Yay aylarında meyvə və tərəvəzləri necə saxlamaq olar?

2022-05-26

Baxış: 5841

Yay aylarında meyvə və tərəvəzləri necə saxlamaq olar?

Hər meyvə və tərəvəzi öz mövsümündə yemək sağlamlıq üçün ən yaxşısıdır. Buna görə bütün il yayın gəlişini səbirsizliklə gözləyirik. Tortlarımızı bəzəyən çiyələk və böyürtkən, bizi yayın istisində özümüzə gətirəcək buz kimi bir qarpız dilimi və ya axşam yeməyində süfrələrimizi bəzəyən qovun. Bütün bu ləzzətlər ağzımızı sulandırsa da  yayın istisində meyvə və tərəvəzləri necə qoruyacağımızı bilmiriksə, bu bir birindən gözəl ləzzətlərin qısa müddətdə təravətini itirməsinə səbəb ola bilərik. Bu vəziyyətdən qaçınmaq üçün sizə bəzi tövsiyələr hazırladıq.


Çiyələk

Ən məşhur yay meyvələrindən biri olan çiyələk, tez xarab olan bir meyvə olduğu üçün onu aldıqdan sonra ən qısa müddətdə yemək gərəkdir. Bu müddəti bir az daha uzatmaq üçün aşağıdakı üsuldan istifadə edə bilərsiniz: sirkəli-su qarışığı hazırlayın və çiyələkləri saplaqlarını qırmadan 5-10 dəqiqə bu qarışıqda saxlayın. Sonra çiyələklərin suyunu süzüb yenidən yuduqdan sonra, bir parça və ya kağız dəsmalda qurudun. Çiyələkləri tamamilə qurumuş formada soyuducuya qoymaq çox vacibdir. Bu addımları yerinə yetirsəniz, çiyələkləri xarab olmadan 1 həftəyə qədər soyuducuda saxlamaq mümkündür. Böyürtkən üçün də eyni üsuldan istifadə edə bilərsiniz.

Yay aylarında meyvə və tərəvəzləri necə saxlamaq olar? 756

Qovun-Qarpız

Meyvə və tərəvəzlərin çoxunu otaq temperaturunda saxlamaq daha yaxşıdır. Soyuducudakı soyuq mühit bəzi meyvə və tərəvəzlərin ləzzətini və şirəsini qısa müddətdə itirməsinə səbəb olur. Qovun və qarpız yeyilənə qədər otaq temperaturunda da saxlanıla bilər. Soyuq yemək istəsəniz, bir neçə saat əvvəl dilimləyib soyuducuya qoya bilərsiniz. Lakin ətraf mühitin istiliyi çox yüksəkdirsə, onları soyuducuda saxlamaq daha ağıllı ola bilər, bu şəkildə meyvələri təxminən 10 günədək soyuducuda saxlamaq mümkündür.


Soyuducu və digər məişət əşyalarında yaranan nasazlıqları aradan qaldırmaq üçün usta xidmətindən istifadə edə bilərsiniz.


Sərt toxumlu meyvələr

Ərik, şaftalı kimi sərt toxumlu meyvələr otaq temperaturunda saxlandıqda yetişməyə davam edir və çox yetişməmiş olduqda soyuducuda saxlanılmamalıdır. Alarkən sərt və möhkəm olanlara üstünlük verilirsə, ləzzətini qorumaq üçün meyvələri otaq temperaturunda saxlaya bilərsiniz. Yetişənləri soyuducuya qoyacaqsınızsa, digər meyvə və tərəvəzlərdən ayrı və açıq bir qabda saxlamağınız tövsiyə olunur.


Tropik meyvələr

Banan, manqo və avokado kimi meyvələr qaranlıq və sərin şəraitdə saxlanılmalıdır. Avokado isti havada daha tez yetişməsinə baxmayaraq soyuducuda saxlanmamalıdır. Əlavə olaraq, bu meyvələr bir-birlərinə toxunmamaları üçün, mümkünsə, ayrıca yerləşdirilməlidir. Bunun səbəbi ifraz etdikləri etilen hormonu sayəsində bir-birlərinin yetişməsini sürətləndirmələridir. Şahid olmusunuz ki, bir banan salxımında yalnız bir banan qaralmağa başladığında, digərləri də qısa müddətdə qaralır. Bu vəziyyətin qarşısını almaq üçün bananları bir-birindən ayıraraq saxlamaq faydalı olacaqdır. Bundan əlavə, bananın kök hissəsini alüminium folqa ilə bağlayaraq etilen qazının qaçmasının qarşısını ala bilərsiniz; buna görə bananların yetişmə prosesini ləngidə bilərsiniz.

Yay aylarında meyvə və tərəvəzləri necə saxlamaq olar? 756

Pomidor - Xiyar

Pomidor soyuducuda saxlanarkən qida dəyərini və ləzzətini daha sürətli itirir. Buna görə otaq temperaturunda saxlamaq daha yaxşıdır. Pomidorlar çox yetişibsə, soyuducuya üstünlük verilə bilər. Xiyar aşağı temperaturlara həssas olduğundan, pomidor kimi otaq temperaturunda saxlamaq daha yaxşıdır. İkisinin də digər tərəvəzlərdən ayrı və havalandırılan bir mühitdə olması son dərəcə vacibdir.


Badımcan

Eynən xiyar kimi, soyuğu sevməyən tərəvəzlərdən biri də badımcandır. Bu səbəbdən soyuducu deyil, otaq temperaturunda və günəş işığı olmayan otaqda saxlanılmalıdır. Bundan əlavə, etilen qazına qarşı çox həssas olduğundan, onu çox miqdarda etilen ifraz edən banan, pomidor, alma və qovun kimi meyvələrdən uzaq tutmaq son dərəcə vacibdir.


Kartof – Soğan

Kartofun saxlanması üçün uyğun temperaturun 7 ilə 10 dərəcə arasında olduğunu və bu səbəbdən soyuducuda saxlanmamalı olduğunu bilirdinizmi? Hava istiliyi bu dəyərlərdən yuxarı qalxdıqda, kartof çürüməyə və ya ən yaxşı halda cücərməyə başlayacaq. Soyuducuya qoyulduqda, aşağı temperatur səbəbindən suyunu və ləzzətini itirəcəkdir. Bütün bunlardan asılı olaraq kartoflar mümkün qədər sərin, qaranlıq, nəmsiz və hava keçirən bir şəraitdə saxlanılmalıdır. Soğan da kartofla eyni ətraf mühiti sevir, amma bir-birlərini çox sevmirlər. Bir-birinin yanındakı kartof və soğan onların daha tez xarab olmasına səbəb olur, buna görə bir-birlərindən mümkün qədər uzaqda saxlanılmalıdır.


İstənilən məişət əşyası, mebel, elektrik və s. usta xidmətləri üçün bizə - cagir.az-a müraciət edin! Münasib qiymətə usta xidməti və digər xidmətlərimiz mövcuddur. Ətraflı məlumat və ya sifariş üçün əlaqə nömrəsi: +994703482606

Yay aylarında meyvə və tərəvəzləri necə saxlamaq olar? 756

Делиться:

fb_iconlinkedin_icon

Похожие Записи

Yayda enerjiyə qənaət: soyutma xərclərini necə azaltmaq olar?

Yayda enerjiyə qənaət: soyutma xərclərini necə azaltmaq olar?

Полезная Информация

2024-07-23

Yuxuda telefon görmək nə deməkdir?

Yuxuda telefon görmək nə deməkdir?

Полезная Информация

2024-03-26

Yuxuda ilan görmək nə deməkdir?

Yuxuda ilan görmək nə deməkdir?

Полезная Информация

2024-02-08

Yuxuda xalça görmək nə deməkdir?

Yuxuda xalça görmək nə deməkdir?

Полезная Информация

2023-06-13

İş axtaranlara şad xəbər!

İş axtaranlara şad xəbər!

Полезная Информация

2023-04-24

Uğurlu sifarişin sirri, xidmətimizdəki keyfiyyətdir!

Uğurlu sifarişin sirri, xidmətimizdəki keyfiyyətdir!

Полезная Информация

2023-04-03

Yuxuda pərdə görmək

Yuxuda pərdə görmək

Полезная Информация

2023-03-14

Kofe falı haqqında

Kofe falı haqqında

Полезная Информация

2022-12-21

Ofis mebeliniz işinizə olan diqqətdən xəbər verir!

Ofis mebeliniz işinizə olan diqqətdən xəbər verir!

Полезная Информация

2022-12-02

Cagir.az zəng et

Qiymət sizə SMS vasitəsilə ilə göndəriləcək