Köçərkən əşyalar necə toplanır və qablaşdırılır?

2020-10-31

Baxış: 1950

Köçərkən əşyalar necə toplanır və qablaşdırılır?

Tətil üçün hər hansısa bir yerə gedənlər çamadan yığmağın necə çətin bir iş olduğunu çox yaxşı bilirlər. Ancaq, yeni bir evə köçəndə əşyaların yığılması çox daha çətindir. Bu işi biraz da olsa yüngülləşdirmək üçün Sizə köçmək ilə bağlı qızıl kimi məsləhətlər.

 

1. Köçməzdən bir neçə həftə əvvəl qutu və qablaşdırma məmulatların yığmağa başlayın.

Əşyalarınızı paketləşdirməyi ən son vaxta buraxmamaq üçün işinizi rahatlaşdıracağı üçün bir neçə həftə əvvəldən supermarketə hər getdiyinizdə təmiz qutulardan bir neçə ədəd istəyə bilərsiniz. Mebellərinizi örtmək üçün köhnə masa örtüyü, dəsmal və ya ədyal kimi əlinizdə hazır olan məmulatlardan istifadə edə bilərsiniz. Unutmayın ki, əşya yığmağa nə qədər tez başlasanız, son vaxtda olan tələsgənliyiniz o qədər az olacaq. Ehtiyacınız olan məmulatlardan bəziləri bunlardır:

 

2. Fərqli ölçü və qalınlıqda qutular.

  • Boşluqları doldurmaq üçün köpük və ya içi hava dolu olan paketlər.
  • Mətbəx avadanlıqların bağlamaq üçün kağız, qəzet və ya jurnallar.
  • Qayçı, yapışqanlı lent və qutuların qarışmaması üçün isimlik.

cagir.az -Köçərkən əşyalar necə toplanır və qablaşdırılır?

 

3. Ən çox ehtiyacınız olan əşyaları fərqli bir qutuya yerləşdirin.

Diş fırçası, diş pastası, sabun və şampun, üz və hamam dəsmalı, salfet, bir neçə boşqab, qaşıq, stəkan, qayçı, yatmaq üçün yataq dəsti və s. kimi vacib olan əşyaları ayrı bir qutuda yığsanız yeni evinizə ilk girdiyinizdə yaşayacağınız tələsgənlik biraz azalar.

 

4. Özünüzə bir `köçmək sənədi` hazırlayın.

Bu sənədin içinə daşıma şirəti ilə etdiyiniz razılaşma, biraz nağd pul, vəsiqə kimi vacib rəsmi sənədləriniz və bütün qutuları açmadan sizə lazım olacaq hər növ rəsmi sənədləri qoyun.

 

5. Köçərkən eyni zamanda `canınızı qurtarın`.

Köçməyinizi, istifadə etmədiyiniz əşyalardan canınız qurtarmaq fürsəti olaraq görün və uzun müddətdir ki, istyifadə etmədiyiniz və lazımsız gördüyünüz hər cür əşyanı ehtiyacı olan birilərinə verin və ya istifadə olunmaz halda olan əşyalarınızı isə əldən çıxardın. Çəkməcələrdən çıxan baıaca əşyaları mətbəx saxlama qabı kimi qutuların içində daşıyın. Mətbəx demişkən, qabyuyan maşınınızın boş olduğunu yoxlayın.

 

6. Qutularınızı qruplaşdırıb bir kənara düzün.

Əşyalarınızı paketləşdirdikcə, eyni otağa gedəcək qutuları bir arada qoymağa da səy göstərərək qruplaşdırın. Təmir və s. kimi aləti kimi əşyaları eyni qutularda qruplaşdırmağa çalışın. İşinizi daha çox rahatlaşdırmaq üçün hər otaq üçün ayırdığınız qutuları fərqli rəngli markerlər ilə işarələyə bilərsiniz. Sökdüyünüz əşyaların hissələrini həmin sökdüyünüz hissələrə yapışdırın. Digər kiçik detalları isə bir torbaya yığıb bağlayın.

cagir.az -Köçərkən əşyalar necə toplanır və qablaşdırılır?

 

7. Bütün əşyalarınızı yeni evə getdiyindən əmin olun.

Köçmə gününün sonunda, bütün otaqları tək-tək gəzib qalan əşyaları tək otağa yığın. Bütün qutular getdikdən sonra da ardınızda dəyərli əşyalar və bir zibil torbası qalmadığından əmin olaraq köhnə evinizlə vidalaşıb yeni evinizdə sağlam və xoşbəxt yaşamağa gedin!


Və unutmayın ki, evin təmizliyi hər zaman vacibdir! Vaxtınıza qənaət edib, təmizlik işlərinizi peşəkarlara həvalə etmək istəyirsinizsə, o zaman Cagir.az-ın ev temizleme, ofis temizleme kimi xidmətlərindən yararlana bilərsiniz. Bir neçə kliklə sifariş edirsiniz, və icraçımız qapınızda! Əlaqə nömrəsi: +994703482606.


cagir.az -Köçərkən əşyalar necə toplanır və qablaşdırılır?

Paylaş:

fb_iconlinkedin_icon