Dırnaqlarınızı bərpa edəcək 7 təbii üsul

2020-10-31

Baxış: 11643

Dırnaqlarınızı bərpa edəcək 7 təbii üsul

Dırnaq qırılması bir çox insanın yaşadığı bir problemdir. Ümumilikdə vitamin çatışmazlığı səbəbilə yaransa da, səhv dırnaq baxımı da bu problemə səbəb ola bilər. Bəs dırnaq qırılmasına nə yaxşı təsir edə bilər? Evinizin rahatlığında həll edə biləcəyiniz və dırnaqlarınızın qısa zamanda sağalmasını təmin edəcəyiniz təbii müalicə yolları ilə sizləri tanış edəcəyik. 


7 bitki mənşəli yollarla dırnaq qırılmasının qarşısının alınması


1. Zeytun yağı

Zeytun yağı güclü nəmləndirici funksiyasına sahibdir. Qırılan dırnaqlarınızın qısa zaman içində sağalması üçün dırnaqlarınıza bir miqdar zeytun yağı sürtüb, masaj edə bilərsiniz. Daha yaxşı təsir üçün bir kasaya zeytun yağı töküb, əllərinizi 5 dəqiqə bu kasanın içində saxlayın. Sonra ilıq su ilə əllərinizi yuyun. Bu üsulu həftədə bir dəfə təkrarlaya bilərsiniz.

cagir.az -Dırnaqlarınızı bərpa edəcək 7 təbii üsul


2. Kokos yağı

Dırnaq qırılması müalicəsi üçün istifadə edə biləcəyiniz digər bitki mənşəli çarə - kokos yağıdır. Eynilə zeytun yağı kimi güclü bir nəmləndirici olan kokos yağı dırnaqları gücləndirir. Qırılan dırnağınıza bir miqdar kokos yağı sürtüb, masaj edin və 5 dəqiqə gözləyin. Sonra ilıq su ilə əllərinizi yuyun. Bu üsulu dırnaqlarınız tamam düzələnə kimi gündə 2 dəfə edə bilərsiniz.

 

3. Avakado yağı

Qırılan dırnaqlarınızı sağaltmaq üçün püre halına gətirilmiş avakadonu zeytun yağı ilə qarışdırın. Sonra hazırladığınız bu qarışımı masaj edərək, dırnaqlarınıza sürtün. Bu üsulu hər gecə yatmadan əvvəl edə bilərsiniz. Qarışımın dırnaqlarınızda bütün gecə qalması daha sürətli və təsirli nəticə almağınıza kömək edəcəkdir.


4. E Vitamini yağı

Dərini qidalandıran təbii maddələrdən biri olan E vitamini bir çox kosmetik məhsulda istifadə edilir. Dırnaqlarınızın qırılmaması üçün günlük olaraq E vitamini yağı istifadə edə bilərsiniz. Qırılan dırnağınızı sürətli sağaltmaq üçün E vitamini kapsulunu qırın və dırnaqlarınıza masaj üsulu ilə sürtün. 5 dəqiqəyə qədər gözlədikdən sonra əllərinizi ilıq su ilə yuyun. Bu üsulu dırnaqlarınız tamamilə sağalana qədər hər gün 2 dəfə edin.


5. Alma sirkəsi

Hər dərdə çarə olan alma sirkəsi dırnaq qırılmasına da müsbət təsir göstərir. İçindəki fermentlər sayəsində dırnaqları gücləndirən alma sirkəsi dırnaqda infeksiya yaranmasına mane olur. Alma sirkəsinin sağaldan bu təsirindən faydalanmaq üçün su ilə seyrəldərək, dırnaqlarınıza tətbiq edin. Quruduqdan sonra əllərinizi ilıq su ilə durulayın.

cagir.az -Dırnaqlarınızı bərpa edəcək 7 təbii üsul


6. Dəniz duzu

Dırnaqları gücləndirən dəniz duzu ayrıca dırnaqların parlaq bir görünüşə sahib olmasını təmin edir. Dəniz duzunun təsirini daha da artırmaq üçün isti su dolu bir qaba bir miqdar dəniz duzu, limon, buğda toxumu yağı əlavə edin. Dırnaqlarınızı bu qarışımın içində 15 dəqiqə saxlayın. Sonra isə əllərinizi ilıq su ilə yuyun və dırnaqlarınıza nəmləndirici olaraq zeytun yağı sürtün. Bu üsulu həftədə 2 dəfə edə bilərsiniz.


7. Limon suyu

Antibakterial və antiseptik xüsusiyyətlərə sahib olan limon suyu, zeytun yağı ilə birlikdə dırnaq qırıqlarına qarşı super bir ikilidir. Bir çay qaşığı zeytun yağının içinə bir neçə damcı limon suyu əlavə edib, dırnaqlarınıza masaj edərək tətbiq edin. Bir müddət sonra dırnaqlarınız sağalacaqdır.

cagir.az -Dırnaqlarınızı bərpa edəcək 7 təbii üsul

Dırnaq qırılması nədən yaranır?

Vitamin əksikliyi dırnaq qırılmasının ən geniş yayılmış səbəbidir. Dırnaq qırılmasına biotin vitamini müsbət təsir göstərir. Bu vitamin əksikliyi dırnaqların qırılmağa meyilli olmasına səbəb olur. Bundan əlavə sink, kalsium, dəmir və maqnezium çatışmazlığı da dırnaq qırılmasına səbəb ola bilər.


Hər zaman baxımlı olun!


cagir.az -Dırnaqlarınızı bərpa edəcək 7 təbii üsul

Делиться:

fb_iconlinkedin_icon

Похожие Записи

Günəş ləkələrinə qarşı vasitələr

Günəş ləkələrinə qarşı vasitələr

Услуги красоты

2023-03-29

Saç uzadan üsullar

Saç uzadan üsullar

Услуги красоты

2023-02-18

Cavanlaşdırıcı krem və maskalar

Cavanlaşdırıcı krem və maskalar

Услуги красоты

2023-02-01

Ağardıcı krem və maskalar

Ağardıcı krem və maskalar

Услуги красоты

2023-01-05

Minoxidil nədir?

Minoxidil nədir?

Услуги красоты

2022-11-06

Dırnaq rəngləri

Dırnaq rəngləri

Услуги красоты

2022-07-30

Xiyarın tərkibində gizlənən gözəllik sirləri

Xiyarın tərkibində gizlənən gözəllik sirləri

Услуги красоты

2022-03-02

Hamar dəri üçün 10 təbii üz maskaları

Hamar dəri üçün 10 təbii üz maskaları

Услуги красоты

2021-07-08

Cagir.az zəng et

Qiymət sizə SMS vasitəsilə ilə göndəriləcək