Qaralmış zinət əşyalarınızı evdə necə parlada bilərsiniz?

2021-07-30

Baxış: 9967

Qaralmış zinət əşyalarınızı evdə necə parlada bilərsiniz?

Qızıl, gümüş və ya təqlidi, növündən asılı olmayaraq, bütün zinət əşyaları ətraf mühit amillərinə görə zamanla çirklənir, solur və ya qaralır. Nəticədə, cazibələrini itirirlər və bədənimizdə bəzi allergik reaksiyalara səbəb ola bilərlər. Deformasiya olunmuş zinət əşyalarını əvvəlki parıltısına qaytarmaq üçün istifadə olunan üsullar, zinət əşyalarının xammalına görə fərqlənir. İndi zinət əşyalarınızı orijinal vəziyyətinə qaytarmaq üçün ən təsirli metodlardan bəzilərini birlikdə nəzərdən keçirək.

 

Qızıl zinət əşyaları

Qızılda qaralma probleminə gümüş və ya təqlid olunmuş zinət əşyalarına nisbətən daha az rast gəlinir. Lakin bu o demək deyil ki, qızıl zinət əşyalarına mütəmadi qulluq etmək lazım deyil. Zinət əşyalarında zamanla çirklənmə ilə əlaqədar olaraq rəng dəyişikliyi baş verə bilər, ilk gün ki parlaqlığında bir azalma da görülə bilər. Bu vəziyyəti aradan qaldırmaq üçün bahalı daş-qaş təmizləyicilərinə ehtiyac yoxdur. Bir neçə sadə metodla qulluq edərək qızıl zinət əşyalarınızı ilk gün ki kimi parlaq edə bilərsiniz.

 

Üsul 1: Qızıl boyunbağıları, bilərzikləri və ya üzükləri əvvəlki parlaqlığına qaytarmaq üçün onları toz, kir, sabun qalıqları və zamanla yığılan ləkələrdən təmizləməyiniz lazımdır. Bunun üçün dərin bir qabdakı isti suyun içinə bir az maye qab sabunu əlavə edin (mineral sudan istifadə daha yaxşı nəticə verə bilər) və yaxşı qarışdırın. Sonra zinət əşyalarınızı bu qarışığa qoymalı və təxminən 25-30 dəqiqə gözləməlisiniz. Yuyucu su zinət əşyalarındakı çirkləri yumşaldır. Bu çirkləri təmizləmək üçün yumşaq tüklü diş fırçasının köməyi ilə zinət əşyalarının bütün səthlərini yumşaq bir şəkildə fırçalamalısınız. İstifadə etmədiyiniz incə uclu makiyaj fırçalarından da istifadə edə bilərsiniz. Zinət əşyalarınızı kirdən təmizlədikdən sonra yenidən isti su ilə yaxalamaq və sonra qurutmaq kifayətdir.

cagir.az -Qaralmış zinət əşyalarınızı evdə necə parlada bilərsiniz?


Üsul 2: Zinət əşyalarına nüfuz edən yağları və xarici amillər səbəbindən onların üzərində yığılmış çirkləri təmizləyən 100 % təbii resept var. Zinət əşyalarınızın yerləşəcəyi böyük bir qaba 1 ədəd ağ yumurta qabığı, bir neçə sarımsağın qabığı, kiçik bir kartof, bir çimdik duz, sirkə və bir az su əlavə edilir. Əşyalarınızı bu qarışıqda təxminən 25-30 dəqiqə saxladıqdan sonra, onların bütün səthləri əvvəlki metodda olduğu kimi yumşaq tüklü diş fırçası ilə zərifcə sürtünərək təmizlənir. Sonra isti su ilə yuduqdan və quruduqdan sonra zinət əşyalarınız yenidən istifadəyə hazırdır!

 

Gümüş zinət əşyaları

Sevgiylə aldığınız gümüş zinət əşyalarınızı, zamanla qaraldıqları üçün istifadə etmədiyiniz vaxtlar mütləq olmuşdur. Sevdiyiniz gümüş üzükləri qutularından çıxarıb orijinal vəziyyətinə qaytarmağın vaxtı gəlmişsə, sizin üçün 2 sınanmış və doğru metod var.

cagir.az -Qaralmış zinət əşyalarınızı evdə necə parlada bilərsiniz?


Üsul 1: Çox qısa müddətdə inanılmaz nəticələr əldə edəcəyiniz üçün bu metodu sınamağınızı şiddətlə tövsiyə edirik. Ehtiyacınız olan ləvazimatlar olduqca sadədir: zinət əşyalarınızın yerləşəcəyi bir qab, alüminium folqa, qaynar su, istifadə etdiyiniz suyun miqdarına görə bir stəkan suya bir xörək qaşığı soda, quru bir parça və mətbəx maşası. Alüminium folqanı parlaq tərəfi üstdə qalacaq şəkildə qabın içinə yerləşdirərək işə başlamalısınız. Suyun miqdarına görə tənzimlədiyiniz sodanı alüminium folqanın ortasına boşaltdıqdan sonra, üzərinə qaynar suyu tökməlisiniz. Sonra gümüş zinət əşyalarınızı alüminium folqaya toxunduğundan əmin olaraq qabın içinə qoymalısınız. Normal qaralma səviyyələri üçün 2 ilə 5 dəqiqə kifayət edər, ancaq qaralma çox olarsa, onu 10 dəqiqəyə qədər saxlaya bilərsiniz. Bu müddətdən sonra zinət əşyalarınızı mətbəx maşası ilə götürüb soyuq suyun altında yaxalamalısınız. Qurutma prosesini tamamladıqda, mükəmməl bir nəticə ilə qarşılaşmağa hazır olun!

 

Üsul 2: Daha tez və asan bir metodun ardınca gedirsinizsə, bu üsul sizin üçündür! Yarım stəkan ağ sirkəni 2 xörək qaşığı soda ilə yaxşı qarışdırdıqdan sonra zinət əşyalarınızı bu qarışıqda 2-3 saat saxlamalısınız. Sonra gümüş zinət əşyalarınızı yaxalamaq və qurutmaqla yenidən istifadə etməyə başlaya bilərsiniz!

cagir.az -Qaralmış zinət əşyalarınızı evdə necə parlada bilərsiniz?  


Təqlid olunmuş zinət əşyaları

Qızıl və gümüşlə müqayisədə təqlid olunmuş zinət əşyaları xarici amillərdən daha çox təsirlənir və qısa müddətdə deformasiyaya meyllidir. Buna görə də, istifadə tezliyindən asılı olaraq, bir neçə ayda bir texniki qulluq etməlisiniz. Təqlid etdikləri üçün qaralmalarını bəhanə edərək tullamaq əvəzinə aşağıdakı üsullardan birini tətbiq etməklə zinət əşyalarınızın ömrünü uzatmaq mümkündür.

 

Üsul 1: Limonun tərkibindəki limon turşusu, zamanla zinət əşyalarının səthində əmələ gələn və qaralmasına səbəb olan təbəqəni məhv etmək üçün idealdır. Bu prosesi birbaşa yarıya böldüyünüz bir limonu zinət əşyalarına tətbiq edərək istifadə edə bilərsiniz və ya limon suyuna bir az qabartma tozu əlavə edərək yaranmış qarışıqdan istifadə edə bilərsiniz.

Üsul 2: Təqlid olunmuş zinət əşyalarını parlatmaq üçün istifadə olunan başqa bir məhsul diş məcunudur. Köhnə bir diş fırçası və az miqdarda diş pastası ilə zinət əşyalarındakı ən sərt kirləri də asanlıqla təmizləyə və daha parlaq göstərə bilərsiniz. Bununla birlikdə, bu növ zinət əşyalarını nəm qaldıqları təqdirdə paslanma təhlükəsi olduğu üçün təmizlədikdən sonra yaxşı qurutmalısınız. Saç qurutma feninin köməyi ilə bu riski aradan qaldırmaq mümkündür.

 

Qeyd edək ki, əgər evinizin təmizliyi Sizin üçün vacib amillərdən biridirsə və vaxtınıza qənaəet edib, bu işi peşəkarlara həvalə etmək istəyirsinizsə, o zaman cagir.az-a əminliklə müraciət edə bilərsiniz.

Paylaş:

fb_iconlinkedin_icon

Oxşar Yazılar

Yuxuda telefon görmək nə deməkdir?

Yuxuda telefon görmək nə deməkdir?

Faydalı Məlumatlar

2024-03-26

Yuxuda ilan görmək nə deməkdir?

Yuxuda ilan görmək nə deməkdir?

Faydalı Məlumatlar

2024-02-08

Yuxuda xalça görmək nə deməkdir?

Yuxuda xalça görmək nə deməkdir?

Faydalı Məlumatlar

2023-06-13

İş axtaranlara şad xəbər!

İş axtaranlara şad xəbər!

Faydalı Məlumatlar

2023-04-24

Yuxuda pərdə görmək

Yuxuda pərdə görmək

Faydalı Məlumatlar

2023-03-14

Kofe falı haqqında

Kofe falı haqqında

Faydalı Məlumatlar

2022-12-21

Payızda ölkəni qarış-qarış gəzin!

Payızda ölkəni qarış-qarış gəzin!

Faydalı Məlumatlar

2022-11-29

Cagir.az zəng et