Saçlar qadının ən vacib aksesuarlarından biridir. Bəzi qadınlar qısa saçları bəyənsə də, bəzi qadınlar uzun saçlarını kəsməyə cəsarət edə bilmirlər. Ancaq bir qərar verib saçlarını kəsiblərsə, saçlarının ən qısa müddətdə uzanmasını istəyə bilərlər. Bəs saç hansı sürətlə uzanır? Saç uzadan yağlar hansılardır? Sürətli uzanma üçün nə etmək lazımdır?

 

Bu proses bəzən onlar üçün çox sıxıntılı ola bilər. Axı uzun müddətdir istifadəyə alışılan uzun saçlar artıq yoxdur. Bu müddəti daha qısa vaxtda və asan bir şəkildə keçməyiniz üçün təbii üsulları tövsiyə edirik. Saçlarınız evinizdə olan və ya ucuz qiymətə ala biləcəyiniz məhsullarla qısa müddətdə daha sürətli uzanacaq. Kişilər və qadınlar üçün proses fərqləri olsa da, sürətli saç uzanması üçün tətbiq edə biləcəyiniz praktik üsullar var.

 

1. Yumurta ağı

Saçlarınızı uzatmaq üçün ilk təbii üsulumuz hamımızın evində olan şey - yumurta. Narahat olmayın, yumurtanın qoxusu saçlarınızda qalmayacaq. Yumurta ağını saçınıza çəkdikdən sonra, bu şəkildə bir neçə saat saçlarınızı qida streçi ilə bükün. Sonra saçlarınızı yuyun. Bu metod sayəsində saçlarınız daha sürətli böyüyəcək və 10 qat daha güclü saçlarınız olacaqdır.

 

2. Saçlarınızı darayın

Adətən hamınız bunu edirsiniz. Bəs saçınızı daramaq saç uzanmasına necə təsir edir? Saçlarınızı daramaq, saç diblərinizə masaj edərək qan axışını sürətləndirmənizi və beləliklə saçlarınızı qidalandırmağınızı təmin edəcəkdir. Geniş dişli bir daraq seçsəniz, saçınızı darayarkən qırılmaqdan qoruyacaqsınız.

 

3. Kartof suyu, bal, yumurta sarısı (maska)

Saçlarınızı sürətlə uzadacaq başqa bir tövsiyə evdə tapa biləcəyiniz məhsullarla hazırladığınız maska ​​reseptidir. Qaynadılmış kartof suyu, bal və yumurta sarısı qarışdıraraq alınan maskanı, saç diblərinizdən başlayaraq aşağıya doğru tətbiq etməlisiniz. Bu maska ​​ilə saçlarınız sürətlə uzanacaqdır.

 

4. Aloe vera maskası

Aloe vera bir çox qulluq məhsulunda istifadə olunur. Saçlarınızın tez uzanması üçün xüsusilə dəriyə qulluqda istifadə olunan aloe vera istifadə edə bilərsiniz.

Yarım çay qaşığı bal, 1 xörək qaşığı limon suyu və 1 stəkan aloe veranı yaxşı qarışdırın. Qarışığı saçınıza tətbiq etdikdən sonra yarım saat gözləyin və sonra saçlarınızı yuyun. Bu maskanı müntəzəm olaraq tətbiq etsəniz canlı, parlaq və uzun saçlı olacaqsınız.

 

5. Alma sirkəsi

Yenə də əlinizin altında olan məhsullardan biri; alma sirkəsi. Burada diqqətli olmağınız lazım olan şey sirkənizin orqanik olmasıdır. Mağazalardan aldığınız sirkənin çox hissəsində qatqı var. Deyək ki, orqanik alma sirkəsi var. Bəs bundan necə istifadə edəcəksiz? Saçlarınızı uzatmaq üçün edə biləcəyiniz tək şey saçınızı yaxalayarkən suyunuza 2-3 damcı alma suyu sirkəsi əlavə etməkdir. Alma sirkəsi saç köklərinizi qidalandıracaq və nəticədə daha uzun saçlarınız olacaqdır.

 

6. Soğanla müalicə

"Heç qoxusu xoşumuza gəlməyən şeylər yazmısınız." deyirsiniz sanki. Ancaq soğan həm də saç uzatmaq üçün istifadə edə biləcəyiniz təbii üsullardan biridir. Soğanı qaynadın və sonra suyunu sıxın. Soyudulmuş soğan suyunu saçınıza çəkin. Soğan suyunu bir müddət saçlarınızda saxlayın və sonra saçlarınızı yaxalayın. Bu müalicə üsulunda qoxunun olmadığını deyə bilmərik. Buna görə qoxusundan narahat olursunuzsa, bu üsulu həftə sonu və ya daha uzun müddət evdə olacağınız zaman tətbiq edə bilərsiniz.

 

7. Saçlarınızı açıq saxlayın

Bir çox qadın yuxu zamanı saçlarının üzünə və ya boynuna toxunmasını sevmir. Buna görə saçlarını yatarkən yığırlar. Gecə boyunca möhkəm bağlanmış və yastıqda əzilmiş saçlar zaman keçdikcə zəifləyir. Bu, saçlarınızın uzun və sağlam olmasının qarşısını alır. Bu səbəbdən yatarkən saçlarınız açıq olmalıdır.