilə terapiya və müxtəlif sağlamlığın yaxşılaşdırılmasına yönəldirilmiş nəfəs alma texnikaları (pranayama) haqqında izləyicələrini marifləndirir.
Ümumən də, gündəlik həyatımızda vaxt aşırı psixoloji gərginliklər yaşayırıq. Statistikaya əsasən, belə hallarda şəxsi problemlərimizi, psixoloji gərginliyimizi tanımadığımız adamla bölüşmək daha rahat və effektli olur. Bunun üçün Çay Yoldaşı formatındakı Psixoloq xidmətimiz gözləntilərinizi qarşılayacaqdır. Bu format psixoloqun otağında olan durum ilə eyni deyil - hüzurlu bir kafedə bir stəkan çay arxasında ürək açan söhbətə dalacaqsınız.
6. Xarici dil üzrə bloqerlər
@elvira.n.malik, 292K
IELTS/İngilis dili üzrə təqdirəlayiq instagram hesabını aparan Top İnstruktor Elvira xanım. Əgər siz ingilis dilinizi akademik səviyyəyə çatdırmaq arzusundasınız və yaxud bildiyiniz sözləri başqa cür ifadə etməyi öyrənmək istəyirsinizsə, onda bu yolda Elvira xanım sizin vazgeçilməz bələdçiniz olacaq.
@semabaxshaliyeva, 123K
İngilis dili üzrə müəllim-bloqer olan Səma xanım.
Bu instagram hesabı çox səliqəli və praktik qurulub. İngilis dilini öyrənməniz üçün ifadələr, söz bazası, qrammatika, dialoqlar – bütün bunlar strukturlaşmış şəkildə səhifədə paylaşılır. Hekayələrdə isə bilikləruinizi testlər vasitəsilə yoxlaya bilərsiniz. İnstagramda vaxtınızı ingilis dilini öyrənməklə səmərəli keçirmək istəyirsinizsə, sizləri bu bloqu izləməyə dəvət edirik.
@english_teacher_samir, 26.6K
İngilis dilini öyrənərkən, bəzən gündəlik həyatda işlədə biləcəyimiz ifadələri (məs. Dilimin ucunda, öldüm gülməkdən, mənim xətrimə və s.) bilik bazamıza əlavə etmirik. Ya da öz dilimizdən ingilis dilinə tərcümə edirik və nəticədə ne demə istədiyimiz başa düşülmür. Bu cür hallarla üzləşməmək üçün Samir bəy qısa videoları ilə izləyicilərinə həmin ifadələri öz hesabında öyrədir.
@sara.garagozlu, 7.7K
Əgər siz də İngilis dilində “Speak Like a PRO”, yəni, professional şəkildə danışmaq istəyirsinizsə, o zaman Sara xanımın bloqunu izləməyinizi tövsiyyə edirik. Bəli, instagram səhifəsində belə interaktiv öyrətmə üsulu da mümkündür - əgər ingilis dili üzrə yorucu vidyoları izləməkdən bezmisinizsə, Sara xanımın izahlı vidyolarını izləməkdən zövq alacağınızı əminliklə deyə bilərik. Hekayələrdə isə qulaq asdığınız vidyolara əsasən test suallarını tapa bilərsiniz. Yəni “keçməmişəm, bilmirəm” ifadəsini artıq işlədə bilmərsiniz.
7. Peşəkarlıq üzrə bloqerlər
@mahal.az, 5.6K
Marketing üzrə peşəkar freelancer Mahal xanım. Əgər siz Sosial Mediya Marketing üzrə biliklərinizi artırmaq istəyirsinizsə, bu səhifədə faydalı paylaşımlar tapacaqsınız. Bundan savayı, Mahal xanım mütəmadi olaraq, marketing-in müxtəlif mövzuları üzrə webinarlar keçir. Nəticədə siz də əldə etmiş bilikləri dərhal tətbiq etməyə qadir olacaqsınız.
Oxşar Yazılar
Mobil Kondisioner Necə Təmizlənməlidir?
Faydalı Məlumatlar
2025-02-11

Laminat Parket Növləri Hansılardır?
Faydalı Məlumatlar
2025-02-06

Dərin Yataq Təmizliyi Bələdçisi
Faydalı Məlumatlar
2025-01-21

Stor Pərdələr: Estetik və Funksionallığın Birləşməsi
Faydalı Məlumatlar
2025-01-17

Ofisi soyuq mövsümə hazırlamaq üçün Çek-list: Bakı üçün xüsusi tövsiyələr
Faydalı Məlumatlar
2024-11-18

Yayda enerjiyə qənaət: soyutma xərclərini necə azaltmaq olar?
Faydalı Məlumatlar
2024-07-23

Yuxuda telefon görmək nə deməkdir?
Faydalı Məlumatlar
2024-03-26

Yuxuda ilan görmək nə deməkdir?
Faydalı Məlumatlar
2024-02-08

Yuxuda xalça görmək nə deməkdir?
Faydalı Məlumatlar
2023-06-13

İş axtaranlara şad xəbər!
Faydalı Məlumatlar
2023-04-24
Kateqoriyalar
