Büdcənizə uyğun təmizlik şirkəti

2023-02-24

Baxış: 3615

Büdcənizə uyğun təmizlik şirkəti

Bu gün praktiki məlumat məqaləmizdə evdə təmizliyə və gigiyenaya önəm verənlər, mikroblar ölməlidir deyənlər, evimin təmiziliyi hər şeydən önəmlidir deyənlər üçün böyük məlumatlar var. Hər kəs istəyir ki evi gözəl, fərah, təmiz olsun. Evimiz bizim enerji mühitimizdir. Əziz oxucularımız, həmçinin siz cagir.az-ın təmizlik xidmətlərindən yararlana bilərsiniz.

Büdcənizə uyğun təmizlik şirkəti 858


1. Döşəmələrinizin parlaqlığı çox önəmlidir.

Təmiz döşəmə lövhələrinin ən böyük düşmənlərindən biri sudur. Döşəmədəki kiçik ləkələrin yaxşıca təmizlənməsini istəyirsinizsə, suya bir az sirkə əlavə edin və döşəmələri silin. Döşəmənin dərhal parıldadığını görəcəksiniz.


2. Həsir  divan, kreslonuzu qoruyun.

Hörmə kreslo və stolları vaxtaşırı oksigenli su ilə silsəniz, onların parıldayan görünüşünü saxladıqlarının şahidi olacaqsınız.


3. Divar kağızı Ləkələri

Divar kağızı üzərindəki karandaş, barmaq izini və çirki yuyucu vasitə ilə silməyə çalışmayın. Bu ləkələri silgi ilə silməklə kağızlarınızı təmizləyə bilərsiniz.

Çətin gedən ləkələrə qarşı effektiv üsullarımız var! Bizimlə əlaqə saxlayın!


4. Evinizin gözəl qoxmasını təmin edin.

Döşəmə təmizləyici suyuna bir neçə damcı ətir atmaq evinizin xoş qoxusunu təmin etmək üçün kifayət edər. Evinizin uzun müddət xoş qoxu verdiyini görəcəksiniz.


5. Pəncərədəki inadkar şüşə ləkələrindən canınızı qurtarın.

İnadkar şüşə ləkələrindən qurtulmaq düşündüyünüz qədər çətin deyil. Bu ləkələri məftil və ya oxşar əşyalarla çıxarmağa çalışmayın. Yuyucu kremi və ya parça üzərinə tökərək təmizləyin. Beləliklə, şüşəni cızmayın. Pəncərə şüşələriniz parıldamaq üçün təmizləyici suya azca duz da əlavə edib bu su ilə pəncərələri silə bilərsiniz. Özünüzü yormaq istəmirsinizsə əgər, cagir.az -a müraciət edib pəncərə silmə xidmətindən yararlanın. İşinizi mütəxəssislərə etibar edin.


6. Oturacaqlarınızda tozları məhv edin.

Əgər tozsoran yoxdursa və oturacaqlarınızın tozunu təmizləməlisinizsə, bu üsula əməl edin; Siləcəyiniz əşyanın üzərinə nəm bir parça qoyun və parçaya çubuqla vuraraq tozunu çıxarın. Toz nəm parçaya yapışacağı üçün otaq tozlu olmayacaq və divanınız təmiz olacaq.


7. Ağ tül pərdələriniz təmizliyinə heyran qalın !

Pərdələrinizin və tülünüzün ilk günkü ağlığını bərpa etməsini istəyirsinizsə, yuyucu suyuna iki xörək qaşığı dənəvər şəkər əlavə edin. Onların ağlığına heyran qalacaqsınız!

Büdcənizə uyğun təmizlik şirkəti 858.


8. Hamam təmizliyinə hardan başlamaq lazımdır?

Əvvəlcə zibil qutularını boşaltın. Sonra yerdə və künclərdə yığılmış çirkləri, boş saçları və tükləri tozsoranla təmizləyin. Tualetinizi və kranı dezinfeksiya edici vasitə ilə təmizləyin. Nəhayət, plitələri, divarları və tavanı silərkən, bütün izləri və çirkləri təmizləməyi unutmayın. Əvvəlcə su ilə yaxalamaq, sonra qurutmaqla daha dəqiq nəticə əldə etmək mümkündür. Nəhayət, hamamınızdakı güzgüləri təmizləməyi unutmayın.


9. Xalçadakı siqaret ləkələrindən xilas olun.

Xalçanın üzərindəki siqaret ləkəsini çıxarmağın ən təsirli yolu ləkə əmələ gələn yeri dəsmal ilə dairəvi hərəkətlərlə silməkdir. Daha sonra, əgər varsa, xalça yuyulmasında istifadə olunan yuyucu vasitə ilə ikinci silmə əməliyyatını həyata keçirə bilərsiniz.


10. Qapı və qapı tutacağı təmizliyi

Əllərinizin ağ və ya açıq rəngə boyanmış qapı və lövhələrdə necə pis izlər buraxdığını bilirsiniz. Taxta əşyalar belə çirkləndikdə nə etməli: Çiy kartofu yarıya bölün və ləkələnmiş yerə yüngülcə sürtün. Ləkələr yox olacaq və ağac original vəziyyətinə qayıdacaq. Həmçinin taxta qabı təmizləmək üçün qaynar suya iki xörək qaşığı çay əlavə edin. Su soyuduqdan sonra rəngli qapını və ya taxta mebeli süngərin köməyi ilə bu su ilə yaxşıca yuyun. Yumşaq bir parça ilə də qurudun.


11. Şkaflar necə təmizlənməli?

Əgər təmizləyərkən şkaflarınızı boşaltmaq istəmirsinizsə, tozsoranınızın ucuna nazik corablar keçirin. Bu sayədə siz asanlıqla tozdan təmizləyə bilərsiniz.

Təmizlik xidməti cəmi 35 Azn! Ətraflı məlumat üçün əlaqə nömrəmiz:  +994 70 348 26 06

Büdcənizə uyğun təmizlik şirkəti 858

Cızıqlanmış masalardan tutmuş mətbəx şkaflarındakı inadkar ləkələrə qədər hər şey üçün o qədər praktik həllər var ki, cagir.az temizlik sirketi sizə bunlar haqqında ətraflı məlumat verir. Əziz oxucularımız, həmçinin siz cagir.az temizlik sirketi ilə həyatınızı daha asanlaşdıra bilərsiniz. Cagir.az temizlik sirketi temizlik xidmeti ilə bağlı çoxlu sayda xidmətləri mövcuddur. Ev temizleme, Pəncərə təmizliyi xidməti, hamam təmizliyi xidməti, pərdə yuma xidməti, mətbəx təmizləmə xidməti, xalça yuma xidməti. Sizin axtardığınız nə varsa hər bir şeyi cagir.az saytının xidmətlərindən tapa bilərsiniz. Heç nə üçün gec deyil, günü bu gün siz cagir.az saytının xidmətlərindən istifadə edib, işlərinizi rahatlata bilərsiniz.


Bütün məişət xidmətlərini eləcə də temizlik xidmeti əldə etmək üçün yalnız 1 klik bəs edir. Keçid et və bütün xidmətlərlə tanış ol! https://cagir.az/

Делиться:

fb_iconlinkedin_icon