Saçlarınızın uzanmasında soğan suyunun möcüzəsi

2020-10-31

Baxış: 13154

Saçlarınızın uzanmasında soğan suyunun möcüzəsi

Saçların uzanma sürəti genetik xüsusiyyətlərə görə dəyişir. Bəzi insanların saçları bir göz qırpımında uzanır, bəzilərində isə bu proses çox yavaş baş verir. Əgər bir anlıq qərarla saçınızı kəsdirib peşman olmusunuzsa və ya illərdir arzuladığınız uzun saçlara hələ də həsrətsinizsə, mütləq saç uzatmaq üçün soğan reseptlərini nəzərə almalısınız.


cagir.az -Saçlarınızın uzanmasında soğan suyunun möcüzəsi

Saçlarınıza qulluq etsəniz də, bəzən uzunması üçün uzun müddət lazımdır. Ancaq xəyallarınızdakı saça çatmaq soğan suyu ilə çox asandır. Mütəxəssis ifadələrinə görə, soğan suyunun saçlara bir çox faydası var:

  • Saç tökülməsinin qarşısını alır,
  • soğan suyu tərkibindəki kükürd ilə saç uzanmasını sürətləndirir,
  • Ekzema və göbələk kimi baş dərisi xəstəliklərinin müalicəvi xüsusiyyətlərinə də malikdir.

 

Yemək bişirərkən gözlərinizin yaşarmasına səbəb olan kükürd baş dərinizdəki qan dövranını sürətləndirir. Kaş ki, əvvəllər bilsəydim deyəcəyiniz soğan suyu ilə arzuladığınız uzun saçlara qovuşacaqsınız.

 

Budur, heç kimin bilmədiyi soğan suyu ilə saç uzatma reseptləri.

cagir.az -Saçlarınızın uzanmasında soğan suyunun möcüzəsi

 

Resept №1

Lazım olanlar:

4 soğan

1 litr su

Qazan

 

İstifadə:

  1. Soğanı soyun və doğrayın.
  2. Bir qazanda 1 litr su qaynadın.
  3. Soğanı qaynar suya əlavə edin və 10 dəqiqə qaynadın.
  4. Soğan suyunu soyumağa qoyun.
  5. Yuyulmuş saçlarınızı soğan suyu ilə yaxalayın.
  6. Saçınızı bir gün yumayın.


Bu müddətdə soğan suyunun saçlarda qoxu yaratdığını xatırlatmaq istəyirik.

Ancaq sizi narahat edərsə, bir neçə saat gözləyib yuya bilərsiniz.

 

Resept №2

Lazım olanlar:

2 soğan

şirə çəkən maşın

 

İstifadə:

  1. 2 ədəd soğanın suyunu şirə çəkəndə çəkin.
  2. Çəkdiyiniz soğan suyunu baş dərinizə tətbiq edərək masaj edin.
  3. Bir saat saçınızda saxlayın.
  4. Sonra masaj edərək saçınızı yuyun.

 

Resept №3

Lazım olanlar:

2 soğan

1qazan

1 litr su

saç üçün hamam papağı və ya salafan

 

İstifadə:

  1. Soğan qabığını soyun və qaynadın.
  2. Su soyuduqdan sonra baş dərinizə masaj edərək tətbiq edin.
  3. Saçınızı hamam papağı və ya salafan ilə bağlayın.
  4. İki saat gözlədikdən sonra su ilə yuyun.

 

Resept №4

Lazım olanlar:

1 stəkan soğan suyu

boş bir qab

1 xörək qaşığı bal

 

İstifadə:

  1. Bir qabda soğan suyunu bir qaşıq bal ilə qarışdırın.
  2. Bal tamamilə həll olunandan sonra baş dərinizə çəkərək masaj edin.
  3. Maskanı saçınızda yarım saat saxlayın.
  4. Şampun istifadə etmədən saçınızı yalnız su ilə yuyun.


Hər zaman baxımlı olun!


Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir!

cagir.az -Saçlarınızın uzanmasında soğan suyunun möcüzəsi  

Делиться:

fb_iconlinkedin_icon

Похожие Записи

Günəş ləkələrinə qarşı vasitələr

Günəş ləkələrinə qarşı vasitələr

Услуги красоты

2023-03-29

Saç uzadan üsullar

Saç uzadan üsullar

Услуги красоты

2023-02-18

Cavanlaşdırıcı krem və maskalar

Cavanlaşdırıcı krem və maskalar

Услуги красоты

2023-02-01

Ağardıcı krem və maskalar

Ağardıcı krem və maskalar

Услуги красоты

2023-01-05

Minoxidil nədir?

Minoxidil nədir?

Услуги красоты

2022-11-06

Dırnaq rəngləri

Dırnaq rəngləri

Услуги красоты

2022-07-30

Xiyarın tərkibində gizlənən gözəllik sirləri

Xiyarın tərkibində gizlənən gözəllik sirləri

Услуги красоты

2022-03-02

Hamar dəri üçün 10 təbii üz maskaları

Hamar dəri üçün 10 təbii üz maskaları

Услуги красоты

2021-07-08

Cagir.az zəng et

Qiymət sizə SMS vasitəsilə ilə göndəriləcək