Evdə hazırlamaq üçün saç baxım maskaları
17.10.2020

Evdə hazırlamaq üçün saç baxım maskaları


50
author: Çağır Gəlsin

Zədələnmiş saçlarınıza kimyəvi tərkibli kremlər əvəzinə evdə təbii məhsullar ilə rahat baxım edə bilərsiniz.

 

Kəpəkli saçlar üçün maska

Samanlıq güldəfnəsinin toxumunu 2 su bardağının içində 1 gecə saxlayın. Sonra fırçanın köməyi ilə təmiz saçlarınıza tətbiq edin və 15 dəqiqə saxlayın və bol su ilə yuyun.

 

Tökülən saçlar üçün maska

Bir qabda 1 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı bal, 1çay qaşığı darçın, 2 yumurta və 1 çay qaşığı badam yağı qarışdırın. Qarışığı saç diblərinizdən başlayaraq fırçanın köməyi ilə bütün saçlarınıza çəkin. 5 dəqiqə masaj etdikdən sonra şampunla yuyub, quruda bilərsiniz. Bu qarışığı həftədə iki dəfə tətbiq etdikdə, dəyişikliyi hiss edəcəksiniz.

 

Quru saçlar üçün maska

1 xörək qaşığı bal və kiçik qəhvə fincanı ölçüsündə südü yaxşıca qarışdırın. Bütün saçlarınıza çəkin. 20 dəqiqə saçınızda saxlayıb şampunla yuya bilərsiniz.

 

Parlaq saçlar üçün maska

1 stəkan portağal suyu və 1 xörək qaşığı balı bir qabda qarışdırın. Bu qarışığı şampunla qarışdırıb saçınızı yuyarkən istifadə edə bilərsiniz.

 

Zeytun yağı maskası

5 xörək qaşığı zeytun yağı və 2 yumurtanı qarışdırıb fırçanın köməyi ilə saçlarınıza çəkin. Sonra havanın daxil olmaması üçün saçlarınızı bir saç bonesi ilə örtün. 20 dəqiqə gözlədikdən sonra bol su ilə yuyun.

 

Zədələnmiş saçlar üçün maska

1 bananı əzin və içinə 1 çay qaşığı badam yağı tökün. Bu qarışımı yaxşıca  qarışdırın. Əllərinizlə masaj edərək qarışığı saçlarınıza sürtün və 10 dəqiqə saxlayın.

 

Bal və zeytun yağı maskası

Hər cür saç üçün universal olan zeytun yağı saçlara baxımlı bir görünüş verir, bal isə saç tökülməsini idarə edir. 3 xörək qaşığı zeytun yağı və 2 xörək qaşığı balı yaxşıca qarışdırın. Qarışığı saçlarınıza çəkin. Sonra saçlarınızı bir bone ilə örtün. 20 dəqiqə gözlədikdən sonra bol su ilə yuyun və qurudun.


TOP