2020-10-31
Baxış: 15495
Saçlar necə sürətli uzanır?
Saçlar qadının ən vacib aksesuarlarından biridir. Bəzi qadınlar qısa saçları bəyənsə də, bəzi qadınlar uzun saçlarını kəsməyə cəsarət edə bilmirlər. Ancaq bir qərar verib saçlarını kəsiblərsə, saçlarının ən qısa müddətdə uzanmasını istəyə bilərlər. Bəs saç hansı sürətlə uzanır? Saç uzadan yağlar hansılardır? Sürətli uzanma üçün nə etmək lazımdır?
1. Yumurta ağı
Saçlarınızı uzatmaq üçün ilk təbii üsulumuz hamımızın evində olan şey - yumurta. Narahat olmayın, yumurtanın qoxusu saçlarınızda qalmayacaq. Yumurta ağını saçınıza çəkdikdən sonra, bu şəkildə bir neçə saat saçlarınızı qida streçi ilə bükün. Sonra saçlarınızı yuyun. Bu metod sayəsində saçlarınız daha sürətli böyüyəcək və 10 qat daha güclü saçlarınız olacaqdır.
2. Saçlarınızı darayın
Adətən hamınız bunu edirsiniz. Bəs saçınızı daramaq saç uzanmasına necə təsir edir? Saçlarınızı daramaq, saç diblərinizə masaj edərək qan axışını sürətləndirmənizi və beləliklə saçlarınızı qidalandırmağınızı təmin edəcəkdir. Geniş dişli bir daraq seçsəniz, saçınızı darayarkən qırılmaqdan qoruyacaqsınız.
3. Kartof suyu, bal, yumurta sarısı (maska)
Saçlarınızı sürətlə uzadacaq başqa bir tövsiyə evdə tapa biləcəyiniz məhsullarla hazırladığınız maska reseptidir. Qaynadılmış kartof suyu, bal və yumurta sarısı qarışdıraraq alınan maskanı, saç diblərinizdən başlayaraq aşağıya doğru tətbiq etməlisiniz. Bu maska ilə saçlarınız sürətlə uzanacaqdır.
4. Aloe vera maskası
Aloe vera bir çox qulluq məhsulunda istifadə olunur. Saçlarınızın tez uzanması üçün xüsusilə dəriyə qulluqda istifadə olunan aloe vera istifadə edə bilərsiniz.
Yarım çay qaşığı bal, 1 xörək qaşığı limon suyu və 1 stəkan aloe veranı yaxşı qarışdırın. Qarışığı saçınıza tətbiq etdikdən sonra yarım saat gözləyin və sonra saçlarınızı yuyun. Bu maskanı müntəzəm olaraq tətbiq etsəniz canlı, parlaq və uzun saçlı olacaqsınız.
5. Alma sirkəsi
Yenə də əlinizin altında olan məhsullardan biri; alma sirkəsi. Burada diqqətli olmağınız lazım olan şey sirkənizin orqanik olmasıdır. Mağazalardan aldığınız sirkənin çox hissəsində qatqı var. Deyək ki, orqanik alma sirkəsi var. Bəs bundan necə istifadə edəcəksiz? Saçlarınızı uzatmaq üçün edə biləcəyiniz tək şey saçınızı yaxalayarkən suyunuza 2-3 damcı alma suyu sirkəsi əlavə etməkdir. Alma sirkəsi saç köklərinizi qidalandıracaq və nəticədə daha uzun saçlarınız olacaqdır.
6. Soğanla müalicə
"Heç qoxusu xoşumuza gəlməyən şeylər yazmısınız." deyirsiniz sanki. Ancaq soğan həm də saç uzatmaq üçün istifadə edə biləcəyiniz təbii üsullardan biridir. Soğanı qaynadın və sonra suyunu sıxın. Soyudulmuş soğan suyunu saçınıza çəkin. Soğan suyunu bir müddət saçlarınızda saxlayın və sonra saçlarınızı yaxalayın. Bu müalicə üsulunda qoxunun olmadığını deyə bilmərik. Buna görə qoxusundan narahat olursunuzsa, bu saç uzatmaq üçün soğan maskasını həftə sonu və ya daha uzun müddət evdə olacağınız zaman tətbiq edə bilərsiniz.
7. Saçlarınızı açıq saxlayın
Bir çox qadın yuxu zamanı saçlarının üzünə və ya boynuna toxunmasını sevmir. Buna görə saçlarını yatarkən yığırlar. Gecə boyunca möhkəm bağlanmış və yastıqda əzilmiş saçlar zaman keçdikcə zəifləyir. Bu, saçlarınızın uzun və sağlam olmasının qarşısını alır. Bu səbəbdən yatarkən saçlarınız açıq olmalıdır.
Hər zaman baxımlı olun!
Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir!
Похожие Записи
Günəş ləkələrinə qarşı vasitələr
Услуги красоты
2023-03-29
Saç uzadan üsullar
Услуги красоты
2023-02-18
Cavanlaşdırıcı krem və maskalar
Услуги красоты
2023-02-01
Ağardıcı krem və maskalar
Услуги красоты
2023-01-05
Minoxidil nədir?
Услуги красоты
2022-11-06
Dırnaq rəngləri
Услуги красоты
2022-07-30
Dərini yay ayına hazırlamaq üçün çiyələk maskaları necə hazırlanır?
Услуги красоты
2022-05-15
Xiyarın tərkibində gizlənən gözəllik sirləri
Услуги красоты
2022-03-02
Yanlış qidalanma saç tökülməsinə səbəb ola bilər.
Услуги красоты
2021-10-26
Hamar dəri üçün 10 təbii üz maskaları
Услуги красоты
2021-07-08