Saç tökülməsinə qarşı ev üsulu maskalar

2020-10-31

Baxış: 59512

Saç tökülməsinə qarşı ev üsulu maskalar

Saç tökülməsi dünyadakı bir çox kişi və qadın üçün əsas narahatlıq mənbəyidir hal-hazırda. Əgər sizin də belə bir probleminiz varsa bu problemi həll etməyə kömək edə biləcək bir çox təbii saç maskası resepti var.

Saç tökülməsinə qarşı ev üsulu maskalar 331

 

Asanlıqla hazırlaya biləcəyiniz evdə hazırlanmış saç maskası reseptləri:

 

1. YUMURTA MASKASI

Protein deposu olan yumurta saç sağlamlığı üçün çox təsirlidir. Hər saç tipinə uyğun olan yumurta saç tökülməsini azaldır və tərkibindəki B vitamini ilə saçları daha sürətli uzadır.

Məhsullar:

1 yumurta

1 stəkan süd

2 xörək qaşığı limon suyu

2 xörək qaşığı zeytun yağı

 

Yumurta maskası necə hazırlanır?

  1. Yumurtanı çırpın və digər məhsullarla qarışdırın.
  2. Qarışığı saçınıza və saç dərinizə çəkin.
  3. Saçlarınızı bir dəsmal örtün. Qarışığı 20 dəqiqə saçlarınızda saxlayın.
  4. Soyuq su ilə yuyun.

Faydaları:

  • Saçları bəsləyən zülallar və amin turşuları ilə zəngindir
  • Saçlara parlaqlıq verir
  • Saç tökülməsini azaldır
  • Saçların uzanmasını sürətləndirir

 


2. BANAN MASKASI

Kalium, təbii yağlar və vitaminlərlə zəngin olan banan saç tökülməsində təsirli bir həll yoludur. Üstəlik, bütün il boyu marketlərdə və ya bazarlarda asanlıqla tapa bilərsiniz.

Məhsullar:

2 yetişmiş banan

1 xörək qaşığı zeytun yağı

1 xörək qaşığı kokos yağı

1 xörək qaşığı bal

 

Hazırlanması:

  1. Bir qabın içinə bütün məhsulları əlavə etdikdən sonra yumşaq bir tutarlılıq əldə edənə qədər qarışdırın.
  2. Qarışığı masaj edərək bütün saçlarınıza və saç dərinizə çəkin.
  3. Maskanı saçlarınızda 10 dəqiqə saxlayın.
  4. Saçlarınızı ilıq su ilə yuyun

 

Faydaları:

 

Banan və badam yağı tərkibli başqa bir saç maskası resepti.

  1. 1 və ya 2 bananı tam şəkildə əzin.
  2. Qarışığa 5-8 damla badam yağı əlavə edin.
  3. Maskanı saçınıza yaxşıca çəkdiyinizdən əmin olun. Saçlarınızı dəsmal və ya salafan paket ilə bağladıqdan sonra 1 saat gözləyin.
  4. Saçınızı soyuq su ilə yuduqdan sonra şampunla da yuyun və saçlarınızın daha yumşaq olması üçün saç kondisioneri (saç balzamı) tətbiq etməyi unutmayın.

 

3. QATIQ İLƏ SAÇ MASKASI

Qatığın tərkibində B və D vitaminləri olduğu üçün saçların sağlam uzanmasına kömək edir.

Məhsullar:

1 stəkan qatıq

1 xörək qaşığı alma sirkəsi

1 xörək qaşığı bal

 

Hazırlanması:

  1. Məhsulları bir qabda qarışdırın.
  2. Qarışığı saçın kökündən başlayaraq saçın uclarına kimi çəkin.
  3. 15 dəqiqə gözlədikdən sonra soyuq su ilə yuyun.

 

Faydaları:

 

 

4. ÇİYƏLƏKLİ SAÇ MASKASI

Saçlarınız yağlıdırsa, bu maska ​​sizin xilaskarınız olacaq. Tıxanmış məsamələrin yaratdığı saç tökülməsini çiyələk maskası ilə azalda bilərsiniz.

 

Məhsullar:

3-4 təzə çiyələk

1 xörək qaşığı kakos yağı

1 çay qaşığı bal

 

Hazırlanması:

  1. Bütün məhsulları yumuşaq bir tutarlılıq əldə edənə qədər qarışdırın.
  2. Maskanı saç diblərinizdən başlayaraq saçlarınızın uclarına doğru çəkin.
  3. 20 dəqiqədən sonra saçlarınızı soyuq su ilə yuyun.

 

Faydaları:

  • Yağlı saçlar üçün faydalıdır
  • Məsamələri sıxlaşdırır
  • Saçları gücləndirir
  • Saç tökülməsini azaldır

 

Saç tökülməsinə qarşı ev üsulu maskalar 331

 

5. YAŞIL ÇAY SAÇ MASKASI

Antioksidanlarla zəngin olan yaşıl çay saç tökülməsinin dərmanıdır.

Saç tökülməsinə qarşı evdə hazırlanmış yaşıl çay saç maskası necə hazırlanır?

 

Məhsullar:

1 yumurta sarısı

2 çay qaşığı toz yaşıl çay

 

Hazırlanması:

  1. Krem halına gələnə qədər qarışdırın.
  2. Saç fırçasının köməyi ilə maskanı saçınıza və saç dərinizə çəkin.
  3. 15 ilə 20 dəqiqə gözləyin
  4. Şampunlamadan əvvəl saçlarınızı soyuq su ilə yumağı unutmayın.

 

Faydaları:

  • Tərkibindəki proteinlə saçları və baş dərisini qidalandırır.
  • Saç tökülməsini azaldır.
  • Sərbəst radikallarla mübarizə aparır.


Hər zaman baxımlı olun!

Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir!


Делиться:

fb_iconlinkedin_icon

Похожие Записи

Günəş ləkələrinə qarşı vasitələr

Günəş ləkələrinə qarşı vasitələr

Услуги красоты

2023-03-29

Saç uzadan üsullar

Saç uzadan üsullar

Услуги красоты

2023-02-18

Cavanlaşdırıcı krem və maskalar

Cavanlaşdırıcı krem və maskalar

Услуги красоты

2023-02-01

Ağardıcı krem və maskalar

Ağardıcı krem və maskalar

Услуги красоты

2023-01-05

Minoxidil nədir?

Minoxidil nədir?

Услуги красоты

2022-11-06

Dırnaq rəngləri

Dırnaq rəngləri

Услуги красоты

2022-07-30

Xiyarın tərkibində gizlənən gözəllik sirləri

Xiyarın tərkibində gizlənən gözəllik sirləri

Услуги красоты

2022-03-02

Hamar dəri üçün 10 təbii üz maskaları

Hamar dəri üçün 10 təbii üz maskaları

Услуги красоты

2021-07-08

Cagir.az zəng et

Qiymət sizə SMS vasitəsilə ilə göndəriləcək