2022-02-28
Baxış: 5462
Badamın faydalarını bilirsinizmi?
Azalan bədən müqavimətimiz infeksiyaların sürətlə yayılmasına səbəb olur və həm gündəlik, həm də iş həyatımıza mənfi təsir göstərir. Gündəlik ehtiyac duyduğumuz protein, vitamin və minerallardan lazım olan qədər istifadə etmədiyimiz zaman həyat keyfiyyətimiz və iş performansımız aşağı düşə bilər. Lakin badam bu cür çatışmazlıqları aradan qaldırmaq üçün bizə böyük imkanlar təqdim edir. Gündəlik həyatımızda istifadə edə biləcəyimiz badam, fındıq, qoz kimi çərəzlər həm ümumi sağlamlığımızı qoruya, həm də həyat keyfiyyətimizi və iş performansımızı artıra bilər.
Badam nədir?
Qısaca desək, badam bir ağac növüdür. Qabıqları yetişdikdən sonra açılaraq istifadə edilə bilər. Ərik və ya albalı kimi eyni ailənin meyvələrindən fərqli olaraq badam ətli bir xarici görünüşə sahib deyil. Sərt bir qabıqla örtülmüş ləpə istənildiyi zaman ya çiy, ya da qovrulmuş şəkildə istifadə edilə bilər. Ümumiyyətlə iki növ badam var. Bunların arasında acı badam, badam yağı istehsalında istifadə olunur. Yeməklərə fərqli bir ləzzət əlavə edən badam yağı bütün dəri növləri üçün də yaxşı bir nəmləndiricidir və sağlamlığa bir çox faydası var. Şirin badam çiy və ya qovrulmuş şəkildə istifadə olunur. Badamdan istehsal olunan badam südü dadlı bir içki və inək südünə yaxşı bir alternativdir. Ölkəmizdə çox istifadə edilən badamın qida dəyərini artırmaq üçün az yağlı inək südü və ya ayranla istifadə edə bilərsiniz. Lakin, bir gün ərzində 8-10 ədəd badamdan çox istifadə etməməyinizi məsləhət görürük. Badamdan çox istifadə etmək kökəlməyə və bəzi mədə problemlərinə səbəb ola bilər.
Bütün məişət xidmətlərinin ünvanı cagir.az-dır!
Badamın tərkibində hansı maddələr var?
Badamın 100-də 54-ü doymamış yağlar, 100-də 18-ini protein təşkil edir. 30 qram badamda 6 qram protein var. Badam ayrıca A, B, C və E vitaminləri, lif, folik turşusu və kalsium, fosfor, dəmir, sink, mis, kalium, maqnezium kimi mineralları ehtiva edir. Bu minerallardakı kalsium miqdarı digərlərindən daha yüksəkdir. 30 qram badamla gündəlik kalsium ehtiyacınızın 100-də 10-nu qarşılaya bilərsiniz.
Badamın faydaları haqqında:
- Ürək sağlamlığına faydalıdır.
Badam ürək-damar xəstəliklərinin qarşısını almaqda çox faydalıdır. Bunlar arasında xüsusilə maqnezium, sink və kalium ilə zəngin olan badam müntəzəm istifadə edildikdə ürək sağlamlığı üçün daha təsirli olur. Badamın faydaları arasında ilk növbədə ürək sağlamlığına faydası olduğu qiymətləndirilə bilər. Mütəmadi badam istifadə edildikdə infarkt riskini azaldır, qan təzyiqini tarazlaşdırır. Badamdakı doymamış yağlar qan axınının tənzimlənməsinə kömək edərək ürək-damar xəstəlikləri və ritm pozğunluqlarının qarşısını alır.
- Beyin funksiyalarını gücləndirir.
Badamın tərkibindəki B qrupu vitaminləri və mineralları beyin funksiyalarının gücləndirilməsinə kömək edir. Beyin funksiyalarının gücləndirici təsirindən faydalanmaq üçün gündə 5-6 badam istifadə etmək kifayətdir. Xüsusilə uşaqların beyin inkişafında təsirli olan badam, öyrənmə bacarıqlarının və yaddaşın inkişafına kömək edir. Həmçinin yetkinlərdə və yaşlılarda da beyin funksiyalarını gücləndirən badam, müntəzəm istifadə edildikdə Alzheimer xəstəliyi riskini azaldır.
- Bədənin müqavimətini artırır.
Bədən müqavimətimiz mövsümi keçidlərdə və qış aylarında azala bilər. Badamın faydalarından biri bədən müqavimətini artırmasıdır. Proteinlə zəngin olan badam, tərkibindəki E vitamini sayəsində antioksidan təsir göstərir və immunitet sistemimizi gücləndirir. Bu şəkildə bədənimizdə bir çox xəstəliyə, xüsusən də xərçəngə səbəb olan sərbəst radikallara qarşı təsirli bir qoruma təmin edir.
- Dərinin sağlamlığını qoruyur.
Badamın faydalarından biri də dəri sağlamlığına faydalı olmasıdır. Tərkibindəki E vitamini və folik turşusu sayəsində badam dəri hüceyrələrini qoruyur, yeniləyir və mütəmadi olaraq istifadə edildikdə ultrabənövşəyi şüalar və stressdən zədələnmiş dərinin əvvəlki vəziyyətinə gəlməsinə kömək edir. Yaxşı bir antioksidan qaynağı olan E vitamini sayəsində dərinizi hər zaman cavan saxlaya və yaşlanmağın qarşısını ala bilərsiniz. Folik turşusu ilə zəngin olan badamın, mövsümi keçid və qış aylarında meydana gələn saç tökülməsini azaltmaq təsiri də vardır.
Gözəllik xidməti üçün linkə keçid edin. Ətraflı məlumat və ya sifariş üçün əlaqə nömrəsi: +994703482606
- Qəbizliyin qarşısını alır.
Qış aylarında kifayət qədər su istifadə etməmək bəzi mədə və bağırsaq problemlərinə səbəb ola bilər. Badamın faydaları sırasında qəbizliyin qarşısını almağı da daxildir. Həzm proseslərini asanlaşdıran badamla həzm orqanlarınızın nizamlı işləməsini təmin edə bilərsiniz. Yeməklər arasında bir neçə badam ilə su istifadə etsəniz, qəbizlik ilə daha asan mübarizə apara bilərsiniz.
Sağlam dəriyə sahib olmaq üçün badam vasitələrdən biridir. Üz baxımını mütamadi etmək və bütün gözəllik sirləri üçün cagir.az-ın gözəllik xidmətinə maraciət edin. Sifariş və ya ətraflı məlumat üçün əlaqə nömrəsi:+994703482606
Похожие Записи
Ofisi soyuq mövsümə hazırlamaq üçün Çek-list: Bakı üçün xüsusi tövsiyələr
Полезная Информация
2024-11-18
Yayda enerjiyə qənaət: soyutma xərclərini necə azaltmaq olar?
Полезная Информация
2024-07-23
Yuxuda telefon görmək nə deməkdir?
Полезная Информация
2024-03-26
Yuxuda ilan görmək nə deməkdir?
Полезная Информация
2024-02-08
Yuxuda xalça görmək nə deməkdir?
Полезная Информация
2023-06-13
İş axtaranlara şad xəbər!
Полезная Информация
2023-04-24
Uğurlu sifarişin sirri, xidmətimizdəki keyfiyyətdir!
Полезная Информация
2023-04-03
Yuxuda pərdə görmək
Полезная Информация
2023-03-14
Kofe falı haqqında
Полезная Информация
2022-12-21
Ofis mebeliniz işinizə olan diqqətdən xəbər verir!
Полезная Информация
2022-12-02