Eviniz körpəniz üçün nə qədər təhlükəsizdir?

2020-10-31

Baxış: 4219

Eviniz körpəniz üçün nə qədər təhlükəsizdir?

Körpəniz hərəkət etməyə başlayan kimi təhlükələr artır

Evlərimizdəki körpələr üçün əsl təhlükə, hərəkət etməyə başlayanda başlayır. Buna görə körpələr iməkləməyə və gəzməyə başlamazdan əvvəl evdə bəzi təhlükəsizlik tədbirləri görülməlidir. Bu aylardakı körpələrə ətrafdakı hər şey maraqlı gəlir və hər şeyi bilmək istəyirlər, onlar üçün təhlükə və qəza anlayışları yoxdur. Özlərini yüksək yerdən ata, eyvanın dəmir barmaqlıqlarına dırmaşa, özlərini bir küçə itinin üstünə ata bilərlər.

Bu mərhələdə uşağın hərəkətlərini məhdudlaşdırmaq əvəzinə, ona zərər verə biləcəyini düşündüyümüz hər şeyi aradan qaldırmaq lazımdır.

 

1. Yuyucu tozları olan şkaflar kilidli saxlanılmalıdır.

Evdə anaların ən çox məşğul olduğu yer adətən mətbəxdir. Buna görə körpələrin də mətbəxə böyük marağı var. Təmizləmə materialları olan şkaflara xüsusi diqqət yetirilməlidir, ümumiyyətlə təmizləyici məhsulları mətbəxdəki moydadır şkafının altına qoyuruq. Bu şkafın kilidli olması xüsusilə vacibdir. Körpələr hər şeyi ağızlarına alaraq dünyanı kəşf etməyə çalışırlar, ağardıcı vasitələrin qutularına əlləri çatsa, qapağı açıb içə bilərlər bu isə arzuolunmaz nəticələrə səbəb ola bilər.

 

2. Kəsici alətlərə və kiçik əşyalara diqqət yetirin

Çəngəl, bıçaq kimi kəsici və deşici mətbəx əşyaları saxlanılan çəkməcələr körpələrin və uşaqların əli çatmayan çəkməcə kilidləri ilə bağlanmalıdır. Soyuducunun üzərində olan rəngli, maqnitli, kiçik əşyalara da diqqət yetirmək lazımdır. Bu əşyalar körpənizin diqqətini çəkəcəkdir və rahatlıqla ağzına aparıb uda bilər ya da daha pis nəfəs borusuna gedər və boğulma təhlükəsi yaşayar.

 

3. Körpənizin hamama tək getməsinə icazə verməyin

Körpənizin və ya uşağınızın vanna otağına tək girməsi təhlükəli ola bilər. Uşaq yaş və sürüşkən səthlərdə sürüşüb yıxıla bilər. Hamam otağının qapıları kilidlənməlidir. Ayaqları üstə dayanıb çimdikləri zaman, vannanın içərisində mat, sürüşkən olmayan örtükdən istifadə etmək lazımdır, yıxılaraq zədə alına bilinəcək batareyalar kimi əşyalar qoruyucu ilə örtülməlidir.

Tualet qapaqları həmişə bağlı olmalıdır. Körpələr unitazın içərisinə yıxıla və boğulma təhlükəsi ilə üzləşə bilər.

 

4. Evin dizaynı körpəyə görə tənzimlənməlidir

Qonaq otaqlarında, salonlarda, qəhvə masaları, masalar, bufet kimi bucaqlı və sərt əşyalar; körpəniz üçün təhlükəli ola bilər. Mümkünsə körpəniz üçün bir təhlükə ola biləcək qəhvə masaları kimi əşyaları ortadan götürəsiniz. Mümkün deyilsə, iti künclər və kənarlar üçün rezin qoruyucu bantlar istifadə edilməlidir. Televizor bölmələri və vitrinlər körpənin üstünə yıxılmaması üçün sabit olmalıdır.

Vaza kimi qırıla biləcək əşyaları yığışdırmaq və ya sabitləmək düzgün olardı. Pilləkənləri olan evlərdə pilləkənlər üçün təhlükəsizlik qapılarından istifadə edilməlidir. Evin bir bağçası varsa, bağçanın qapısı bağlı saxlanılmalı, hovuz varsa hovuz üçün tədbirlər görülməlidir. Evdəki xalçaların altına sürüşməyə qarşı lentlər qoyulmalıdır, əks halda uşaqlar qaçarkən sürüşüb yıxıla bilərlər. Evdə dərmanların saxlanıldığı yer də çox vacibdir, dərmanlar uşaqların əli tamamilə çatmayan yerdə, kilidli bir şkafda saxlanılmalıdır.

cagir.az -Eviniz körpəniz üçün nə qədər təhlükəsizdir?


5. Bəs Korona virus olduğu müddətdə nələr etmək lazımdır?

Bütün dünya korona virusunun yayılması ilə mübarizə aparır. Bütün ictimai və özəl sahələr böyük ehtiyat tədbirləri ilə dezinfeksiya edilir. Evi çox tərk etmədiyimiz bu karantin günlərində, həm öz sağlamlığımızı, həm də uşaqlarımızın sağlamlığını qorumaq üçün gigiyena şərtlərinə riayət etməyimiz lazımdır. Odur ki, peşəkar dezinfeksiya xidmətindən yararlanmaq istəyirsinizsə, əminliklə cagir.az-a müraciət edə bilərsiniz. Dezinfeksiya üzrə icraçılarımız evlərin, ofis və obyektlərin hərtərəfli dezinfeksiyasını həyata keçirir. Dezinfeksiya prosesi zamanı məkanınız virus, mikrob, həşərat və bakteriyalar əleyhinə maddələrlə dərmanlanır. Sifariş üçün bu linkə daxil olun. Əlaqə nömrəsi: +994 70 348 26 06.


Digər tərəfdən, təmizlik edərkən, həddindən artıq miqdarda kimyəvi məhsullardan istifadə həm təbiətə, həm də ki uşaqların tənəffüs yollarına zərər verə bilər. Düzgün təmizlənmə daha təbii və təsirli üsullarla edilə bilər. Misal üçün; Səth təmizlənməsi isti suya bir az sirkə əlavə etmək və sirkənin kəskin qoxusunu aradan qaldırmaq üçün ətirli bir yuyucu vasitə əlavə etməklə edilə bilər. Qapı tutacaqları, pultlar və əllərimizin tez-tez toxunduğu yerlər isə 70%-li spirt və ya əl dezinfeksiyaedici maddələrlə təmizləmək mümkündür. Vaxtınıza qənaət edib, təmizlik işlərinizi peşəkarlara həvalə etmək istəyirsinizsə əgər, o zaman Cagir.az-ın təmizlik xidmətini sadəcə bir kliklə məkanınıza sifariş edə bilərsiniz. Sifariş üçün bu linkə daxil olmağınız kifayyətdir. Əlaqə nömrəsi: +994703482606.


Делиться:

fb_iconlinkedin_icon

Похожие Записи

Yayda enerjiyə qənaət: soyutma xərclərini necə azaltmaq olar?

Yayda enerjiyə qənaət: soyutma xərclərini necə azaltmaq olar?

Полезная Информация

2024-07-23

Yuxuda telefon görmək nə deməkdir?

Yuxuda telefon görmək nə deməkdir?

Полезная Информация

2024-03-26

Yuxuda ilan görmək nə deməkdir?

Yuxuda ilan görmək nə deməkdir?

Полезная Информация

2024-02-08

Yuxuda xalça görmək nə deməkdir?

Yuxuda xalça görmək nə deməkdir?

Полезная Информация

2023-06-13

İş axtaranlara şad xəbər!

İş axtaranlara şad xəbər!

Полезная Информация

2023-04-24

Uğurlu sifarişin sirri, xidmətimizdəki keyfiyyətdir!

Uğurlu sifarişin sirri, xidmətimizdəki keyfiyyətdir!

Полезная Информация

2023-04-03

Yuxuda pərdə görmək

Yuxuda pərdə görmək

Полезная Информация

2023-03-14

Kofe falı haqqında

Kofe falı haqqında

Полезная Информация

2022-12-21

Ofis mebeliniz işinizə olan diqqətdən xəbər verir!

Ofis mebeliniz işinizə olan diqqətdən xəbər verir!

Полезная Информация

2022-12-02

Cagir.az zəng et

Qiymət sizə SMS vasitəsilə ilə göndəriləcək