Sulfatsız şampunlar haqqında bilmədikləriniz

2020-10-31

Baxış: 19575

Sulfatsız şampunlar haqqında bilmədikləriniz

Saç insanı gözəl göstərən şeylərdən biridir. Buna görə saç baxımı mövzusunda diqqətli olmalı və saçlarımız üçün yaxşı məhsullar seçməliyik. Saç baxımı üçün yağlar, maskalar və kremlər nə qədər vacib olsalar da, şampun seçmək bəzən bütün baxım məhsullarının hamısından daha vacibdir. Çünki saçınız üçün istifadə etdiyiniz digər məhsullarla yanaşı şampun baş dərinizə təsir edən ən təsir edici vasitədir. Buna görə şampun almadan əvvəl onun təmiz tərkibinə diqqət yetirməlisiniz. Bu nöqtədə, şampun təmiz olduğundan əmin olduqdan sonra saç tipinizi müəyyənləşdirməlisiniz və müvafiq olaraq seçim etməlisiniz.

cagir.az -Sulfatsız şampunlar haqqında bilmədikləriniz

 

Yeni bir şampun axtarışındasınızsa, bir müddət əvvəl saç baxımı sahəsində sulfat şampunlarına qarşı bir savaş elan olunduğunu görmüsünüz. Saç baxım məhsullarının olduğu şöbələrdən keçən zaman bir çox məhsulda "sulfatsız" ifadəsini görürsünüz. Ümumiyyətlə elə bir təsəvvür yaradılıb ki, sulfatsız məhsullar daha yaxşdır, çünki saçların incə təmizləməsini təmin edir. Beləliklə, sulfatsız şampunlar qeyd olunduğu kimi saçlarımız üçün ən yaxşı seçimdir, yoxsa hamısı bir marketinq hiyləsidir?

 

Sulfat nədir və niyə sulfatsız məhsul seçməliyik?

Sulfat, sadə bir şəkildə başa salmalı olsaq əgər, deyə bilərik ki şampununuzun köpüklənməsinə imkan yaradan maddədir. Sulfat ümumiyyətlə yuyucu vasitələrin və digər təmizləyicilərin içində olur və şampunlarında tərkibində olaraq, suyun köməyi ilə saçdan yağ təmizlənməsinə kömək edir. Baş dərinizi ölü hüceyrələrdən və kirdən də təmizləyir. Normalda ölü dəri və kirdən təmizləmək yaxşı bir şey olsa da, sulfatın ən əsas mənfi təsiri, baş dərisindəki və saçdakı təbii yağları təmizləməsidir. Hətta, baş dəriniz həssadırsa qızartı, quruluq və qaşınma kimi problemlərə yol aça bilər. Bu səbəblərə görə, sulfatın mənfi tərəfi olmasına baxmayaraq, sulfatın xərçəngə səbəb olduğu iddiaları əsassızdır və bunun həqiqət olduğunu heç bir elmi dəlil yoxdur. Qeyd edək ki, keratin saç düzləşdirmə prosudrundan sonra da sulfatsız şampundan istifadə olunmalıdır.

cagir.az -Sulfatsız şampunlar haqqında bilmədikləriniz

 

Kimlər sulfatsız şampun istifadə etməlidir?

Xüsusilə boyalı və quru saçları olanlar sulfatlı şampunlardan uzaq olmalıdırlar. Sulfat sərt bir təmizləyici olduğundan saçdakı boyanın daha sürətli axmasına səbəb olur və saçları təbii yağdan təmizlədiyi üçün saçın daha çox qurumasına səbəb olur.

Sulfatsız şampunlar asanlıqla elektrikləşən saçlar üçün də yaxşı bir seçim ola bilər. Sulfatsız məhsullar saçın təbii yağını qoruyacaq, və saç kökünü nəm saxlayacaqdır. Saçın quruluşu ilə yanaşı saç dərisi üçün də sulfatın istifadə edilməməsi vacibdir. Ekzema kimi həssas dəri və ya dəri xəstəlikləriniz varsa, tərkibində sulfat olan şampunlardan çəkinmək yaxşıdır.


cagir.az -Sulfatsız şampunlar haqqında bilmədikləriniz  

Saçları sulfatsız şampunlarla tamamilə təmizləmək mümkündürmü?

Şampun köpükləndikcə saçın təmizləndiyinə inansaq da, şampunun köpüklənməsinə səbəb olan sulfat olmadan da saçları təmizləmək mümkündür. Sulfatın üstünlüklərindən biri yağı və kiri saçdan daha tez və asanlıqla təmizləməkdir. Sulfatsız məhsullara üstünlük verirsinizsə, saçınıza və saç dərisinin masajına daha çox diqqət göstərməlisiniz.

Sulfatsız şampunlara alışdığınız zaman istifadə etmək o qədər də çətin olmayacaq. Saçlarınızın əvvəlcə təmizlənmədiyini hiss etsəniz də, sonradan saçlarınızın daha gözəl görünməyə başladığını görəcəksiniz. Ancaq saçlarınız yağlı və ya kəpəklidirsə, sulfatlı şampunlar sizin üçün daha yaxşı bir seçim ola bilər. Çünki sulfat sayəsində saçınızdakı artıq yağdan qurtula və daha təsirli bir təmizlik təmin edə bilərsiniz. Saçınızın növündən asılı olaraq, sulfatsız şampunların sizin üçün yaxşı olacağını düşünürsünüzsə, daha az köpük və daha çox ovuşdurmaqla ilə təmiz saçlara sahib ola bilərsiniz. Ancaq bununla belə, sulfatlı şampundan məmnunsunuzsa və saçınız üçün yaxşı olduğunu düşünürsünüzsə, sulfatsız bir şampuna keçmək kimi bir məcburiyyətiniz yoxdur.


Hər zaman baxımlı olun!

Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir!



Делиться:

fb_iconlinkedin_icon

Похожие Записи

Yayda enerjiyə qənaət: soyutma xərclərini necə azaltmaq olar?

Yayda enerjiyə qənaət: soyutma xərclərini necə azaltmaq olar?

Полезная Информация

2024-07-23

Yuxuda telefon görmək nə deməkdir?

Yuxuda telefon görmək nə deməkdir?

Полезная Информация

2024-03-26

Yuxuda ilan görmək nə deməkdir?

Yuxuda ilan görmək nə deməkdir?

Полезная Информация

2024-02-08

Yuxuda xalça görmək nə deməkdir?

Yuxuda xalça görmək nə deməkdir?

Полезная Информация

2023-06-13

İş axtaranlara şad xəbər!

İş axtaranlara şad xəbər!

Полезная Информация

2023-04-24

Uğurlu sifarişin sirri, xidmətimizdəki keyfiyyətdir!

Uğurlu sifarişin sirri, xidmətimizdəki keyfiyyətdir!

Полезная Информация

2023-04-03

Yuxuda pərdə görmək

Yuxuda pərdə görmək

Полезная Информация

2023-03-14

Kofe falı haqqında

Kofe falı haqqında

Полезная Информация

2022-12-21

Ofis mebeliniz işinizə olan diqqətdən xəbər verir!

Ofis mebeliniz işinizə olan diqqətdən xəbər verir!

Полезная Информация

2022-12-02

Cagir.az zəng et

Qiymət sizə SMS vasitəsilə ilə göndəriləcək