2022-05-30
Baxış: 8735
Yay üçün 4 sağlam smuzi resepti
Yay gələndə günə formada və gözəl başlamaq üçün ən çox seçilən içkilərdən biri buz kimi soyuq smuzilərdir. Bir çox fərqli meyvə və tərkibdən hazırlayacağınız smuzilər, sağlam qidalanmaq istəyənlərin əsas üstünlükləri arasındadır. Meyvə çeşidinin artdığı yay günlərində səhərə xoşbəxtliklə başlamaq üçün yaxşı bir seçim olacaq. Yay günlərində sağlamlığınızı qoruyaraq təravətləndirmək üçün içə biləcəyiniz smuzilərin evdə hazırlanması da olduqca zəhmətsiz və asandır. Evinizdə edə biləcəyiniz bəzi reseptləri hazırladıq. Zövqünüzə uyğun gələnlə başlayaq.
Şaftalılı smuzi
Tərkibi:
2 şaftalı
1 banan
1 çay qaşığı darçın
1 çay qaşığı bal
¾ stəkan süd
Qabıqlarını soyduğunuz meyvələri doğradıqdan sonra, 5-6 buz parçası ilə bərabər blendera ata bilərsiniz. Dadını daha da ləzzətli etmək üçün süd və darçın əlavə etməyi unutmayın. Dadlı olmaqdan əlavə, bu içki sizi çox doyuracaq və gün boyu formada saxlayacaq.
Qarpızlı smuzi
Tərkibi:
2 stəkan doğranmış qarpız,
½ stəkan çiyələk parçaları
limon suyu
¼ stəkan süd
(bəzəmək üçün zövqə görə nanə və lime parçası.)
Yayın ən sevilən meyvələrindən biri olan qarpız, smuzi növünün də ən çox sevilən məhsullarından biridir. Şirəli və təravətləndirici təsiri çiyələyin dadı ilə birləşdikdə, əla bir smuzi seçimi olaraq qarşımıza çıxır. Təqdimatınızı edərkən stəkanın kənarına qoyacağınız lime və nanə parçaları görüntü olaraq da harmoniya yaratmağınıza kömək edəcəkdir. Əgər siz də qarpız sevənlərdənsinizsə, bu smuzi resepti sizin üçündür!
Moruqlu smuzi
Tərkibi :
1,5 stəkan dondurulmuş moruq
1 qreypfrutun suyu
1 çay qaşığı bal
1/2 stəkan badam südü
Şirin və turşun ecazkar bir birləşməsi dediyimiz bu smuzinin çox praktik bir resepti var. Tərkibləri qarışdıraraq alacağınız smuzidə şirin-turş nisbətini istədiyiniz kimi tənzimləyə bilərsiniz.
Detoks olaraq yaşıl smuzi
Tərkibi:
1 banan
½ doğranmış avokado
limon suyu
1 stəkan badam südü
1 stəkan ispanaq
½ xiyar
Detoks smuzilər tərkibləri ilə qarışıq bir atmosfer yaradır. Bu reseptdə bədəninizi formada saxlayacaq hər cür vitamin var. Smuzinizi istər səhər yeməyində, istərsə də axşam hovuzun kənarında içə bilərsiniz.
Bütün məişət xidmətləri bir ünvanda! Sayta nəzər salaraq istədiyiniz xidməti istədiyiniz məkana çağırın! Cagir.az - sizə asan və münasib qiymətə xidmət təklif edir. Ətraflı məlumat və ya sifariş üçün əlaqə nömrəsi: +994703482606
Похожие Записи
Ofisi soyuq mövsümə hazırlamaq üçün Çek-list: Bakı üçün xüsusi tövsiyələr
Полезная Информация
2024-11-18
Yayda enerjiyə qənaət: soyutma xərclərini necə azaltmaq olar?
Полезная Информация
2024-07-23
Yuxuda telefon görmək nə deməkdir?
Полезная Информация
2024-03-26
Yuxuda ilan görmək nə deməkdir?
Полезная Информация
2024-02-08
Yuxuda xalça görmək nə deməkdir?
Полезная Информация
2023-06-13
İş axtaranlara şad xəbər!
Полезная Информация
2023-04-24
Uğurlu sifarişin sirri, xidmətimizdəki keyfiyyətdir!
Полезная Информация
2023-04-03
Yuxuda pərdə görmək
Полезная Информация
2023-03-14
Kofe falı haqqında
Полезная Информация
2022-12-21
Ofis mebeliniz işinizə olan diqqətdən xəbər verir!
Полезная Информация
2022-12-02