2020-10-31
Baxış: 14341
Qatığın saç baxımında əvəzsiz rolu
Stress və gərgin həyat tərzi kimi amillər saç sağlamlığınıza dərindən təsir göstərir. Demək olar ki, hər evdə olan qatıq saçda möcüzələr yaradır. Evdə hazırlanmış saç baxımı maskaları ilə saçınızı gücləndirə və onlara qulluq edə bilərsiniz. Əfsanəvi qatıq gücündən faydalanaraq saçınızı gözəlləşdirmək istəyirsinizsə, onda aşağıdakı yazdıqlarımız sizin üçündür!
Dadlı və qidalandırıcı olması ilə fərqlənən qatıq, vacib maddələrlə zəngindir. Yeməklərimizə sağlamlıq qatan bu xüsusi qida saç sağlamlığını da ən yaxşı şəkildə dəstəkləyir. Bəs saç baxımında qatıqdan necə istifadə edə bilərsiniz? Bütün detalları sizin üçün araşdırdıq.
Nəmləndirici qatıq maskası
Saçlarınız qurudursa, nəmləndirən qatıq maskası tətbiq edə bilərsiniz. Yalnız qatıq və yumurta ağını qarışdırın və saçlarınıza çəkin. İki yumurta ağı və yarım stəkan qatığı yaxşıca çırpın. Bu maska qarışığını saçınıza çəkin. 10 dəqiqə gözlədikdən sonra saçınızı yuyun. Yumurta ağı və qatıq saçlarınızı sağlam göstərir və protein, mineral və B vitamini ilə qidalandırır.
Kəpəyə qarşı qatıq maskası
Kəpək problemi ilə mübarizə aparırsınızsa, qatıq maskasını da sınamağınızı məsləhət görürük. Yarım fincan qatıq və bir çobanyastığı püresini qarışdırın Maska qarışığını saç dərinizə yavaşca sürtün. Orta hesabla 15 dəqiqə gözlədikdən sonra saçınızı yuyun. Qatığın tərkibindəki protein və süd turşusu baş dərinizdəki ölü hüceyrələri təmizləyir. Papaya saç dərinizi sakitləşdirir.
Qabarmış saçlar üçün bananlı qatıq maskası
Qatıq, yumşalma xüsusiyyəti ilə də tanınır. Saçlarınız yöndəmsiz vəziyyətdə qıvrılıbsa, banan və qatığın gücündən istifadə edə bilərsiniz. Bir ədəd bananı püre halına gətirin və bir stəkan qatıqla qarışdırın. Hazırladığınız maskanı bütün saçlarınıza çəkin. 15 dəqiqə gözləyin və sonra saçlarınızı yuyun. Qatıq və bananda saçlarınızın hamar olmasına kömək edəcək zülallar var. Qısa müddətdə ən yaxşı nəticəni əldə etmək üçün mütəmadi olaraq qatıq maskasını tətbiq etməlisiniz.
Yağlı saçlar üçün limonlu-qatıqlı maska
Qatıq həm də təbii antiinflamatuar (yanğını önləyən) kimi tanınır. Limon saç dərinizdəki sebum istehsalını tarazlayır. 250 ml qatığı bir limonun suyu ilə qarışdırın. Maskanı saç dəriniz də daxil olmaqla bütün saçlarınıza çəkin. Təxminən yarım saat gözlədikdən sonra saçınızı yuya bilərsiniz. Bu maska həm həddindən artıq saçlarınızın yağlanmasının qarşısını alır, həm də kəpək problemini həll edir.
Saç tökülməsinə qarşı qatıq maskası
Qatıq, xardal tozu və soğan suyunun qarışığı ilə saç tökülməsinə vida edə bilərsiniz. Soğan suyu saç köklərinə qan axınını təmin edir. Xardal toxumu saç uzanmasını təminedən A vitamini ilə zəngindir. Qatıqda saçlarınızın daha güclü olması üçün lazımlı faydalı maddələr var. Bir xörək qaşığı xardal toxumu, bir soğan suyu və bir stəkan qatığı qarışdırın və yaxşıca çırpın. Hazırladığınız maskanı saç diblərinizə və saçlarınızın qalan hissəsinə çəkin. Yarım saat gözlədikdən sonra saçınızı yuyun.
Hər zaman baxımlı olun!
Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir!
Похожие Записи
Günəş ləkələrinə qarşı vasitələr
Услуги красоты
2023-03-29
Saç uzadan üsullar
Услуги красоты
2023-02-18
Cavanlaşdırıcı krem və maskalar
Услуги красоты
2023-02-01
Ağardıcı krem və maskalar
Услуги красоты
2023-01-05
Minoxidil nədir?
Услуги красоты
2022-11-06
Dırnaq rəngləri
Услуги красоты
2022-07-30
Dərini yay ayına hazırlamaq üçün çiyələk maskaları necə hazırlanır?
Услуги красоты
2022-05-15
Xiyarın tərkibində gizlənən gözəllik sirləri
Услуги красоты
2022-03-02
Yanlış qidalanma saç tökülməsinə səbəb ola bilər.
Услуги красоты
2021-10-26
Hamar dəri üçün 10 təbii üz maskaları
Услуги красоты
2021-07-08