Mətbəxdə işinizi asanlaşdıracaq 4 tövsiyə
16.09.2020

Mətbəxdə işinizi asanlaşdıracaq 4 tövsiyə


60
author: Çağır Gəlsin

Mətbəxdə işinizi asanlaşdıracaq və gündəlik həyatda hazırladığınız sadə yeməkləri fərqləndirəcək 4 qızıl mətbəx tövsiyəsi!

 

Çırpılmış yumurtanın mətbəx sirri

Çırpılmış yumurta - edənlər bilir ki çox sadə görünən lakin tutarlılığını saxlamaq çətin və əziyyətli bir yeməkdir. Ən azından indiyə qədər elə idi. Çırpılmış yumurtaları qatılaşdıraraq ya da sulu və az pişmiş halda  bişirməmək üçün çox aşağı istilikdə və qolunuzu hiss etməyəcəyinizə qədər qarışdıraraq bişirməyinizə artıq ehtiyac yoxdur. Belə ki, yumurtanıza süd və qarğıdalı nişastası qatdığınız zaman asanlıqla istədiyiniz tutarlılığa gələcək. Qarğıdalı nişastası, çırpılmış yumurtalarını 15-20 saniyə içində bişirməyinizə imkan verir! Suyun zülalla birləşməsinə imkan yaradan qarğıdalı nişastası, yumurtaları yüksək istilikdə bişirdiyiniz təqdirdə də suyunun itirilməməsini təmin edir.

 

Tavanızı yüksək istilikdə qızdırdıqdan sonra yağı içərisində əridirsiniz və çırpılmış yumurta qarışığını əlavə edirsiniz. Yumurtanın kənarları qabarmağa başlayanda (təxminən 3 saniyədən sonra) tavanı oddan götürün və 11-12 saniyə qarışdırın və boşqabınıza qoyun. Sadəcə bu qədər sadə.

 

Mətbəxdə nəzərə alınmalı şeylər: Ayrı bir qabda süd və nişastanı qarışdırıb çırpdıqdan sonra yumurtanızın üzərinə əlavə edin, əks halda yumurtanız qabarıq olacaq. Bir yumurta üçün ¾ qarğıdalı nişastası istifadə edin. Tavanızı çox uzun müddət odda tutmayın və 15 saniyədən sonra yumurtanızı boşqabınıza tökün. Əlavə bir ləzzətə "yox" demirsinizsə, yumurtanın üstünə bir neçə yaşıl soğan doğramanızı məsləhət görürük...

 

Qəhvənizin dadını artırmaq çox asandır

Yalnız bir az duz və bir az darçın kifayət edəcəkdir. İlk baxışdan bir az mənasız görünür, amma süzülmüş qəhvəni dəmləmədən əvvəl üzərinə səpilən az duz qəhvənin acı dadını pozur, ətirini vurğulayır və içməyi asanlaşdırır. Məsələn, 6 çay qaşığı qəhvəyə yarım çay qaşığı duz kifayətdir.

 

Əslində araşdırmalar duzun, şəkərdən daha çox acı dadı pozmaqda daha təsirli olduğunu göstərir. Əgər mətbəxdə bir qəhvə maşınınız varsa, maşının su olan hissəsində suyun köhnə aroması üçün də duz yaxşıdır. Darçın isə qəhvəyə tamamilə fərqli bir ətir qatır, onu sınamağı məsləhət görürük.

 

 

 

Məmulatlar otaq temperaturunda olduqdan sonra istifadə edin

Tost edərkən nəzərə alınmalı olan yeganə şey, otaq temperaturunda olan  məmulatlardan istifadə etməkdir, yəni mükəmməl tost etmək üçün məmulatlarınızı soyuducudan çıxarmaq və mətbəxdə bir az saxlamaq lazımdır. Kərə yağını otaq temperaturunda çörəyin üzərində yaydığınız zaman, çörəyin səthinə daha asan yayılır. İçinə qoyacağınız pendir də otaq temperaturunda olarsa, bərabər əriyib tostunuza yayılacaq. Əgət tavada tost edirsinizsə, pendiri tostun içinə rəndədən keçirib qoymağa çalışın.

 

Tartınızın mükəmməl alınması üçün.

Tartın xırtıldayan və ağızda dağılan bir xəmiri olması çox vacibdir və adətən ikisini birlikdə tapmaq çətindir. Mətbəx sobanızın nə qədər yaxşı olmasına baxmayaraq (sobanın keyfiyyəti çox vacibdir), xəmirin tutarlılığı səhvdirsə, tart  istədiyiniz kimi olmayacaq. Ancaq bu tutarlılığa nail ola biləcəyimiz gizli bir tərkib var - o da araqdır.

 

Tartın xəmirinə 60% su, 40% etanol spirti əlavə edilir, yalnız 60% su xəmirin qlüten səviyyəsinə təsir göstərərkən, bütün araq xəmiri nəmləndirir, möhtəşəm alınması üçün qlütenin səviyyəsinin az, lakin xəmirin nəmli olması üçün də gizli məmulat məqsədinə çatır. Tartı bişirən zaman arağın etanol hissəsi buxarlanacağı üçün, tartda alkoqol dadı qalmır.


TOP